2.09.2026
DuzXeber.az: Türkiyəli TIR sürücüləri Sədərək gömrüyündə talan xarakterli davranışlarla üzləşdiklərini iddia edirlər. Onların sözlərinə görə, gömrük əməkdaşları şəxsi istifadə üçün saxladıqları siqaret və ərzaqları zorla əllərindən alır, etiraz edənləri isə qəsdən uzun və sərt yoxlamalara məruz qoyurlar.
Sürücülər bildirirlər ki, əsasən yolboyu istifadə üçün götürdükləri kolbasa məmulatları, çərəzlər və içkilər əllərindən alınır.
Sürücü Murat Ünal ərzaqların necə talan olunduğunu belə təsvir edir:
“Sucuq görürlər, ‘ver’, pastırma görürlər, ‘ver’, quru yemiş görürlər, ciblərinə doldururlar. Nə icazə istəyirlər, nə də razılıq. Biri səni söhbətə tutur, o biri isə maşının içində göz gəzdirir ki, görüm nə götürə bilərəm. Gözləri hər yerdədir — dolablarda, soyuducuda. Elə davranırlar ki, sanki o ərzağın pulunu özləri ödəyiblər.
Mən Qazaxıstana gedirəm, bəlkə iki aya qayıdacağam. Soyuducudakı ərzaqlar mənim yol üçün ehtiyatımdır. Gürcüstan və Avropa sürücülərinə isə bunların yanında belə davranmırlar”.
Sürücülərdən A. Yol isə yoxlama zamanı onlarla kobud və hörmətsiz davranıldığını deyir:
“Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar. Türk sürücüsənsə, bu münasibətlə qarşılaşırsan, başqalarına belə davranmırlar. Rüşvət elə gömrüyün içindən başlayır. Ayaqqabı ilə maşının içərisinə, hətta yatdığımız yerə girirlər. Ərzaqlarımızı və siqaretlərimizi zorla əlimizdən alırlar. Sonuncu dəfə yolda yemək üçün götürdüyüm fındığı, digər çərəzləri və siqaretimi aldılar. Əsgərlər maşını axtarmağa girirlər - biri sağdan, biri soldan. Soyuducuda nə görürlərsə, ‘bunu mənə ver’ deyirlər, əllərinin altında nə varsa istəyirlər. Etiraz edəndə isə bizi qəsdən gecikdirir, bəzən müxtəlif bəhanələrlə günlərlə gözlədirlər”.
Digər sürücü B. Erol isə bildirir ki, problemlə bağlı gömrük rəhbərliyinə, hətta Naxçıvan Gömrük İdarəsinə müraciət etsələr də, şikayətlərinə baxılmayıb:
“Bu, soyğunçuluq və talançılıqdır. Ərzaqlarımızı, siqaretlərimizi əlimizdən alırlar. Bəzən hadisə gecə vaxtına düşür və səhərə qədər ac, siqaretsiz qalırıq. Şikayət edirik, amma əhəmiyyət verən olmur”.
Sürücülər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və bu hallara son qoyulmasını tələb edirlər.("Gündəlik Naxçıvan")
"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
DuzXeber.az: Türkiyəli TIR sürücüləri Sədərək gömrüyündə talan xarakterli davranışlarla üzləşdiklərini iddia edirlər. Onların sözlərinə görə, gömrük əməkdaşları şəxsi istifadə üçün saxladıqları siqaret və ərzaqları zorla əllərindən alır, etiraz edənləri isə qəsdən uzun və sərt yoxlamalara məruz qoyurlar.Sürücülər bildirirlər ki, əsasən yolboyu istifadə üçün götürdükləri kolbasa məmulatları, çərəzlər və içkilər əllərindən alınır.
Sürücü Murat Ünal ərzaqların necə talan olunduğunu belə təsvir edir:
“Sucuq görürlər, ‘ver’, pastırma görürlər, ‘ver’, quru yemiş görürlər, ciblərinə doldururlar. Nə icazə istəyirlər, nə də razılıq. Biri səni söhbətə tutur, o biri isə maşının içində göz gəzdirir ki, görüm nə götürə bilərəm. Gözləri hər yerdədir — dolablarda, soyuducuda. Elə davranırlar ki, sanki o ərzağın pulunu özləri ödəyiblər.
Mən Qazaxıstana gedirəm, bəlkə iki aya qayıdacağam. Soyuducudakı ərzaqlar mənim yol üçün ehtiyatımdır. Gürcüstan və Avropa sürücülərinə isə bunların yanında belə davranmırlar”.
Sürücülərdən A. Yol isə yoxlama zamanı onlarla kobud və hörmətsiz davranıldığını deyir:
“Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar. Türk sürücüsənsə, bu münasibətlə qarşılaşırsan, başqalarına belə davranmırlar. Rüşvət elə gömrüyün içindən başlayır. Ayaqqabı ilə maşının içərisinə, hətta yatdığımız yerə girirlər. Ərzaqlarımızı və siqaretlərimizi zorla əlimizdən alırlar. Sonuncu dəfə yolda yemək üçün götürdüyüm fındığı, digər çərəzləri və siqaretimi aldılar. Əsgərlər maşını axtarmağa girirlər - biri sağdan, biri soldan. Soyuducuda nə görürlərsə, ‘bunu mənə ver’ deyirlər, əllərinin altında nə varsa istəyirlər. Etiraz edəndə isə bizi qəsdən gecikdirir, bəzən müxtəlif bəhanələrlə günlərlə gözlədirlər”.
Digər sürücü B. Erol isə bildirir ki, problemlə bağlı gömrük rəhbərliyinə, hətta Naxçıvan Gömrük İdarəsinə müraciət etsələr də, şikayətlərinə baxılmayıb:
“Bu, soyğunçuluq və talançılıqdır. Ərzaqlarımızı, siqaretlərimizi əlimizdən alırlar. Bəzən hadisə gecə vaxtına düşür və səhərə qədər ac, siqaretsiz qalırıq. Şikayət edirik, amma əhəmiyyət verən olmur”.
Sürücülər aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və bu hallara son qoyulmasını tələb edirlər.("Gündəlik Naxçıvan")
Oxşar xəbərlər
-
22.08.2026Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO) -
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı
-
2.09.2026Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
-
2.09.2026Xaricdə ali təhsil almış şəxslərin nəzərinə!
-
2.09.2026"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
-
2.09.2026"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi
-
2.09.2026Hamilə bloqeri ağaca bağlayıb yandırdılar
-
2.09.2026İran elan etdi: Hörmüz boğazı bağlandı
-
2.09.2026Goranboyda sursat anbarında güclü partlayış - Video
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi



