29.08.2026
Son vaxtlar marketlərdə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Alıcılar bəzi məhsulların qiymətinin əvvəlki dövrlə müqayisədə 2-3 dəfə yüksəldiyini deyirlər.
Məsələn, Lindt şokoladının qiymətinin 17 manatdan 36 manata, kəsmiklərin 50-55 qəpikdən 2.50-2.80 manata qədər artdığı bildirilir. “Azərçay”ın salafanda olan 1 kiloqramlıq qablaşdırmasının qiyməti 20 manatdan 27 manata, 500 qramlıq qablaşdırmasının qiyməti isə 10 manatdan 13.50 manata yüksəlib. Eyni zamanda, əvvəllər 18 manata satılan “President” kərə yağının hazırda 34 manata olduğu deyilir.
Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan bazarı kiçik olduğundan burada asanlıqla kartel sövdələşmələri baş verir:

“Kartel sövdələşmələri müxtəlif adamlar arasında qiymətin bazar üçün müəyyən edilməsidir. Bu, Azərbaycan bazarında şübhəsiz ki, mövcuddur. Ona görə qiymətlər hər yerdə eyni cür qalxır və bir dəfə qalxan qiymət bir daha enmir. Təəssüf ki, bu vaxta kimi uyğun dövlət qurumunun hansısa kartel sövdələşməsini açdığını görməmişik. Üstəlik, eyni adam guya monopoliya olmasın deyə müxtəlif şirkətlərin adı ilə mal gətirir və qiyməti özü təyin edir”.
Birlik sədri qeyd edib ki, dünya bazarında da ərzağın qiyməti daim qalxır:
“Çünki gübrə, əkinçilik, süd istehsalı məsələləri və s. var. Rentabelli kənd təsərrüfatı yaratmaq o qədər də asan bir şey deyil.
Azərbaycan bazarında qiymət artımını tənzimləyə bilən, demək olar ki, heç bir mexanizm yoxdur. Çünki qiymətlər sərbəstdir, kim nəyi neçəyə istəsə sata bilər. Yalnız kartel sövdələşmələrini ifşa etmək lazımdır. Düşünürəm ki, bununla vəziyyəti dəyişmək olar.
Çox yaxşı haldır ki, bəzi malların yerli istehsalçısı da var. Məsələn, duru yağ bazarında qiyməti sabit saxlayan amil var – yerli istehsal. Gərək çoxlu belə yerli istehsal olsun ki, qiymətlər sabit qala bilsin.
Böyük çay istehsalçıları xaricdən çay gətirib burada qablaşdırırlar. Əlbəttə, birja qiymətləri də təsir edir. Ona görə də qiymət durmadan artır. Biz şükür etməliyik ki, Hindistanda, Çində əksər insanlar vegetariandırlar. Əgər onlar yağ yeməyə başlasalar, yağın kiloqramı 200 manatdan aşağı düşməz”.(axs.az)
17 manatlıq şokolad 36 manat oldu – Qiymətlər “od tutub yanır”
Son vaxtlar marketlərdə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Alıcılar bəzi məhsulların qiymətinin əvvəlki dövrlə müqayisədə 2-3 dəfə yüksəldiyini deyirlər.Məsələn, Lindt şokoladının qiymətinin 17 manatdan 36 manata, kəsmiklərin 50-55 qəpikdən 2.50-2.80 manata qədər artdığı bildirilir. “Azərçay”ın salafanda olan 1 kiloqramlıq qablaşdırmasının qiyməti 20 manatdan 27 manata, 500 qramlıq qablaşdırmasının qiyməti isə 10 manatdan 13.50 manata yüksəlib. Eyni zamanda, əvvəllər 18 manata satılan “President” kərə yağının hazırda 34 manata olduğu deyilir.
Mövzu ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan bazarı kiçik olduğundan burada asanlıqla kartel sövdələşmələri baş verir:

“Kartel sövdələşmələri müxtəlif adamlar arasında qiymətin bazar üçün müəyyən edilməsidir. Bu, Azərbaycan bazarında şübhəsiz ki, mövcuddur. Ona görə qiymətlər hər yerdə eyni cür qalxır və bir dəfə qalxan qiymət bir daha enmir. Təəssüf ki, bu vaxta kimi uyğun dövlət qurumunun hansısa kartel sövdələşməsini açdığını görməmişik. Üstəlik, eyni adam guya monopoliya olmasın deyə müxtəlif şirkətlərin adı ilə mal gətirir və qiyməti özü təyin edir”.
Birlik sədri qeyd edib ki, dünya bazarında da ərzağın qiyməti daim qalxır:
“Çünki gübrə, əkinçilik, süd istehsalı məsələləri və s. var. Rentabelli kənd təsərrüfatı yaratmaq o qədər də asan bir şey deyil.
Azərbaycan bazarında qiymət artımını tənzimləyə bilən, demək olar ki, heç bir mexanizm yoxdur. Çünki qiymətlər sərbəstdir, kim nəyi neçəyə istəsə sata bilər. Yalnız kartel sövdələşmələrini ifşa etmək lazımdır. Düşünürəm ki, bununla vəziyyəti dəyişmək olar.
Çox yaxşı haldır ki, bəzi malların yerli istehsalçısı da var. Məsələn, duru yağ bazarında qiyməti sabit saxlayan amil var – yerli istehsal. Gərək çoxlu belə yerli istehsal olsun ki, qiymətlər sabit qala bilsin.
Böyük çay istehsalçıları xaricdən çay gətirib burada qablaşdırırlar. Əlbəttə, birja qiymətləri də təsir edir. Ona görə də qiymət durmadan artır. Biz şükür etməliyik ki, Hindistanda, Çində əksər insanlar vegetariandırlar. Əgər onlar yağ yeməyə başlasalar, yağın kiloqramı 200 manatdan aşağı düşməz”.(axs.az)
Oxşar xəbərlər
-
15.08.2026Unun qiyməti artır: çörək bahalaşacaqmı? - AKTUAL -
28.03.2026Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
23.01.2026Azərbaycanda maşın bazarında ən çox belə ALDADIRLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
29.08.2026Liderlər Bişkekdə toplanır - Əliyev də var
-
29.08.2026Ermənistanın bu addımı birmənalı qarşılanmadı: "Azərbaycana təşəkkür edirik"
-
29.08.20263 gün hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
-
29.08.2026Ər həyat yoldaşının burnunu dişləyib qopardı - VİDEO
-
29.08.2026Dolğu və botoksdan illər sonra nə baş verir? — ŞOK FƏSADLAR (VİDEO)
-
29.08.2026ŞOK XƏBƏRDARLIQ: "TikTok və Temu-dan uzaq durun!"
-
29.08.2026Bakı-Naxçıvan aviareysləri təxirə salındı
-
29.08.202611 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
-
29.08.2026Kiyevə dron hücumu olub -bir azyaşlı ölüb
-
29.08.2026Bakıda qadınlar gəlinlik salonunda dava saldılar
-
29.08.202621 marşrutun hərəkət sxemi dəyişdirildi
-
29.08.2026Gəlininin məzarına su götürmək istəyərkən, boğulub öldü
-
29.08.2026Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər – TARİX
-
29.08.2026Hərbçilər tunellərdə SES işçilərini axtarırlar - 934 nəfər yoxa çıxıb
-
29.08.2026Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
29.08.2026Doktoranturaya girənlərə hərbi xidmətdən möhlət verilir - Şərt
-
29.08.2026Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək - İDDİA
-
29.08.2026Bakı sakinini döyüb pulunu, telefonunu və bank kartını götürdü
-
29.08.2026Bakıda leysan olacaq - PROQNOZ
-
29.08.2026Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü
-
29.08.2026Möhtəkirlər ətin qiymətini yenidən qaldırdı - Rəsmi qurumlar isə SEYR EDİR...
-
29.08.2026Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
-
29.08.2026Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
29.08.2026Hərbi komissar öldürüldü
-
29.08.202617 manatlıq şokolad 36 manat oldu – Qiymətlər “od tutub yanır”
-
29.08.2026Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
29.08.2026Atdan yıxılan 12 yaşlı oğlan öldü
-
29.08.2026Yol polisindən sürücülərə xəbərdarlıq
-
29.08.2026Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
-
29.08.2026Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.



