Məsələ ilə bağlı “BakuBus”dan bildirilib ki, 150 nömrəli marşrut xətti üzrə daxil olan şikayət dərhal nəzarətə götürülüb və avtobusun daxili kameraları vasitəsilə operativ şəkildə araşdırılıb:
"Görüntülərə əsasən, sərnişinlərin enişi zamanı sürücünün ehtiyatsızlıq və tələskənliyə yol verdiyi, nəticədə qapının vaxtından əvvəl bağlandığı təsdiqini tapıb. Baş verən xoşagəlməz hala görə təəssüfümüzü ifadə edirik.
Qeyd edək ki, sözügedən sürücü ilə bağlı daxili nizam-intizam qaydalarına uyğun olaraq müvafiq inzibati tənbeh tədbiri görüləcək.
Sərnişinlərimizin, xüsusilə də azyaşlıların təhlükəsizliyi və rahatlığı bizim üçün hər zaman ən ali prioritetdir. Gələcəkdə bənzər halların təkrarlanmaması üçün müvafiq təlimatlandırma və nəzarət tədbirləri davam etdiriləcək".




