25.08.2026
DuzXeber.az: Azərbaycanda işləyən pensiyaçıların sosial təminatının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımın atılması planlaşdırılır. Qanunvericiliyə təklif edilən dəyişikliyə əsasən, pensiya təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 ildən 4 ilə endirilməsi nəzərdə tutulur. Mövcud qaydalara görə, işləyən pensiyaçılar topladıqları sosial sığorta kapitalına görə pensiya artımını almaq üçün tam 6 il gözləməli olurdular. Müddətin 4 ilə endirilməsi vətəndaşların işlədikləri dövrdə köçürdükləri sığorta haqlarının faydasını daha tez görmələrinə imkan yaradacaq. Bu addım bir tərəfdən pensiyaçıların gəlirlərinin artmasına xidmət etdiyi halda, digər tərəfdən Dövlət Sosial Müdafiə Fondunun maliyyə yükünə də təsirsiz ötüşməyəcək. Məsələnin iqtisadi baxımdan nə dərəcədə əsaslandırıldığı və pensiya sisteminə təsirləri xüsusi maraq doğurur.

Mövzu ilə bağlı oxu24.com-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, müddətin 6 ildən 4 ilə endirilməsi ilk növbədə pensiyaçıların xeyrinə olan müsbət qərardır:
"İndiki qaydalara əsasən, pensiya təyin olunduqdan sonra işləməyə davam edən şəxslərin əməkhaqqından pensiya fonduna ayırmalar olunur. Lakin vətəndaş bu ödənişlərin pensiyasına təsirini görmək üçün tam 6 il gözləməli olurdu. Təklif olunan 4 illik müddətin ana üstünlüyü ondan ibarətdir ki, pensiyaçı öz fəaliyyətinin bəhrəsini daha tez hiss edəcək”.
O qeyd edib ki, nəzərə almaq lazımdır ki, pensiyaya çıxdıqdan sonra işləyən şəxslərin bəziləri səhhəti və ya digər səbəblərdən 6 il işləyə bilmirdi — 3, 4 və ya 5 il işləyib dayanmalı olurdular. Yenilik sayəsində onlar artıq 4-cü ilin tamamında pensiyalarının artırılması hüququndan yararlana biləcəklər.
Ekspertin sözlərinə görə, bu dəyişiklik pensiya fondunun üzərinə düşən maliyyə yükünü müəyyən qədər artıracaq:
"Ödənişlər 2 il daha tez həyata keçiriləcəyi üçün Dövlət Sosial Müdafiə Fondunun xərcləri və maliyyə yükü müəyyən dərəcədə artacaq. Lakin bu, tamamilə əsaslandırılmış və sosial yönümlü bir addımdır. Vətəndaş pul ödəyirsə, onun qarşılığını vaxtında almalıdır”.
Xalid Kərimli hesab edir ki, 4 il müddət də az deyil. O vurğulayıb ki, gələcəkdə bu müddətin daha da azaldılması, hətta pensiyaların hər il vurulan sığorta kapitalına uyğun yenidən hesablanması mexanizminin tətbiqi daha da arzuolunandır. Amma hər halda müddətin 6 ildən 4 ilə endirilməsi gələcəkdə daha yaxşı şəraitin yaradılması istiqamətində atılmış təqdirəlayiq addımdır.
İşləyən pensiyaçıların DİQQƏTİNƏ: Pensiya 4 ildən bir yenidən hesablanacaq: Bu nəyi dəyişəcək? – AÇIQLAMA

Oxşar xəbərlər
-
21.08.2026Pensiyanın yenidən hesablanması üçün işi dayandırmaq tələbi qanuna ziddir - AMMA NƏ OLSUN Kİ... -
1.08.2026Azərbaycanda xəstələr dərmanları pulsuz nə vaxt alacaqlar? -
30.05.2026Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR? -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...