27.08.2026
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib.
DuzXeber.az xəbər verir ki, Bakı Tikiş Evi (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bu il jaketlərin qiymətinin də 30 manatdan 20–22 manata endirildiyini deyib.
O qeyd edib ki, həmin endirimli qiymətlər cari ildə də qüvvədədir.
E.Əzimov vurğulayıb ki, köynək və polo köynəklərin qiyməti qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manatdır. Məhsullar 100 faiz pambıq parçadan hazırlanır.
“Satış mərkəzləri ilboyu fəaliyyət göstərir. Məktəb mövsümü ərəfəsində isə bütün şənbə və bazar günləri də daxil olmaqla, həftənin bütün günləri, ayın 15-dək fəaliyyət göstərəcəklər. Satış mərkəzlərinin ünvanları, əlaqə nömrələri, qaynar xətt və digər məlumatlar müəssisənin “Instagram” səhifəsində, eləcə də Bakı Tikiş Evinin internet saytında yerləşdirilib”, – deyə o bildirib.
BTE həmçinin valideynlərə müraciət edərək, məktəb formalarını təsadüfi satış yerlərindən almamağı tövsiyə edib:
“Valideynlərə təsadüfi satış yerlərindən mənşəyi və keyfiyyəti məlum olmayan məktəb formalarını almamaq tövsiyə olunur. Belə məhsulların hansı materialdan hazırlandığı məlum olmaya, həmçinin onların keyfiyyət və uyğunluq sertifikatları olmaya bilər. Valideynlərə fabrik istehsalı olan, sertifikat və zəmanətlə təmin edilən məhsullara üstünlük vermələri tövsiyə edilir. Məktəb formalarına bir il zəmanət verilir və bu müddət ərzində onların keyfiyyətində heç bir dəyişiklik olmayacağına zəmanət verilir”, – deyə müraciətdə bildirilib.


Məktəb formalarının qiyməti endirildi – yeni qiymətlər
Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib.DuzXeber.az xəbər verir ki, Bakı Tikiş Evi (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bu il jaketlərin qiymətinin də 30 manatdan 20–22 manata endirildiyini deyib.
O qeyd edib ki, həmin endirimli qiymətlər cari ildə də qüvvədədir.
E.Əzimov vurğulayıb ki, köynək və polo köynəklərin qiyməti qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manatdır. Məhsullar 100 faiz pambıq parçadan hazırlanır.
“Satış mərkəzləri ilboyu fəaliyyət göstərir. Məktəb mövsümü ərəfəsində isə bütün şənbə və bazar günləri də daxil olmaqla, həftənin bütün günləri, ayın 15-dək fəaliyyət göstərəcəklər. Satış mərkəzlərinin ünvanları, əlaqə nömrələri, qaynar xətt və digər məlumatlar müəssisənin “Instagram” səhifəsində, eləcə də Bakı Tikiş Evinin internet saytında yerləşdirilib”, – deyə o bildirib.
BTE həmçinin valideynlərə müraciət edərək, məktəb formalarını təsadüfi satış yerlərindən almamağı tövsiyə edib:
“Valideynlərə təsadüfi satış yerlərindən mənşəyi və keyfiyyəti məlum olmayan məktəb formalarını almamaq tövsiyə olunur. Belə məhsulların hansı materialdan hazırlandığı məlum olmaya, həmçinin onların keyfiyyət və uyğunluq sertifikatları olmaya bilər. Valideynlərə fabrik istehsalı olan, sertifikat və zəmanətlə təmin edilən məhsullara üstünlük vermələri tövsiyə edilir. Məktəb formalarına bir il zəmanət verilir və bu müddət ərzində onların keyfiyyətində heç bir dəyişiklik olmayacağına zəmanət verilir”, – deyə müraciətdə bildirilib.


Oxşar xəbərlər
-
14.08.2026Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb -
24.07.2026Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR -
28.03.2026"Kristal Bakı" ASC nə qədər "Kristal"dır? - Maliyyə hesabatı gizlinləri... -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
12.01.2026Nazirin başı DOMİNO OYNAMAĞA qarışıb, fermerlər “QAN AĞLAYIR”
Xəbər lenti
-
31.08.2026Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan etibarən...
-
31.08.2026Bakının bu hissəsində su olmayacaq
-
31.08.2026ABŞ-İran danışıqlarına nə mane olur?
-
31.08.2026Sabahdan Bakıda bu yol bağlanır
-
31.08.2026Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
-
31.08.2026Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi - VİDEO
-
31.08.202634 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı
-
31.08.2026Psixoloqun əl qaldırdığı autizmli uşaqla bağlı YENİ AÇIQLAMA
-
31.08.2026DİM əlavə buraxılış imtahanı keçirəcək - Tarix açıqlandı
-
31.08.2026Prezidentin qazaxıstanlı həmkarı ilə görüşü keçirilir
-
31.08.2026Samuxda ana və övladını maşın vurub
-
31.08.2026"Nar"ın dəstəyi ilə jestdili.az-da beynəlxalq işarət dili bölməsi
-
31.08.202658 yaşlı qadın "AZZA"dan alınan şirniyyatdan zəhərləndi - FOTOLAR
-
31.08.2026Kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı
-
31.08.2026Prezidentə təqdim olunan oyuncaqlar nədir?
-
31.08.2026Putin çıxılmaz vəziyyətdə qalıb: Məni asacaqlar!
-
31.08.2026Azər Məmmədov 75 milyonluq qaz itkisini necə ÖRT-BASDIR EDƏCƏK... - HƏQİQƏTƏN DƏ...
-
31.08.2026“Kəpəz” - “Turan Tovuz” oyununda rekord
-
31.08.2026Bakıda bu avtobuslar dəyişdirilir: Gediş haqqı...
-
31.08.2026Masallıda 56 yaşlı kişi ağacdan yıxılıb öldü
-
31.08.2026“Leobank” şikayət:” Kreditimi bağlamışam, amma tətbiqdən silinmir”
-
31.08.2026DYP sürücülərə müraciət etdi
-
31.08.2026Deputat pensiyalarla bağlı ŞAD XƏBƏRİ açıqladı - Bu qədər artacaq
-
31.08.2026İlham Əliyev və xanımı Qırğızıstanda səfərdədir
-
31.08.2026Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
-
31.08.2026Ödənişli yolda "BMW X6" qəzaya düşdü: Ölən və yaralananların ADLARI
-
31.08.2026Qızıl ucuzlaşdı
-
31.08.2026Netanyahu Türkiyəni hədəf aldı: Bu işi bitirəcəyik
-
31.08.2026“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
-
31.08.2026ABŞ-la İran atışdı, neft bazarı silkələndi



