18.08.2026
Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı tətbiq olunan qaydalar sərnişinlərin ciddi narazılığına səbəb olur. Qaydaya əsasən, bir şəhərin buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu isə Bakıdan Sumqayıta gedən taksinin geri qayıdarkən boş qalmasına səbəb olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə geri qayıtmaq üçün taksi tapmaqda çətinlik çəkir və daha yüksək qiymətlərlə qarşılaşırlar.DuzXeber.az bildirir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, bu kimi məsələlərin həll olunmasının əsas meyarlarından biri də gedişhaqlarının ödənilməsi zamanı vahidlik prinsipinin nəzərə alınmasıdır:“Sahibkarın qarşılaşdığı maneələr və onun itirəcəyi məbləğ müəyyən edilməlidir. Bir şəhərdən digərinə getdikdə artıq şəhərdaxili gediş deyil, səfərin qiyməti və geri dönüş məsələsi nəzərə alınmalıdır. Sahibkar bu itkiləri nəzərə alarsa, problem qalmayacaq”.
Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, sözügedən məsələ insanların gediş-gəlişinə, xüsusilə də gecə saatlarında və intensivliyin pik həddində ciddi təsir göstərir:
“İlk növbədə bu qərarın niyə verildiyinə baxaq. Səbəb odur ki, şəhərdə tıxacları azaltmaq üçün taksi fəaliyyətində müəyyən tənzimləmələr həyata keçirildi. Taksi sayı azaldıldı, müəyyən tələblər qoyuldu. Bu tələblərdən biri də ondan ibarətdir ki, hansı şəhərdə taksi fəaliyyətinə icazə varsa, yalnız orada fəaliyyət göstərmək mümkündür.
Əvvəllər Bakıda 75 minə yaxın taksi var idi. İndi bu say yarıya qədər endirilib. 25 minə qədər də azalmalıdır. Bu, şəhərdə sıxlığın azaldılmasına ciddi təsir göstərir.
Hazırda atılan addımlar, aparılan siyasət insanları kiçik nəqliyyat vasitələrindən ictimai nəqliyyata yönəltməyə hesablanıb. Əks halda tıxacdan əziyyət çəkəcəyik. Ətraf rayonlardan və ya Sumqayıtdan qeydiyyatdan keçən taksilərin Bakıda fəaliyyətinə icazə verilməsi tıxacların artmasına səbəb olacaq”.
Bu rayonlardan Bakıya gələnlərə pis xəbər – Qadağa qoyula bilər
Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı tətbiq olunan qaydalar sərnişinlərin ciddi narazılığına səbəb olur. Qaydaya əsasən, bir şəhərin buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu isə Bakıdan Sumqayıta gedən taksinin geri qayıdarkən boş qalmasına səbəb olur. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə geri qayıtmaq üçün taksi tapmaqda çətinlik çəkir və daha yüksək qiymətlərlə qarşılaşırlar.DuzXeber.az bildirir ki, globalinfo.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov deyib ki, bu kimi məsələlərin həll olunmasının əsas meyarlarından biri də gedişhaqlarının ödənilməsi zamanı vahidlik prinsipinin nəzərə alınmasıdır:“Sahibkarın qarşılaşdığı maneələr və onun itirəcəyi məbləğ müəyyən edilməlidir. Bir şəhərdən digərinə getdikdə artıq şəhərdaxili gediş deyil, səfərin qiyməti və geri dönüş məsələsi nəzərə alınmalıdır. Sahibkar bu itkiləri nəzərə alarsa, problem qalmayacaq”.Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirib ki, sözügedən məsələ insanların gediş-gəlişinə, xüsusilə də gecə saatlarında və intensivliyin pik həddində ciddi təsir göstərir:
“İlk növbədə bu qərarın niyə verildiyinə baxaq. Səbəb odur ki, şəhərdə tıxacları azaltmaq üçün taksi fəaliyyətində müəyyən tənzimləmələr həyata keçirildi. Taksi sayı azaldıldı, müəyyən tələblər qoyuldu. Bu tələblərdən biri də ondan ibarətdir ki, hansı şəhərdə taksi fəaliyyətinə icazə varsa, yalnız orada fəaliyyət göstərmək mümkündür.
Əvvəllər Bakıda 75 minə yaxın taksi var idi. İndi bu say yarıya qədər endirilib. 25 minə qədər də azalmalıdır. Bu, şəhərdə sıxlığın azaldılmasına ciddi təsir göstərir.
Hazırda atılan addımlar, aparılan siyasət insanları kiçik nəqliyyat vasitələrindən ictimai nəqliyyata yönəltməyə hesablanıb. Əks halda tıxacdan əziyyət çəkəcəyik. Ətraf rayonlardan və ya Sumqayıtdan qeydiyyatdan keçən taksilərin Bakıda fəaliyyətinə icazə verilməsi tıxacların artmasına səbəb olacaq”.
Oxşar xəbərlər
-
24.07.2026İçərişəhərdə ciddi narazılıq - Sahibkarların müqavilələri ləğv edilir -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI -
24.02.2026Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



