“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir

DuzXeber.az: “Nar”ın dəstəyi ilə həyata keçirilən “Bütün Vücudlar Danışır” sosial layihəsi inklüzivliklə bağlı maarifləndirməni yeni formatda davam etdirir. “DanceAbility Azerbaijan” tərəfindən icra olunan layihə çərçivəsində icma üzvlərinin real həyat təcrübələri illüstrasiyalı hekayələr vasitəsilə ictimaiyyətə təqdim olunur.
Bu formatda paylaşılmış ilk hekayə eşitmə məhdudiyyəti olan və əmək fəaliyyətinə yeni başlayan Nərgizin həyat təcrübəsinə əsaslanır. Bu yanaşma qısa mətn və aydın illüstrasiyalar vasitəsilə inklüzivliyə dair müxtəlif mövzuları əlçatan şəkildə çatdıraraq bu sahədə məlumatlılığın artırılmasına töhfə verir.
Qeyd edək ki, layihənin məqsədi əlilliyi olan və olmayan şəxslərin birgə iştirakını təşviq etmək, inklüziv icmanı gücləndirmək və əlillik mövzusunda ictimai məlumatlılığı artırmaqdır. 2025-ci ilin dekabr ayından etibarən davam edən layihədə indiyədək 238 nəfər iştirak edib. Onlardan 51 nəfəri əlilliyi olan, 187 nəfəri isə əlilliyi olmayan şəxslərdir. Layihə çərçivəsində rəqs məşğələləri, icma görüşləri, master-klaslar və müxtəlif birgə fəaliyyətlər təşkil olunur. İştirak etmək istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə və ya “WhatsApp” üzərindən (+994772828880) əlaqə saxlaya bilərlər.
"Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin inkişafını, bərabər imkanların yaradılmasını və hər kəsin cəmiyyət həyatında fəal iştirakını dəstəkləyir. “Bütün Vücudlar Danışır” layihəsinə göstərilən dəstək də bu istiqamətdə həyata keçirilən təşəbbüslərin tərkib hissəsidir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.





-
26.06.2026“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib -
2.06.2026“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi -
31.03.2026Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn
Xəbər lenti
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı
-
2.09.2026Azərbaycan neftinin qiyməti 97 dolları ötdü
-
2.09.2026Xaricdə ali təhsil almış şəxslərin nəzərinə!
-
2.09.2026"Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
-
2.09.2026"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi
-
2.09.2026Hamilə bloqeri ağaca bağlayıb yandırdılar
-
2.09.2026İran elan etdi: Hörmüz boğazı bağlandı
-
2.09.2026Goranboyda sursat anbarında güclü partlayış - Video
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi



