17.08.2026

Abşeronda karxanada faciə

Abşeronda karxanada kişi ayağının qurğuda qalması nəticəsində ölüb.
DuzXeber.az Report-a istinadla xəbər verir ki, Daş Güzdək qəsəbəsində Cəlilabad rayon sakini 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin işlədiyi karxanada ehtiyatsızlıqdan ayağı qurğuda ilişərək xəsarət alıb.
Kişi xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Xəbər lenti