İranın Hörmüzqan əyalətində 4.1 maqnitudalı zəlzələ baş verib.

DuzXeber.az xəbər verir ki, bu barədə məlumatı Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar çərşənbə axşamı yerli vaxtla saat 01:45 radələrində Fərqan şəhəri yaxınlığında qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik heç bir məlumat verilməyib.

Paylaş