29.08.2026
Sosial şəbəkələrdə taksi sürücüsü ilə sərnişinin mübahisəsinə dair yayılan görüntülər müzakirələrə səbəb olub. Sərnişin taksi sürücüsündən kondisioneri qoşmasını istəyir.
Sürücü isə kondisionerli avtomobillə getmək istəyən sərnişinə komfort və ya biznes sinif sifariş verməyi tövsiyə edir.
Bəs sərnişinlər taksi sifariş edərkən təqdim olunan xidmətlərə ayrıca diqqət etməlidirlərmi? Ekonom sinifdə sifariş edilən avtomobildə kondisionerin qoşulmamasının hər hansı qanuni əsası varmı?
DuzXeber.az: Baku TV paytaxt sakinlərinin məsələyə münasibətini öyrənib. Bəzi vətəndaşlar kondisionerin avtomobilin sinfindən asılı olmayaraq işlək vəziyyətdə saxlanılmalı olduğunu düşünür. Digərləri isə ekonom və komfort tarifləri arasında fərq olduğunu bildirirlər.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən, sərnişin daşınmasında istifadə olunan nəqliyyat vasitələri soyutma və isitmə sistemi ilə təchiz edilməlidir. Bu sistemlər yalnız avtomobildə mövcud olmamalı, həm də işlək vəziyyətdə saxlanılmalıdır. Bu tələb taksilərdə avtomobilin hansı sinfə aid olmasından asılı deyil.
Kondisioner mövcuddursa, yay mövsümündə işlək vəziyyətdə olmalıdır. Sürücünün kondisioneri qoşmaq üçün sərnişindən əlavə ödəniş tələb etməsi isə qanunsuzdur.
"Belə hal baş verdikdə sərnişin taksi sifarişi operatoruna, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər", - deyə ekspert əlavə edib.
Baku TV məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bir neçə taksi sifarişi operatoruna da sorğu ünvanlayıb. Bildirilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələri salonun soyudulması və isidilməsi funksiyalarına malik tam havalandırma sistemi ilə təchiz edilməlidir. Bununla yanaşı, salondakı temperatur hava şəraiti və səfər zamanı komfortlu şərait nəzərə alınmaqla tənzimlənir.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqladığı tələblərə əsasən, taksi minik avtomobillərinin salonu sərinləşdirən və isidən tam hava tənzimləyicisi ilə təchiz olunmalıdır. Qanunvericilikdə isə taksilərin "ekonom", "komfort" və digər siniflərə bölünməsi nəzərdə tutulmur. Bu səbəbdən "ekonom sifariş vermisiniz, ona görə kondisioner qoşulmur" arqumentinin qanuni əsası yoxdur.(yenixeberorg.com)
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Sosial şəbəkələrdə taksi sürücüsü ilə sərnişinin mübahisəsinə dair yayılan görüntülər müzakirələrə səbəb olub. Sərnişin taksi sürücüsündən kondisioneri qoşmasını istəyir.Sürücü isə kondisionerli avtomobillə getmək istəyən sərnişinə komfort və ya biznes sinif sifariş verməyi tövsiyə edir.
Bəs sərnişinlər taksi sifariş edərkən təqdim olunan xidmətlərə ayrıca diqqət etməlidirlərmi? Ekonom sinifdə sifariş edilən avtomobildə kondisionerin qoşulmamasının hər hansı qanuni əsası varmı?
DuzXeber.az: Baku TV paytaxt sakinlərinin məsələyə münasibətini öyrənib. Bəzi vətəndaşlar kondisionerin avtomobilin sinfindən asılı olmayaraq işlək vəziyyətdə saxlanılmalı olduğunu düşünür. Digərləri isə ekonom və komfort tarifləri arasında fərq olduğunu bildirirlər.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, qanunvericiliyə əsasən, sərnişin daşınmasında istifadə olunan nəqliyyat vasitələri soyutma və isitmə sistemi ilə təchiz edilməlidir. Bu sistemlər yalnız avtomobildə mövcud olmamalı, həm də işlək vəziyyətdə saxlanılmalıdır. Bu tələb taksilərdə avtomobilin hansı sinfə aid olmasından asılı deyil.
Kondisioner mövcuddursa, yay mövsümündə işlək vəziyyətdə olmalıdır. Sürücünün kondisioneri qoşmaq üçün sərnişindən əlavə ödəniş tələb etməsi isə qanunsuzdur.
"Belə hal baş verdikdə sərnişin taksi sifarişi operatoruna, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə, eləcə də istehlakçı hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə bilər", - deyə ekspert əlavə edib.
Baku TV məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bir neçə taksi sifarişi operatoruna da sorğu ünvanlayıb. Bildirilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələri salonun soyudulması və isidilməsi funksiyalarına malik tam havalandırma sistemi ilə təchiz edilməlidir. Bununla yanaşı, salondakı temperatur hava şəraiti və səfər zamanı komfortlu şərait nəzərə alınmaqla tənzimlənir.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin açıqladığı tələblərə əsasən, taksi minik avtomobillərinin salonu sərinləşdirən və isidən tam hava tənzimləyicisi ilə təchiz olunmalıdır. Qanunvericilikdə isə taksilərin "ekonom", "komfort" və digər siniflərə bölünməsi nəzərdə tutulmur. Bu səbəbdən "ekonom sifariş vermisiniz, ona görə kondisioner qoşulmur" arqumentinin qanuni əsası yoxdur.(yenixeberorg.com)
Oxşar xəbərlər
-
10.06.2026Avtobus gecikirsə, sərnişin təzminat ala bilər? -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
3.03.2026Ölkədaxili sifarişli daşımalarda tələb olunan sənədlər ARTIRILDI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.202590-RB-009 nömrəli “Gelandewagen” görün kimin imiş: Biznes, siyasət və qalmaqallarla bağlı mediada geniş əks-səda doğuran şəxs (FOTO-VİDEO)
Xəbər lenti
-
29.08.2026Liderlər Bişkekdə toplanır - Əliyev də var
-
29.08.2026Ermənistanın bu addımı birmənalı qarşılanmadı: "Azərbaycana təşəkkür edirik"
-
29.08.20263 gün hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
29.08.2026Ər həyat yoldaşının burnunu dişləyib qopardı - VİDEO
-
29.08.2026Dolğu və botoksdan illər sonra nə baş verir? — ŞOK FƏSADLAR (VİDEO)
-
29.08.2026ŞOK XƏBƏRDARLIQ: "TikTok və Temu-dan uzaq durun!"
-
29.08.2026Bakı-Naxçıvan aviareysləri təxirə salındı
-
29.08.202611 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
-
29.08.2026Kiyevə dron hücumu olub -bir azyaşlı ölüb
-
29.08.2026Bakıda qadınlar gəlinlik salonunda dava saldılar
-
29.08.202621 marşrutun hərəkət sxemi dəyişdirildi
-
29.08.2026Gəlininin məzarına su götürmək istəyərkən, boğulub öldü
-
29.08.2026Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
-
29.08.2026Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
29.08.2026Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
29.08.2026Doktoranturaya girənlərə hərbi xidmətdən möhlət verilir - Şərt
-
29.08.2026Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
-
29.08.2026Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü
-
29.08.2026Bakıda leysan olacaq - PROQNOZ
-
29.08.2026Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü
-
29.08.2026Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
-
29.08.2026Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
29.08.2026Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
29.08.2026Hərbi komissar öldürüldü
-
29.08.202617 manatlıq şokolad 36 manat oldu – Qiymətlər “od tutub yanır”
-
29.08.2026Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
29.08.2026Atdan yıxılan 12 yaşlı oğlan öldü
-
29.08.2026Yol polisindən sürücülərə xəbərdarlıq
-
29.08.2026Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
-
29.08.2026Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.



