25.08.2026

Azərbaycanda kürəkən qayınatasını öldürdü

Ağdam rayonunda qətl hadisəsi baş verib.
DuzXeber.az xəbər verir ki, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov mübahisə zəminində qayınatası, 1969-cu il təvəllüdlü Zakir Cəlal oğlu Hüseynovu bıçaqlayıb.
Zakir Hüseynov aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.(axar.az)

Xəbər lenti