13.08.2026

Bakıya uçan təyyarə məcburi eniş etdi - SON DƏQİQƏ

Tyumendən Bakıya uçan “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki səbəbdən planlaşdırılmamış şəkildə Ufaya eniş edib.

DuzXeber.az xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

“Avqustun 12-də yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə 20:15) “Ufa” beynəlxalq hava limanında “Utair” aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib. Marşrutdan kənara çıxma ekipajın qərarı ilə texniki səbəbdən baş verib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, təyyarə normal rejimdə eniş edib.

Nəqliyyat prokurorluğu nəzarət tədbirləri həyata keçirir və sərnişinlərin hüquqlarına əməl olunmasına nəzarət edilir. /Bizim.Media/

Xəbər lenti