29.07.2026
Son vaxtlar paytaxtda və bölgələrdə “Aqro Mall” Ticarət Mərkəzinin bir çox obyektlərinin fəaliyyətini görürük.
DuzXeber.az: Bu ticarət məkanlarının fəaliyyəti və müştəri məmmunluğunu bir kənara qoyub, “Aqro Mall” Ticarət Mərkəzinin Baş Direktoru Həsən Şərifovla bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik. Həsən Şərifov ali təhsilini BDU-nin tarix fakültəsində alsa da onun həyat tarixçəsi tamam başqa istiqamətdə inkişaf edib. Özünü dərman biznesi sahəsində sınamaq qərarına gələn H.Şərifov qardaşı Asif Şərifovun köməyindən lazımınca istifadə edib. Qardaşının yaxından köməkliyi ilə “Riyad-farm”ın icraçı direktoru vəzifəsinə qədər yüksələn Həsən Şərifov Rusiyanın paytaxtı Moskvada özünə geniş biznes şəbəkəsi formalaşdırıb. Azərbaycan Beynəlxalq Bankının Moskva filialından çoxmilyonluq kredit götürən H.Şərifov götürdüyü krediti təyinatı üzrə deyil,daha çox özünün şəxsi biznesinin çiçəklənməsinə sərf edib. Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.) , Moskvadakı bizneslərinə yatırmaları sonradan onlar üçün problemə çevrilib. Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra Şərifovların da biznesinin qürubu başlayıb. Qeyd etdiyimiz kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Həsən Şərifov bundan sonra fəaliyyətini sanki “dondurur”.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalara əsasən, H.Şərifov ABB-dən götürdüyü milyonlarla manat krediti Rusiyada və Azərbaycanın müxtəlif bölgələrində şəxsi biznesinə sərf edib. Buraya 3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu, paytaxtın müxtəlif yerlərində çoxsaylı mənzillər daxildir. Lakin, Cahangir Hacıyevlə zamanında sıcaq münasibətlərdə olan Həsən Şərifov həbs edilsə də sonradan “sudan quru çıxmağı” bacarıb. Bir zamanlar “zavtrak”ını Bakıda, “obed”ini Moskvada, “ujin”ini İsveçrədə edən Həsən Şərifov mübhəm bir səssizliyə çəkilərək öz fəaliyyətini davam etdirir. Məlum maliyyə qalmaqalından və həbsdən sonra bir müddət “üfiqlərdə gözdən itən” Həsən Şərifov indi “Aqro Mall” Ticarət Mərkəzinin yelkənləri ilə biznes dalğalarında üzür. Bu dalğaların mənbəyi və yeni yeyintilər haqda növbəti yazımızda….//yenixeberorg.com
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib? -DE-FAKTO
Son vaxtlar paytaxtda və bölgələrdə “Aqro Mall” Ticarət Mərkəzinin bir çox obyektlərinin fəaliyyətini görürük.DuzXeber.az: Bu ticarət məkanlarının fəaliyyəti və müştəri məmmunluğunu bir kənara qoyub, “Aqro Mall” Ticarət Mərkəzinin Baş Direktoru Həsən Şərifovla bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik. Həsən Şərifov ali təhsilini BDU-nin tarix fakültəsində alsa da onun həyat tarixçəsi tamam başqa istiqamətdə inkişaf edib. Özünü dərman biznesi sahəsində sınamaq qərarına gələn H.Şərifov qardaşı Asif Şərifovun köməyindən lazımınca istifadə edib. Qardaşının yaxından köməkliyi ilə “Riyad-farm”ın icraçı direktoru vəzifəsinə qədər yüksələn Həsən Şərifov Rusiyanın paytaxtı Moskvada özünə geniş biznes şəbəkəsi formalaşdırıb. Azərbaycan Beynəlxalq Bankının Moskva filialından çoxmilyonluq kredit götürən H.Şərifov götürdüyü krediti təyinatı üzrə deyil,daha çox özünün şəxsi biznesinin çiçəklənməsinə sərf edib. Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.) , Moskvadakı bizneslərinə yatırmaları sonradan onlar üçün problemə çevrilib. Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra Şərifovların da biznesinin qürubu başlayıb. Qeyd etdiyimiz kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Həsən Şərifov bundan sonra fəaliyyətini sanki “dondurur”.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalara əsasən, H.Şərifov ABB-dən götürdüyü milyonlarla manat krediti Rusiyada və Azərbaycanın müxtəlif bölgələrində şəxsi biznesinə sərf edib. Buraya 3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu, paytaxtın müxtəlif yerlərində çoxsaylı mənzillər daxildir. Lakin, Cahangir Hacıyevlə zamanında sıcaq münasibətlərdə olan Həsən Şərifov həbs edilsə də sonradan “sudan quru çıxmağı” bacarıb. Bir zamanlar “zavtrak”ını Bakıda, “obed”ini Moskvada, “ujin”ini İsveçrədə edən Həsən Şərifov mübhəm bir səssizliyə çəkilərək öz fəaliyyətini davam etdirir. Məlum maliyyə qalmaqalından və həbsdən sonra bir müddət “üfiqlərdə gözdən itən” Həsən Şərifov indi “Aqro Mall” Ticarət Mərkəzinin yelkənləri ilə biznes dalğalarında üzür. Bu dalğaların mənbəyi və yeni yeyintilər haqda növbəti yazımızda….//yenixeberorg.com
Oxşar xəbərlər
-
25.06.2026Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib -
17.06.2026Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
-
2.09.2026Sursat anbarında baş verən PARTLAYIŞDAN sonra Goranboyda vəziyyət necədir?
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı
-
2.09.2026Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
-
2.09.2026Xaricdə ali təhsil almış şəxslərin nəzərinə!
-
2.09.2026"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
-
2.09.2026"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi
-
2.09.2026Hamilə bloqeri ağaca bağlayıb yandırdılar
-
2.09.2026İran elan etdi: Hörmüz boğazı bağlandı
-
2.09.2026Goranboyda sursat anbarında güclü partlayış - Video
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…



