Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrailin İrana hücumundan sonra başlayan gərginlik birbaşa Azərbaycana təsir etməsə də, ölkənin həm şimalında, həm də cənubunda müharibənin davam etməsi müəyyən narahatlıqlar yaradırdı. Rəsmi Bakı münaqişələrin sülh və beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır və hər zaman tərəflərə vasitəçilik missiyasını təklif edir.
Bununla belə, son günlər hər iki müharibə ilə bağlı narahatlıq daha da artıb. Daha dəqiq desək, tərəflər arasında gedən döyüşlər bizim üçün strateji əhəmiyyət kəsb edən Xəzər dənizinə yayılıb.
DuzXeber.az xəbər verir ki, məsələni şərh edən politoloq Turan Rzayev deyib ki, öncə ABŞ Xəzərdəki dəniz bazasına zərbə endirib. Daha sonra isə Ukrayna Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb:
“Fortune” nəşri iddia edir ki, Ukrayna Xəzər dənizində gəmilərə zərbələr endirməklə ABŞ-ın İran ətrafında blokada halqasını tamamlamağa kömək edir. Aydın məsələdir ki, Ukrayna tərəfi ABŞ-ın də istəyi ilə belə bir addım atır. Yəni üzdə görünən məqsəd Rusiyanın Xəzər dənizindəki mühüm nöqtələrini sıradan çıxarmaq olsa da, pərdəarxası məqsəd İrana zərbə endirməkdir. Onsuz da Rusiya İrana, İran da Rusiyaya dəstək verir. Əslində, bizim üçün mühüm məqam proseslərin Xəzər dənizinə sirayət etməsidir. Belə ki, Azərbaycan illərdir Xəzərin hərbiləşməsinin qarşısının alınması istiqamətində aktiv fəaliyyət göstərir. Bakı üçün əsas məsələ Xəzərin sabitlik və əməkdaşlıq məkanı kimi qalmasıdır. Müharibələrin bu hövzəyə qədər uzanması isə enerji infrastrukturu, dəniz nəqliyyatı və regional iqtisadi layihələr üçün əlavə risklər yaradır. Azərbaycan bu riskin fərqindədir. Bununla belə, istisna deyil ki, emosional qərarlar verməyəcək. Bakı strateji səbir nümayiş etdirərək balanslaşdırılmış xarici siyasətini qoruyacaq və bütün tərəflərlə dialoq imkanlarını açıq saxlayacaq. Bu, olduqca vacibdir. Bakı bu yolla tərəfləri ehtimal danışıqlara cəlb edə və ya belə danışıqların baş tutması üçün cəhdlər göstərə bilər.
Lakin Bakı Naxçıvan insidentində olduğu kimi, sərt üzünü də göstərə bilər. Daha dəqiq desək, Xəzərdə hərbi aktivlik artarsa, Azərbaycan da dəniz sərhədlərinin, enerji infrastrukturunun və strateji obyektlərinin mühafizəsini gücləndirməlidir. Çünki müasir müharibələrdə risk yalnız birbaşa hücumdan ibarət olmur. Logistika marşrutlarının pozulması, enerji layihələrinin hədəfə çevrilməsi və ya ticarət yollarında yaranan qeyri-müəyyənlik də milli təhlükəsizlik üçün ciddi risk hesab olunur. Əslində, bu vəziyyət bir daha dövlətin Xəzər donanmasına fokuslanmasının nə qədər əhəmiyyətli olduğunu göstərir. Mövcud donanmamız dövlət sərhədlərini qorumaq üçün yetərli olsa da, potensialın artırılması və donanmanın gücləndirilməsi strateji hədəf olaraq qalmalıdır", - politoloq yekunlaşdırıb. /Tunar (nocomment.az)
Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər
Gündəm / Təhsil / Üst xəbər
Bu İnstitut ləğv edilir
Gündəm / Cəmiyyət
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
Gündəm / Cəmiyyət
Bu şəxslər üçün hərbi xidmət müddəti azaldıla bilər – Ekspert
Gündəm / İqtisadiyyat
Qızıl niyə ucuzlaşır?
Gündəm / Manşet
Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?
Gündəm / Dünya
Tehranda maraqlı hadisə: Hicabsız qadın marafonu - Video
Gündəm / Cəmiyyət
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi
Gündəm / Hadisə
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm / Manşet
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
Gündəm / Hadisə
Bakıda restoranda mühafizəçinin meyiti tapıldı
Gündəm / Sosial / Üst xəbər
Özbəkistan hərbçiləri "Birliyin Gücü – 2026" təlimi üçün Azərbaycana gəldi - VİDEO
Gündəm / Kriminal
2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
Gündəm / Manşet
Sərhədi keçənlərin DİQQƏTİNƏ - Qaydalar dəyişdi
Gündəm / Cəmiyyət / Üst xəbər
"Əgər Bakıda tıxac problemini həll etmək istəyiriksə..." - ZAHİD ORUCDAN MÜHÜM TƏKLİFLƏR
Gündəm / Kriminal
“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı
Gündəm / Siyasət
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Gündəm / Cəmiyyət / Manşet
Təhlükəli virus yayılır: Bağça və məktəblər...– Açıqlama
Gündəm / Cəmiyyət
Yanvarın 1-dən bu qədər vergi tutulacaq
Gündəm / Hadisə
Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video
Gündəm / Cəmiyyət
Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
Gündəm / Cəmiyyət / Üst xəbər
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
Gündəm / Dünya
Neft daşımalarında ŞOK: Supertankerlərin qiyməti tarixi rekorda çatdı
Gündəm / Dünya / Siyasət
"Müharibənin coğrafiyasını dəyişəcəyik" - İrandan Qərbə sərt xəbərdarlıq
Gündəm / Hadisə
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Gündəm / Təhsil / Manşet
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
Gündəm / Kriminal
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Gündəm / Hadisə
Maşın aşdı: bir ailənin 3 üzvü xəsarət aldı
Gündəm / Kriminal
Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi - Foto
Gündəm / Cəmiyyət / Manşet
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Gündəm / Dünya / Hadisə