20.08.2026
Bakıda son dövrlər fəaliyyətini dayandıran restoran, kafe və mağazaların sayı diqqət çəkir. Xüsusilə bəzi obyektlərin üzərində “bağlanırıq”, “bağlanır” kimi elanların yerləşdirilməsi, geyim mağazalarında isə məhsulların “mağaza bağlandığı üçün” endirimlə satışa çıxarılması diqqətdən yayınmır.
Cəmiyyətdə bu vəziyyət əsasən iqtisadi çətinliklər, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və biznes xərclərinin artması ilə əlaqələndirilir.
Bəs obyektlərin bağlanmasının əsas səbəbləri nələrdir?
DuzXeber.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, xüsusilə yaşayış binalarının altında fəaliyyət göstərən kafe və restoranların özünəməxsus problemləri var:
“Belə obyektlər, xüsusilə mikrorayonlarda və yaşayış binalarının altında yerləşən kafelər yay aylarında müəyyən çətinliklərlə üzləşirlər. Çünki insanlar əvvəlki kimi bu məkanlara üz tutmurlar. Digər tərəfdən, belə obyektlərin açılması zamanı biznesin institusional və peşəkar tərəfləri də nəzərə alınmalıdır. Bəzən insanlar qonşuluqdakı restoranın yaxşı işlədiyini, gəlir əldə etdiyini görür və düşünür ki, özü də restoran açsın. Lakin biznesin mahiyyətini və idarəetmə prinsiplərini bilmədən bu sahəyə daxil olmaq düzgün deyil. Obyekt uğursuz yerdə yerləşə bilər. Amma onu idarə edən şəxs peşəkar menecerdirsə, dünyanın müxtəlif yerlərindən müştəri cəlb edə bilər. Bu baxımdan, təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan obyektlərin bağlanması müəyyən mənada təbii prosesdir”.
İqtisadçının sözlərinə görə, bu sahəyə daxil olan sahibkarların bir qismi biznesin idarə olunması ilə bağlı kifayət qədər təcrübəyə malik deyil:
“İşini bacaran da, bacarmayan da biznesə başlayır. İnsanlar görürlər ki, hansısa sahə gəlirlidir və həmin biznesə daxil olurlar. Bir müddət fəaliyyət göstərir, obyektə təmir qoyur, vəsait xərcləyirlər. Lakin sonda həm təmirə yatırılan pul, həm də obyektin özü sahibkarın əlində qala bilir. Çünki biznesi idarə etmək mümkün olmur.
Digər tərəfdən, pandemiyadan sonra istehlak davranışlarında da müəyyən dəyişikliklər müşahidə olunur. Əhalinin xərcləri artır. Ərzaq məhsullarının qiymətləri, müxtəlif xidmət və ödənişlər, telefon, dərman, müalicə və digər xərclər ailə büdcəsinə əlavə yük yaradır. Bu amillərin hər biri vətəndaşın ümumi xərclərini artırır”.
F.İbrahimov qeyd edib ki, ayrı-ayrılıqda böyük görünməyən xərclər ümumilikdə ailəbüdcəsinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, bəzən restoranların dolu olduğunu görüb düşünürlər ki, insanların maddi vəziyyəti yaxşıdır:
“Əslində isə bu, bütün əhalini əks etdirmir. Restoranlara gedən müəyyən bir kateqoriya var və eyni insanlar müxtəlif məkanlarda müştəri kimi görünürlər. Əhalinin, məsələn, 10 faizi müəyyən restoranlara gedirsə, bu, bütün əhalinin vəziyyətinin yaxşı olması demək deyil. Belə şəraitdə təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan bizneslər fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər. Çünki obyekt sahibinin müştərisinin olub-olmaması icarəyə verən şəxsi maraqlandırmır. İcarə haqqı tələb olunur. Bu isə biznes üçün əlavə maliyyə yükü yaradır”.
Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq – Yeni mərhələ başlayır
Bakıda son dövrlər fəaliyyətini dayandıran restoran, kafe və mağazaların sayı diqqət çəkir. Xüsusilə bəzi obyektlərin üzərində “bağlanırıq”, “bağlanır” kimi elanların yerləşdirilməsi, geyim mağazalarında isə məhsulların “mağaza bağlandığı üçün” endirimlə satışa çıxarılması diqqətdən yayınmır.Cəmiyyətdə bu vəziyyət əsasən iqtisadi çətinliklər, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və biznes xərclərinin artması ilə əlaqələndirilir.
Bəs obyektlərin bağlanmasının əsas səbəbləri nələrdir?
DuzXeber.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, xüsusilə yaşayış binalarının altında fəaliyyət göstərən kafe və restoranların özünəməxsus problemləri var:
“Belə obyektlər, xüsusilə mikrorayonlarda və yaşayış binalarının altında yerləşən kafelər yay aylarında müəyyən çətinliklərlə üzləşirlər. Çünki insanlar əvvəlki kimi bu məkanlara üz tutmurlar. Digər tərəfdən, belə obyektlərin açılması zamanı biznesin institusional və peşəkar tərəfləri də nəzərə alınmalıdır. Bəzən insanlar qonşuluqdakı restoranın yaxşı işlədiyini, gəlir əldə etdiyini görür və düşünür ki, özü də restoran açsın. Lakin biznesin mahiyyətini və idarəetmə prinsiplərini bilmədən bu sahəyə daxil olmaq düzgün deyil. Obyekt uğursuz yerdə yerləşə bilər. Amma onu idarə edən şəxs peşəkar menecerdirsə, dünyanın müxtəlif yerlərindən müştəri cəlb edə bilər. Bu baxımdan, təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan obyektlərin bağlanması müəyyən mənada təbii prosesdir”.
İqtisadçının sözlərinə görə, bu sahəyə daxil olan sahibkarların bir qismi biznesin idarə olunması ilə bağlı kifayət qədər təcrübəyə malik deyil:
“İşini bacaran da, bacarmayan da biznesə başlayır. İnsanlar görürlər ki, hansısa sahə gəlirlidir və həmin biznesə daxil olurlar. Bir müddət fəaliyyət göstərir, obyektə təmir qoyur, vəsait xərcləyirlər. Lakin sonda həm təmirə yatırılan pul, həm də obyektin özü sahibkarın əlində qala bilir. Çünki biznesi idarə etmək mümkün olmur.
Digər tərəfdən, pandemiyadan sonra istehlak davranışlarında da müəyyən dəyişikliklər müşahidə olunur. Əhalinin xərcləri artır. Ərzaq məhsullarının qiymətləri, müxtəlif xidmət və ödənişlər, telefon, dərman, müalicə və digər xərclər ailə büdcəsinə əlavə yük yaradır. Bu amillərin hər biri vətəndaşın ümumi xərclərini artırır”.
F.İbrahimov qeyd edib ki, ayrı-ayrılıqda böyük görünməyən xərclər ümumilikdə ailəbüdcəsinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, bəzən restoranların dolu olduğunu görüb düşünürlər ki, insanların maddi vəziyyəti yaxşıdır:
“Əslində isə bu, bütün əhalini əks etdirmir. Restoranlara gedən müəyyən bir kateqoriya var və eyni insanlar müxtəlif məkanlarda müştəri kimi görünürlər. Əhalinin, məsələn, 10 faizi müəyyən restoranlara gedirsə, bu, bütün əhalinin vəziyyətinin yaxşı olması demək deyil. Belə şəraitdə təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan bizneslər fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər. Çünki obyekt sahibinin müştərisinin olub-olmaması icarəyə verən şəxsi maraqlandırmır. İcarə haqqı tələb olunur. Bu isə biznes üçün əlavə maliyyə yükü yaradır”.
Oxşar xəbərlər
-
17.08.2026Yeni şirkətlər, köhnə işçilər: SOCAR-da nə baş verir? -DETALLAR -
11.05.2026Xətai rayonunda qanunsuz tikinti iddiaları yenidən gündəmdə – səki restoran ərazisinə qatılır? -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
2.02.2026Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -Faktlar -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



