14.08.2026
Yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxt qaldığı dönəmdə artıq bəzi mağazalarda məktəbli formalarının satışı həyata keçirilir.
DuzXeber.az: Müşahidə aparılan bir neçə satış məntəqəsində məktəbli formalarının qiymətlərinin dəyişkən olduğu qeydə alınıb.
Belə ki, mağazaların birində qisaqol köynək 23-27 manat, uzunqol köynək 25-27 manat, klassik şalvar 20-28 manat, ipli şalvar 20-30-35 manat, jaket 25-35 manat, ətəklər isə 25-35 manat arasında təklif edilir. Formanın üzərinə məktəbin embleminin vurulması isə 1,5 manata başa gəlir.
Mağazanın satış üzrə mütəxəssis bildirib ki, onların satışa çıxardıqları Türkiyə istehsalı olan məktəbli formaları tam pambıq parçadan hazırlanır və tiftiklənmir.
Digər satış mərkəzində isə köynək 15 manat, ətək 13 manat, şalvar 20, jaketlər isə 23 manatdan başlayan qiymətə satılır.
Bakı Tikiş Evi (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov isə "Report"a açıqlamasında bildirib ki, istehsal etdikləri məktəbli formaları keçən il olduğu kimi bu il də endirimli qiymətlərlə satışa çıxarılıb:
"Əvvəllər 20 manata satılan şalvar və ətəklərin qiyməti indi 15 manata endirilib. Jaketlər 30 manat əvəzinə 22 manata, polo köynəklər isə 12-14 manata təklif olunur".
O, BTE-də məktəbli formalarının Türkiyə, Belarus və Özbəkistandan gətirilən yüksək keyfiyyətli parçalardan hazırlandığını vurğulayıb.
E.Əzimov məktəbli formalarının satışının ilboyu davam etdirildiyini diqqətə çatdırıb:
"Ölkə üzrə fəaliyyət göstərən 8 satış mərkəzində hər gün səhər saat 09.00-dan axşam 18:00-a kimi valideynlər istədikləri ölçüdə forma əldə edə bilərlər".
Şöbə müdiri dərs ilinin başlamasına az müddət qaldığını nəzərə alaraq məktəbli formalarının alışını tezləşdirməyi tövsiyə edib:
"Vaxt az qaldığından satış məntəqələrində sıxlıq və növbələr yarana bilər. Bu səbəbdən, valideynlərin məktəbli formalarını əvvəlcədən alması həm rahat seçim imkanlarını genişləndirir, həm də növbədə gözləmədən alış-veriş etməyə şərait yaradır".(Report)
Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb
Yeni tədris ilinin başlamasına təxminən 1 ay vaxt qaldığı dönəmdə artıq bəzi mağazalarda məktəbli formalarının satışı həyata keçirilir.DuzXeber.az: Müşahidə aparılan bir neçə satış məntəqəsində məktəbli formalarının qiymətlərinin dəyişkən olduğu qeydə alınıb.
Belə ki, mağazaların birində qisaqol köynək 23-27 manat, uzunqol köynək 25-27 manat, klassik şalvar 20-28 manat, ipli şalvar 20-30-35 manat, jaket 25-35 manat, ətəklər isə 25-35 manat arasında təklif edilir. Formanın üzərinə məktəbin embleminin vurulması isə 1,5 manata başa gəlir.
Mağazanın satış üzrə mütəxəssis bildirib ki, onların satışa çıxardıqları Türkiyə istehsalı olan məktəbli formaları tam pambıq parçadan hazırlanır və tiftiklənmir.
Digər satış mərkəzində isə köynək 15 manat, ətək 13 manat, şalvar 20, jaketlər isə 23 manatdan başlayan qiymətə satılır.
Bakı Tikiş Evi (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov isə "Report"a açıqlamasında bildirib ki, istehsal etdikləri məktəbli formaları keçən il olduğu kimi bu il də endirimli qiymətlərlə satışa çıxarılıb:
"Əvvəllər 20 manata satılan şalvar və ətəklərin qiyməti indi 15 manata endirilib. Jaketlər 30 manat əvəzinə 22 manata, polo köynəklər isə 12-14 manata təklif olunur".
O, BTE-də məktəbli formalarının Türkiyə, Belarus və Özbəkistandan gətirilən yüksək keyfiyyətli parçalardan hazırlandığını vurğulayıb.
E.Əzimov məktəbli formalarının satışının ilboyu davam etdirildiyini diqqətə çatdırıb:
"Ölkə üzrə fəaliyyət göstərən 8 satış mərkəzində hər gün səhər saat 09.00-dan axşam 18:00-a kimi valideynlər istədikləri ölçüdə forma əldə edə bilərlər".
Şöbə müdiri dərs ilinin başlamasına az müddət qaldığını nəzərə alaraq məktəbli formalarının alışını tezləşdirməyi tövsiyə edib:
"Vaxt az qaldığından satış məntəqələrində sıxlıq və növbələr yarana bilər. Bu səbəbdən, valideynlərin məktəbli formalarını əvvəlcədən alması həm rahat seçim imkanlarını genişləndirir, həm də növbədə gözləmədən alış-veriş etməyə şərait yaradır".(Report)
Oxşar xəbərlər
-
16.07.2026Bu ailələrə məktəbli forması pulsuz ola bilər -
10.06.2026Marketlərdə bu məhsullar kəskin bahalaşdı -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
12.01.2026Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər “QAN AĞLAYIR”
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



