29.08.2026

Dolğu və botoksdan illər sonra nə baş verir? — ŞOK FƏSADLAR (VİDEO)

Estetik məqsədlə tətbiq olunan dolğu və botoks prosedurları düzgün icra edildikdə adətən təhlükəsiz hesab olunur. Lakin prosesin düzgün aparılmaması, uyğun olmayan preparatlardan istifadə və fərdi xüsusiyyətlər bəzi arzuolunmaz nəticələrə səbəb ola bilər.


DuzXeber.az xəbər verir ki, məsələ ilə bağlı yayılan məlumatda dolğuların gecikmiş dövrdə yaratdığı fəsadlar diqqətə çatdırılıb. Bildirilir ki, bu cür hallarda şişkinlik, sərtləşmə, düyünlər, asimmetriya, iltihabi reaksiyalar və nadir hallarda infeksiya kimi problemlər yarana bilər. Xüsusilə qalıcı və ya uzunmüddətli təsir göstərən bəzi dolğu materialları sonradan arzuolunmaz reaksiyalara səbəb ola bilir.

Botoksa gəldikdə isə, burada təsirlər adətən müvəqqətidir və preparat zamanla orqanizm tərəfindən parçalanır. Uzun illər sonra yaranan problemlərin birbaşa botoksa əlaqələndirilməsi hər zaman doğru deyil. Lakin təkrar və düzgün olmayan tətbiqlər zamanı əzələ zəifliyi, asimmetriya və arzuolunmaz estetik dəyişikliklər müşahidə oluna bilər.//SARA (nocomment.az)
https://nocomment.az/cdn/posts/2026/08/29/1788004780426-ac48de05bc89-whatsapp-video-2026-08-29-at-15-54-31.mp4​​​

Xəbər lenti