17.08.2026
DuzXeber.az: Bu gündən “28 May”–“Nizami” arasında metro hərəkəti dayandırılıb. Qırmızı və Yaşıl xətlərin ayrılması üçün görülən işlər, sərnişin yükünü azaltmaq məqsədilə ekspress avtobusların təşkili vacib və faydalı addımlardır.
Amma bir məsələ açıq qalır. Sərnişinlərə, xüsusilə həssas qruplara özlərindən asılı olmayan məcburi transfer və əlavə xərclərə görə güzəşt verilə bilərmi?
AYNA rəhbəri Anar Rzayev bu gün Real TV aparıcısının məhz bu mahiyyətdə olan sərrast və haqlı sualını cavablandırıb.
Məni cavabın mənfi olması deyil, onun əsaslandırılması çox təəccübləndirdi. Məəttəl qaldım.
AYNA rəhbəri bildirdi ki, pulsuz daşınma daha çox aeroport kimi qapalı sistemlərdə mümkündür. Şəhərdə isə ekspress avtobuslara yalnız metrodan çıxanlar deyil, digər sərnişinlər də minəcək. Metrodan çıxanların bir hissəsi isə başqa ümumi marşrutlardan da istifadə edəcək. Yəni, "qarışıqlıq" olacaq.
Klassik, oflayn sərnişin idarəetməsi baxımından bu izahda müəyyən məntiq var. Amma rəqəmsal transformasiya baxımından bu arqumentlə razılaşmaq birmənalı olaraq mümkünsüzdür.
Axı rəqəmsallaşma elə bu tip problemləri həll etmək üçündür.
Dünyada belə məsələlər sərnişini fiziki olaraq “metrodan çıxan” və “küçədən minən” kimi ayırmaqla deyil, rəqəmsal ödəniş sisteminin transferi tanıması ilə həll edilir. Bunun müxtəlif texnoloji modelləri var.
Elə bizim özümüzdə , Bakıda bunun üçün baza da mövcuddur. BakıKart metro və avtobuslarda işləyir, ölkədə QR və NFC kimi rəqəmsal ödəniş imkanları tətbiq olunur. Prezidentin 7 may 2026-cı il Fərmanı ilə BakuBus Metropolitenə birləşdirilib və müxtəlif nəqliyyat növlərinin inteqrasiyası, vahid idarəetmə və rəqəmsal ödəniş həllərinin tətbiqi qarşıya məqsəd qoyulub.
Məsələn, sistem metrodan çıxmış sərnişinin müəyyən vaxt ərzində avtobusa keçidini tanıya və ona pulsuz və ya güzəştli transfer tətbiq edə bilər.
Çox təəccüblüdür. AYNA-nın öz informasiya sistemlərinin təkmilləşdirilməsi üçün bu yaxınlarda təxminən 14 milyon manatlıq satınalma elan etməsi fonunda “sərnişinləri ayırmaq mümkün deyil, hamı ekspressə minəcək” arqumenti xüsusilə təəccüblü səslənir.
Bir daha vurğulayıram. Metroda görülən işlər, ekspress avtobusların təşkili, ictimai dinləmələrin keçirilməsi, dayanacaqlarda əlavə şərait yaradılması və digər tədbirlər təqdirəlayiqdir.
Amma dövlətin zəruri layihəsi nəticəsində sərnişinlərin, xüsusilə tələbələrin aylarla əlavə xərc çəkməsini normal hesab etmək olmaz.
Həm də axı AYNA-nın belə bir imkanı var. Ən azı xərclərin bir qismi qarşılana bilər. AYNA RİNN-in tabeliyindədir. Metropoliten də AZCON tərkibindədir. Bunları birləşdirən ortaq xətt RİNN-dir. Düşünürəm ki, RİNN məsələyə müdaxilə etməli, rəqəmsal güzəştli transfer modelinin hazırlanmasına dəstək verməlidir.
Ölkənin vahid rəqəmsal arxitekturasının qurulması ilə bağlı bir müddət öncə Prezidentin verdiyi tapşırıqların mahiyyəti də məhz budur.
Rəqəmsal transformasiyanın üstünlüyü ondadır ki, fiziki olaraq ayıra bilmədiyimizi data və texnologiya ilə ayıra bilək./Osman Gündüz - "DİA-AZ"/
AYNA-nın “pulsuz avtobus mümkün deyil” arqumenti nə dərəcədə əsaslıdır? - AKTUAL
DuzXeber.az: Bu gündən “28 May”–“Nizami” arasında metro hərəkəti dayandırılıb. Qırmızı və Yaşıl xətlərin ayrılması üçün görülən işlər, sərnişin yükünü azaltmaq məqsədilə ekspress avtobusların təşkili vacib və faydalı addımlardır.Amma bir məsələ açıq qalır. Sərnişinlərə, xüsusilə həssas qruplara özlərindən asılı olmayan məcburi transfer və əlavə xərclərə görə güzəşt verilə bilərmi?
AYNA rəhbəri Anar Rzayev bu gün Real TV aparıcısının məhz bu mahiyyətdə olan sərrast və haqlı sualını cavablandırıb.
Məni cavabın mənfi olması deyil, onun əsaslandırılması çox təəccübləndirdi. Məəttəl qaldım.
AYNA rəhbəri bildirdi ki, pulsuz daşınma daha çox aeroport kimi qapalı sistemlərdə mümkündür. Şəhərdə isə ekspress avtobuslara yalnız metrodan çıxanlar deyil, digər sərnişinlər də minəcək. Metrodan çıxanların bir hissəsi isə başqa ümumi marşrutlardan da istifadə edəcək. Yəni, "qarışıqlıq" olacaq.
Klassik, oflayn sərnişin idarəetməsi baxımından bu izahda müəyyən məntiq var. Amma rəqəmsal transformasiya baxımından bu arqumentlə razılaşmaq birmənalı olaraq mümkünsüzdür.
Axı rəqəmsallaşma elə bu tip problemləri həll etmək üçündür.
Dünyada belə məsələlər sərnişini fiziki olaraq “metrodan çıxan” və “küçədən minən” kimi ayırmaqla deyil, rəqəmsal ödəniş sisteminin transferi tanıması ilə həll edilir. Bunun müxtəlif texnoloji modelləri var.
Elə bizim özümüzdə , Bakıda bunun üçün baza da mövcuddur. BakıKart metro və avtobuslarda işləyir, ölkədə QR və NFC kimi rəqəmsal ödəniş imkanları tətbiq olunur. Prezidentin 7 may 2026-cı il Fərmanı ilə BakuBus Metropolitenə birləşdirilib və müxtəlif nəqliyyat növlərinin inteqrasiyası, vahid idarəetmə və rəqəmsal ödəniş həllərinin tətbiqi qarşıya məqsəd qoyulub.
Məsələn, sistem metrodan çıxmış sərnişinin müəyyən vaxt ərzində avtobusa keçidini tanıya və ona pulsuz və ya güzəştli transfer tətbiq edə bilər.
Çox təəccüblüdür. AYNA-nın öz informasiya sistemlərinin təkmilləşdirilməsi üçün bu yaxınlarda təxminən 14 milyon manatlıq satınalma elan etməsi fonunda “sərnişinləri ayırmaq mümkün deyil, hamı ekspressə minəcək” arqumenti xüsusilə təəccüblü səslənir.
Bir daha vurğulayıram. Metroda görülən işlər, ekspress avtobusların təşkili, ictimai dinləmələrin keçirilməsi, dayanacaqlarda əlavə şərait yaradılması və digər tədbirlər təqdirəlayiqdir.
Amma dövlətin zəruri layihəsi nəticəsində sərnişinlərin, xüsusilə tələbələrin aylarla əlavə xərc çəkməsini normal hesab etmək olmaz.
Həm də axı AYNA-nın belə bir imkanı var. Ən azı xərclərin bir qismi qarşılana bilər. AYNA RİNN-in tabeliyindədir. Metropoliten də AZCON tərkibindədir. Bunları birləşdirən ortaq xətt RİNN-dir. Düşünürəm ki, RİNN məsələyə müdaxilə etməli, rəqəmsal güzəştli transfer modelinin hazırlanmasına dəstək verməlidir.
Ölkənin vahid rəqəmsal arxitekturasının qurulması ilə bağlı bir müddət öncə Prezidentin verdiyi tapşırıqların mahiyyəti də məhz budur.
Rəqəmsal transformasiyanın üstünlüyü ondadır ki, fiziki olaraq ayıra bilmədiyimizi data və texnologiya ilə ayıra bilək./Osman Gündüz - "DİA-AZ"/
Oxşar xəbərlər
-
15.08.2026Hötenin "FauHötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ -
14.08.2026Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
27.02.2026Anar Seyfullayev: "Səhnə mənim həyatımdır" - Səmimi söhbət -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



