14.08.2026
ABŞ NATO müttəfiqlərindən Donald Tramp administrasiyasının siyasətini açıq şəkildə dəstəkləməyi tələb edir. Əks halda Vaşinqton alyansa hərbi dəstəyi azaltmağı nəzərdən keçirə bilər.
DuzXeber.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ-ın müttəfiqlərə göndərdiyi daxili sənədə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton NATO ölkələrinə xüsusi sorğu göndərərək onların hazırkı administrasiyaya loyallığını qiymətləndirir. Sorğuda ölkələrin ABŞ-ın xarici siyasətini açıq şəkildə dəstəkləyib-dəstəkləmədiyi, Birləşmiş Ştatların hərbi bazalarından istifadəyə məhdudiyyət qoyub-qoymadığı soruşulur.
ABŞ həmçinin müttəfiqlərin Birləşmiş Ştatların müdafiə şirkətlərindən məhsul alıb-almadığı və ABŞ-la müqavilələrə mane olan qaydalara qarşı çıxıb-çıxmadığı ilə maraqlanır. Sorğuda NATO ilə razılaşdırılmadan İranda və Venesuelada həyata keçirilən hərbi əməliyyatlara münasibət də yer alıb.
Müttəfiqlər bu addımı təhlükəsizlik müqabilində siyasi sədaqət tələb etmək cəhdi kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, belə yanaşma İkinci Dünya müharibəsindən sonra formalaşan transatlantik münasibətlərə ciddi zərər vura bilər.
Sorğu ABŞ-ın Avropadakı hərbi mövcudluğuna dair altı aylıq araşdırma çərçivəsində hazırlanıb. Araşdırmanın dekabr ayına qədər başa çatdırılması gözlənilir. NATO ölkələri artıq ABŞ qoşunlarının mümkün çıxarılmasına və bombardmançı təyyarələr, hərbi gəmilər də daxil olmaqla resursların azaldılmasına hazırlaşırlar.
Qeyd edək ki, Donald Tramp iyul ayında NATO-dan məyus olduğunu bildirərək alyans üzvlərini kollektiv təhlükəsizliyə kifayət qədər töhfə verməməkdə ittiham etmişdi.
Tramp NATO-dan bunu tələb edir: Əks halda hərbi yardım KƏSİLƏ BİLƏR
ABŞ NATO müttəfiqlərindən Donald Tramp administrasiyasının siyasətini açıq şəkildə dəstəkləməyi tələb edir. Əks halda Vaşinqton alyansa hərbi dəstəyi azaltmağı nəzərdən keçirə bilər.DuzXeber.az xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ-ın müttəfiqlərə göndərdiyi daxili sənədə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton NATO ölkələrinə xüsusi sorğu göndərərək onların hazırkı administrasiyaya loyallığını qiymətləndirir. Sorğuda ölkələrin ABŞ-ın xarici siyasətini açıq şəkildə dəstəkləyib-dəstəkləmədiyi, Birləşmiş Ştatların hərbi bazalarından istifadəyə məhdudiyyət qoyub-qoymadığı soruşulur.
ABŞ həmçinin müttəfiqlərin Birləşmiş Ştatların müdafiə şirkətlərindən məhsul alıb-almadığı və ABŞ-la müqavilələrə mane olan qaydalara qarşı çıxıb-çıxmadığı ilə maraqlanır. Sorğuda NATO ilə razılaşdırılmadan İranda və Venesuelada həyata keçirilən hərbi əməliyyatlara münasibət də yer alıb.
Müttəfiqlər bu addımı təhlükəsizlik müqabilində siyasi sədaqət tələb etmək cəhdi kimi qiymətləndirirlər. Onlar hesab edirlər ki, belə yanaşma İkinci Dünya müharibəsindən sonra formalaşan transatlantik münasibətlərə ciddi zərər vura bilər.
Sorğu ABŞ-ın Avropadakı hərbi mövcudluğuna dair altı aylıq araşdırma çərçivəsində hazırlanıb. Araşdırmanın dekabr ayına qədər başa çatdırılması gözlənilir. NATO ölkələri artıq ABŞ qoşunlarının mümkün çıxarılmasına və bombardmançı təyyarələr, hərbi gəmilər də daxil olmaqla resursların azaldılmasına hazırlaşırlar.
Qeyd edək ki, Donald Tramp iyul ayında NATO-dan məyus olduğunu bildirərək alyans üzvlərini kollektiv təhlükəsizliyə kifayət qədər töhfə verməməkdə ittiham etmişdi.
Oxşar xəbərlər
-
31.03.2026Yeni hərbi obyektlər istifadəyə verildi - FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
10.03.2026Göyçayda yol BİABIRÇILIĞI: Nə icra hakimiyyəti maraqlanır, nə də AAYDA – Foto -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO
-
2.09.2026Sursat anbarında baş verən PARTLAYIŞDAN sonra Goranboyda vəziyyət necədir?
-
2.09.2026Hesabına pul köçürülən şəxslər bunu bilməlidir – Dövlətə bu qədər ödəyəcəksiniz
-
2.09.2026Əvvəl bacısını, sonra özünü bıçaqladı
-
2.09.2026İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
-
2.09.2026Kəngərli, Sarıcalı və Xıdırlı sakinlərinin nəzərinə! - Müraciət başladı



