3.08.2026
Subbakalavrlar ali təhsil ala bilməyəcək? – RƏSMİ

DuzXeber.az xəbər verir ki, oxu.az-a müraciət edən subbakalavrlar bildirirlər ki, bu il tətbiq olunan yeniliklər onların ali təhsil müəssisələrinə qəbul şansını əhəmiyyətli dərəcədə azaldır.Subbakalavrların sözlərinə görə, 150 balla qəbul aparılan ixtisasların sayının artırılması nəticəsində subbakalavrların müsabiqədə iştirak etdiyi vakant plan yerlərinin sayı azalacaq.
“Xüsusilə I və II ixtisas qrupları üzrə bəzi ixtisasların 150 ballıq ixtisaslar sırasına daxil edilməsi subbakalavrların, əsasən də II ixtisas qrupu üzrə məzunların universitetlərə imtahansız qəbul imkanlarını azaldıb. Universitetlərə qəbulun əsas prinsipi bütün namizədlərin eyni meyarlarla qiymətləndirilməsinə əsaslanmalıdır. Biz də gecə-gündüz oxumuşuq, imtahanlardan keçmişik, kollec bitirmişik və gələcəyimizi qurmaq üçün ali təhsil almaq istəyirik. Bəs bizim günahımız nədir? Niyə subbakalavrların təhsilini davam etdirmək arzusu bu qədər asanlıqla gözardı edilir?” – deyə müraciətdə qeyd olunub.
Subbakalavrlar deyirlər ki, qəbul şansının azalması gənclərin təhsilə marağını zəiflədə və illərlə çəkilən zəhməti mənasızlaşdıra bilər.
Müraciətdə qeyd olunur ki, subbakalavrlar ali təhsil müəssisələrinə yalnız vakant plan yerləri üzrə qəbul olunduqları üçün yeni qaydalar onların vəziyyətini daha da çətinləşdirir.
Onların iddiasına görə, xüsusilə dövlət universitetlərində İT və mühəndislik istiqamətləri üzrə subbakalavr qəbulu da məhdudlaşdırılıb.
“Biz 3 il kollec təhsili alırıq, ixtisasımız üzrə nəzəri və praktik biliklər qazanırıq, yüksək ümumi orta müvəffəqiyyət göstəricisi toplamaq üçün çalışırıq. Amma sonda öz ixtisasımız üzrə ali təhsil almaq imkanımız məhdudlaşdırılır. Əgər subbakalavrların öz ixtisası üzrə ali təhsil almasına şərait yaradılmayacaqsa, bəs kolleclərin məqsədi nədir?” – müraciətdə vurğulanır.
Subbakalavrlar heç kimə üstünlük verilməsini istəmədiklərini, yalnız ədalətli yanaşma tələb etdiklərini bildirirlər.
Onlar təklif edirlər ki, subbakalavrlar üçün ayrıca plan yerləri ayrılmalı, abituriyentlər və subbakalavrlar ayrı-ayrı müsabiqələrdə iştirak etməlidirlər.
Dövlət İmtahan Mərkəzindən (DİM) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
Qeyd olunub ki, subbakalavrlar əvvəlki qaydada qəbul imtahanlarında iştirak etmədən də ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər:
“Qaydalara əsasən, ixtisas seçimi zamanı Nazirlər Kabineti tərəfindən müəyyən edilən ali təhsil müəssisələrinin ixtisasları üzrə qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, daha sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Bundan əlavə, qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq həm imtahanda topladığı balla abituriyent kimi ümumi qaydada, həm də qəbul imtahanında iştirak etmədən, orta ixtisas təhsili pilləsində bitirdiyi ixtisasa uyğun ali təhsil müəssisələrinin ixtisasları üzrə subbakalavr kimi keçirilən müsabiqədə iştirak edə bilər”.

Oxşar xəbərlər
-
1.08.2026Bu universitetlərdə boş yerlər qalacaq -
31.07.2026İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq -
13.03.2026Kollec direktoru insanları təhqir etdi - "Sizin kimi toksik və qurdlu insanlar..." - FOTOFAKT -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...