15.08.2026

Ağdaşda VAZ su kanalına düşdü

Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
DuzXeber.az xəbər verir ki, hadisə Ağdaş-Qəbələ yolunun rayonun Dəhnəxəlil kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi su kanalına düşüb.
Sürücü ətrafdakıların köməkliyi ilə xilas edilib. Qəza zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.(oxu.az)

Xəbər lenti