20.08.2026
DuzXeber.az: Ölkəmizdə əmək qanunvericiliyinə əsasən, işəgötürən vətəndaşı işə cəlb edərkən mütləq qaydada əmək müqaviləsi bağlamalıdır. Lakin təcrübədə qeyri-rəsmi, yəni müqaviləsiz fəaliyyət göstərən şəxslərin hüquqlarının pozulması — əməkhaqqının ödənilməməsi, əsassız işdən çıxarılma və digər qanunsuzluqlar hallarına tez-tez rast gəlinir. Belə vəziyyətlə qarşılaşan vətəndaşların faktiki əmək münasibətlərini hansı hüquqi mexanizmlər və sübutlarla təsdiq edə biləcəyi isə bir çoxları üçün sual doğurur. Mövzu ilə bağlı hüquqi prosedurları və lazımi addımları Oxu24.com-a hüquqşünas Ramil Hüseynov şərh edib.

Hüquqşünas Ramil Hüseynov bildirib ki, işəgötürənin əmək müqaviləsi bağlamadan şəxsləri işə cəlb etməsi İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin tələblərinin pozulması deməkdir:
"Əgər işəgötürən hüquqi şəxsdir və bu tələbi pozubsa, 20-25 min manat arasında cərimə oluna bilər. Fiziki şəxslər üçün isə bu məbləğ daha az nəzərdə tutulur”.
Onun sözlərinə görə, əmək müqaviləsi olmayan və hüquqları pozulan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (onlayn və ya kağız daşıyıcıda) şikayət edə bilərlər. Müraciətdən sonra vətəndaş müfəttişliyə dəvət olunur və ondan rəsmi izahat alınır.
Ramil Süleymanov qeyd edib ki, məhkəmə və müfəttişlik üçün hüquqi əhəmiyyət kəsb edən sübutlar bunlardır:
•İş yeri və funksiyalar haqqında məlumat: Vətəndaş hansı tarixlərdə, hansı ünvanda işlədiyini, iş yerinin quruluşunu və yerinə yetirdiyi konkret əmək funksiyalarını izahatında dəqiq qeyd etməlidir.
•Şahid ifadələri: Birgə çalışdığı iş yoldaşlarının ad və soyadlarını təqdim etmək vacibdir.
•Foto və video materiallar: İş prosesində, müəssisə daxilində çəkilmiş fotolar sübut kimi təqdim oluna bilər.
•Yazışmalar: Rəhbərlik, müdiriyyət və ya üst rəhbərlərlə aparılan yazışmalar (mesajlar, elektron məktublar) hüquqi əhəmiyyət daşıyır.
•Kamera görüntüləri: Ərazidəki müşahidə kameralarının görüntülərinin Müfəttişlik tərəfindən əldə olunması üçün vəsatət verilə bilər.
Hüquqşünas vurğulayıb ki, Dövlət Əmək Müfəttişliyi toplanmış materiallar əsasında vətəndaşın müqaviləsiz işlədildiyi qənaətinə gələrsə, müvafiq protokol tərtib edir. Əgər qanunvericiliyi pozan tərəf hüquqi şəxsdirsə, toplanmış sənədlər yekun qərar qəbul edilməsi üçün şəxsin yerləşdiyi yer üzrə məhkəməyə göndərilir.
Qeyri-rəsmi çalışanların DİQQƏTİNƏ: Əmək hüquqlarınız pozularsa, nə etməlisiniz?

Oxşar xəbərlər
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
12.02.2026Dəfələrlə inzibati xəta protokolu tərtib edilən QSC milyonluq tenderləri necə əldə edə bilir - “Ramco” QSC müəmması -
13.01.2026“Nakhish” MTK-ya həm cərimələr tətbiq edilir, həm də milyonluq tenderlər verilir – Bu necə olur? -
19.12.2025Bu əməlləri törədənlər 30 min manat cərimə ediləcək -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi