11.08.2026
Sahibkar Abdullayev Əmir Ədil oğlu Şirvan Milli Parkının direktor əvəzi Nizaməddin Tağıyevdən şikayətçidir.
DuzXeber.az xəbər verir ki, bununla bağlı şikayətçi Əmir Abdullayev manset.az-a müraciət edib. Nizaməddin Tağıyev 2025-ci ilin mart ayının ortalarında direktor əvəzi təyin olunub. İddiaya görə, bundan sonra o, şikayətçiyə məxsus fermanın Şirvan Milli Parkının ərazisində olduğuna görə rüşvət tələb edib.
Sahibkar əvvəlcə bununla razılaşsa da, sonradan Nizaməddin Tağıyevin sahibkarın çarəsizliyindən istifadə edərək məbləği get-gedə artırması (əvvəlcə 5 min AZN, daha sonra 20 min AZN) tərəflər arasında narazılığa səbəb olub.
Bu zaman ərzində qarşı tərəfdən müxtəlif təhdidlər alan sahibkar Əmir Abdullayev ciddi maddi ziyana uğrayıb. Şikayətçinin sözlərinə görə, Nizaməddin Tağıyevin əmri ilə onun ferması uçurulub, orada olan vacib sənədlərin götürülməsinə icazə verilməyib. Həmçinin sahibkarın mal-qarası fermadan xəbərsiz və qanunsuz formada çıxarılıb. Nəticədə onlarla mal-qara itkin düşüb. İtkin düşən mal-qaranın balaları isə ac qalaraq tələf olublar.
Dəfələrlə işlə bağlı məhkəmə prosesləri baş tutsa da, zərərçəkənə dəymiş maddi və mənəvi zərər qarşılanmayıb.
Sözügedən məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən manset.az-ın ünvanladığı sorğuya cavab olaraq Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib. Məlumatda bildirilib ki, şikayətçi Ə. Abdullayevə məxsus təsərrüfat qanunvericiliyin tələblərinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında aidiyyəti dövlət qurumları tərəfindən Milli Parkın ərazisindən çıxarılıb:
Xidmət rəisi onu da qeyd edib ki, vətəndaşın qaldırdığı digər iddia ilə bağlı isə hazırda Salyan Rayon Prokurorluğunda müvafiq araşdırma aparılır./Manşet.az /
Sahibkar Abdullayev Əmir Ədil oğlu Şirvan Milli Parkının direktor əvəzi Nizaməddin Tağıyevdən şikayətçidir.
Sahibkar Abdullayev Əmir Ədil oğlu Şirvan Milli Parkının direktor əvəzi Nizaməddin Tağıyevdən şikayətçidir. DuzXeber.az xəbər verir ki, bununla bağlı şikayətçi Əmir Abdullayev manset.az-a müraciət edib. Nizaməddin Tağıyev 2025-ci ilin mart ayının ortalarında direktor əvəzi təyin olunub. İddiaya görə, bundan sonra o, şikayətçiyə məxsus fermanın Şirvan Milli Parkının ərazisində olduğuna görə rüşvət tələb edib.
Sahibkar əvvəlcə bununla razılaşsa da, sonradan Nizaməddin Tağıyevin sahibkarın çarəsizliyindən istifadə edərək məbləği get-gedə artırması (əvvəlcə 5 min AZN, daha sonra 20 min AZN) tərəflər arasında narazılığa səbəb olub.
Bu zaman ərzində qarşı tərəfdən müxtəlif təhdidlər alan sahibkar Əmir Abdullayev ciddi maddi ziyana uğrayıb. Şikayətçinin sözlərinə görə, Nizaməddin Tağıyevin əmri ilə onun ferması uçurulub, orada olan vacib sənədlərin götürülməsinə icazə verilməyib. Həmçinin sahibkarın mal-qarası fermadan xəbərsiz və qanunsuz formada çıxarılıb. Nəticədə onlarla mal-qara itkin düşüb. İtkin düşən mal-qaranın balaları isə ac qalaraq tələf olublar.
Dəfələrlə işlə bağlı məhkəmə prosesləri baş tutsa da, zərərçəkənə dəymiş maddi və mənəvi zərər qarşılanmayıb.
Sözügedən məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən manset.az-ın ünvanladığı sorğuya cavab olaraq Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev məlumat verib. Məlumatda bildirilib ki, şikayətçi Ə. Abdullayevə məxsus təsərrüfat qanunvericiliyin tələblərinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında aidiyyəti dövlət qurumları tərəfindən Milli Parkın ərazisindən çıxarılıb:
Xidmət rəisi onu da qeyd edib ki, vətəndaşın qaldırdığı digər iddia ilə bağlı isə hazırda Salyan Rayon Prokurorluğunda müvafiq araşdırma aparılır./Manşet.az /
Oxşar xəbərlər
-
24.07.2026İçərişəhərdə ciddi narazılıq - Sahibkarların müqavilələri ləğv edilir -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
26.01.2026“Tovuzdakı sifarişli “YANĞININ” və qətnamənin arxasında BAZARKOM DAYANIR” - MƏMMƏD Tağıyev // VİDEO -
18.01.2026Vəkil Cavidan Osmanlı hakimin adından saxta sənəd düzəltdi – Qadın 20 min manat əlavə ziyana düşdü (FOTO) -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



