17.08.2026
“TikTok”da baxıcılıq və falçılıqla bağlı paylaşımlar edən qadına cadunun pozulması üçün üz tutan həmcinsi dələduzluğun qurbanı olub.
Ərinin ikinci arvadının ölməsi üçün “falçı”ya 14 min manat verib - Bakıda
“TikTok”da baxıcılıq və falçılıqla bağlı paylaşımlar edən qadına cadunun pozulması üçün üz tutan həmcinsi dələduzluğun qurbanı olub.DuzXeber.az-ın əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Validə Sultansoy (ad-soyad şərtidir) cadunun pozulması üçün ona müraciət edən qadından 14.080 manat pul alıb.
Məlum olub ki, zərərçəkmiş şəxs özünü falçı kimi təqdim edən qadına mesaj yazaraq, ailəsində bir çox problemlər olduğunu, ərinin onu və körpə uşaqlarını qoyub başqa bir qadınla ikinci dəfə ailə həyatı qurduğunu, uşağının birinin isə sağalmaz xəstə olduğunu bildirib.
Zərərçəkmiş şəxs özünün və uşağının üzərində ağırlıq olduğunu, bunun cadu edilməsi ilə əlaqədar ola bilməsini bildirib və Validədən kömək istəyib.
Aralarında olan mesajlaşma zamanı zərərçəkmiş ərinin ailə qurduğu ikinci qadından ayrılmasını, həmin qadının ölməsi üçün cadu edilməsini istəyib. Təqsirləndirilən şəxs isə qarşı tərəfə ərinin ailə qurduğu ikinci arvadının öləcəyinə zəmanət vermədiyini bildirib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Ona müraciət edən qadının 14.080 manat pulunu alan "falçı" qarşı tərəfin nömrəsini qara siyahıya daxil edib.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Validə Sultansoy dəymiş zərəri geri ödəyib. Sabunçu Rayon Məhkəməsi təqsirləndirilən şəxsə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya aktı elan edilib və o, cinayət məsuliyyətindən azad olunub.(DİA-AZ)
Oxşar xəbərlər
-
30.07.2026Sevgi yazışmaları faciə ilə nəticələndi: - Uşaqlarının anasını xüsusi amansızlıqla boğaraq öldürdü -
17.06.2026Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



