22.08.2026

Gəncədə domino davası - 65 yaşlı kişi öldürüldü

Gəncədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

DuzXeber.az xəbər verir ki, qətlə yetirilən 65 yaşlı M. Musayevlə hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı N. İgəndərovun arasında çayxanada domino oynayarkən mübahisə yaranıb.
Bu zaman çayxanada olanlar hər iki şəxsi sakitləşdirilib. Sonradan tərəflər arasında yenidən dava düşüb.

Mübahisə zamanı 66 yaşlı N. İsgəndərov 65 yaşlı M. Musayevə bıçaqla xəsarət yetirib.
O xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə hər iki şəxsin tanışlıq münasibətləri olub. Onlar hadisənin baş verdiyi çayxanaya tez-tez domino oynağa gəliblər.

20:29

Gəncədə qətl hadisə baş verib.

Hadisə şəhərin “2705” dairəsi adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü M. Musayev bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib.
Dərhal ona yardım edilib, həkimlərin yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 66 yaşlı Nizami İskəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.\\apa.az

Xəbər lenti