13.08.2026

Bakıda yaşayış binasında yanğın başlayıb

Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsində mənzildə yanğın başlayıb.
DuzXeber.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda mənzildə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

Xəbər lenti