3.09.2026
Redaksiyamıza müraciət edən vətəndaş Binəqədi rayonu ərazisində yerləşən “X Petrol” yanacaqdoldurma məntəqəsində avtomobilinə sifariş etdiyi məbləğdən daha az yanacaq vurularaq aldadıldığını bildirib.
DuzXeber.az: Şikayətçinin sözlərinə görə, avtomobilinə 30 manatlıq yanacaq sifariş edib. Yanacaq sayğacındakı məbləğ 23 manatı keçdikdən sonra operator sayğacın qarşısına keçərək boş siqaret qutusunu yanacaqdoldurma aparatının avtomat mexanizminin yerləşdiyi hissəyə daxil edib və yanacağın vurulmasını dayandırıb.
Vətəndaş bildirir ki, həmin anda operator bədəni ilə sayğacın ekranının qarşısını kəsib, aparatın kalkulyatoruna yenidən 30 manat daxil edib və nəticədə 24 manat 75 qəpikdə dayanan göstərici ekranda 30 manatla əvəzlənib.
Şikayətdən sonra Patrul.az əməkdaşları məsələni yerində araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə sözügedən yanacaqdoldurma məntəqəsinə yollanıblar.
Məntəqənin əməkdaşları açıq çəkiliş zamanı ünvanlanan suallara cavab verməkdən imtina edərək yalnız kamera söndürüldükdən sonra danışacaqlarını bildiriblər. Açıq çəkiliş dayandırılsa da, gizli çəkiliş davam etdirilib.
Məhz bundan sonra maraqlı mənzərə ortaya çıxıb. Kamera qarşısında danışmaq istəməyən əməkdaşlar çəkilişin dayandırıldığını düşünərək vətəndaşın səsləndirdiyi faktları təsdiqləyib və baş verənləri etiraf ediblər. Həmin etiraflar Patrul.az-ın apardığı gizli çəkilişdə qeydə alınıb.
Qeyd edək ki, yanacağın vurulması və sayğac göstəricisinin dəyişdirilməsi anı Patrul.az tərəfindən lentə alınmayıb və hadisənin bu hissəsi şikayətçinin təqdim etdiyi məlumatlara əsaslanır. Lakin sonradan məntəqə əməkdaşlarının məsələ ilə bağlı etirafları gizli çəkilişdə öz əksini tapıb.
İnsanların haqqına girmək artıq bu qədərmi rahatlaşıb?
Məsələnin ən narahatedici tərəfi təkcə bir vətəndaşın 5 manat 25 qəpik məbləğində az yanacaq aldığını bildirməsi deyil. Əsas sual budur: əgər belə bir üsul həqiqətən tətbiq edilirsə, bu, yalnız bir dəfə və yalnız bir müştəriyə qarşı baş verib?
Gün ərzində yüzlərlə avtomobilin daxil olduğu yanacaqdoldurma məntəqəsində hər müştərinin sayğaca saniyə-saniyə nəzarət etməsi mümkün deyil. İnsan yanacaqdoldurma məntəqəsinə daxil olaraq pulunu ödəyirsə, qarşılığında ödədiyi məbləğ qədər yanacaq alacağına inanır. Bu etimaddan sui-istifadə etmək isə sadəcə bir neçə manatlıq məsələ kimi qiymətləndirilə bilməz.
Hadisə eyni zamanda “X Petrol” rəhbərliyinin məntəqələrdəki nəzarət mexanizmi ilə bağlı ciddi suallar yaradır. Operator belə bir hərəkəti necə və hansı arxayınlıqla edə bilir? Məntəqədə işçilərin fəaliyyətinə nəzarət edilirmi? Aparatlara və həyata keçirilən satış əməliyyatlarına rəhbərlik tərəfindən hansı formada nəzarət olunur?
Daha ciddi bir sual da cavab gözləyir: baş verənlər ayrı-ayrı əməkdaşların özbaşınalığıdır, yoxsa bu prosesdən məntəqənin və ya şirkətin hansısa rəhbər şəxslərinin məlumatı var?
Patrul.az hazırda rəhbər şəxslərin bu işdə iştirak etdiyini təsdiqləyən fakt təqdim etmir. Buna görə də onların əlinin olub-olmaması yalnız aidiyyəti qurumların aparacağı obyektiv araşdırmadan sonra müəyyən edilə bilər. Lakin məntəqə əməkdaşlarının gizli çəkilişdə qeydə alınan etirafları fonunda bu sualın araşdırılması zəruridir.
Əgər bir müştərinin haqqına bu formada girilibsə, digər müştərilərlə bağlı vəziyyət necədir?
Patrul.az aidiyyəti dövlət qurumlarını “X Petrol”un sözügedən yanacaqdoldurma məntəqəsində ciddi yoxlama aparmağa, yanacaq aparatlarının göstəricilərini və texniki vəziyyətini, satış əməliyyatlarını, mövcud kamera görüntülərini və işçilərin fəaliyyətini araşdırmağa çağırır.
İnsanların halal qazancından ödədiyi pulun qarşılığında ona çatmalı olan məhsuldan kəsmək adi hal kimi qəbul edilə bilməz. Vətəndaş 30 manat ödəyirsə, 30 manatlıq yanacaq almalıdır.(Xalqxeber.az)
“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
Redaksiyamıza müraciət edən vətəndaş Binəqədi rayonu ərazisində yerləşən “X Petrol” yanacaqdoldurma məntəqəsində avtomobilinə sifariş etdiyi məbləğdən daha az yanacaq vurularaq aldadıldığını bildirib.DuzXeber.az: Şikayətçinin sözlərinə görə, avtomobilinə 30 manatlıq yanacaq sifariş edib. Yanacaq sayğacındakı məbləğ 23 manatı keçdikdən sonra operator sayğacın qarşısına keçərək boş siqaret qutusunu yanacaqdoldurma aparatının avtomat mexanizminin yerləşdiyi hissəyə daxil edib və yanacağın vurulmasını dayandırıb.
Vətəndaş bildirir ki, həmin anda operator bədəni ilə sayğacın ekranının qarşısını kəsib, aparatın kalkulyatoruna yenidən 30 manat daxil edib və nəticədə 24 manat 75 qəpikdə dayanan göstərici ekranda 30 manatla əvəzlənib.
Şikayətdən sonra Patrul.az əməkdaşları məsələni yerində araşdırmaq və qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə sözügedən yanacaqdoldurma məntəqəsinə yollanıblar.
Məntəqənin əməkdaşları açıq çəkiliş zamanı ünvanlanan suallara cavab verməkdən imtina edərək yalnız kamera söndürüldükdən sonra danışacaqlarını bildiriblər. Açıq çəkiliş dayandırılsa da, gizli çəkiliş davam etdirilib.
Məhz bundan sonra maraqlı mənzərə ortaya çıxıb. Kamera qarşısında danışmaq istəməyən əməkdaşlar çəkilişin dayandırıldığını düşünərək vətəndaşın səsləndirdiyi faktları təsdiqləyib və baş verənləri etiraf ediblər. Həmin etiraflar Patrul.az-ın apardığı gizli çəkilişdə qeydə alınıb.
Qeyd edək ki, yanacağın vurulması və sayğac göstəricisinin dəyişdirilməsi anı Patrul.az tərəfindən lentə alınmayıb və hadisənin bu hissəsi şikayətçinin təqdim etdiyi məlumatlara əsaslanır. Lakin sonradan məntəqə əməkdaşlarının məsələ ilə bağlı etirafları gizli çəkilişdə öz əksini tapıb.
İnsanların haqqına girmək artıq bu qədərmi rahatlaşıb?
Məsələnin ən narahatedici tərəfi təkcə bir vətəndaşın 5 manat 25 qəpik məbləğində az yanacaq aldığını bildirməsi deyil. Əsas sual budur: əgər belə bir üsul həqiqətən tətbiq edilirsə, bu, yalnız bir dəfə və yalnız bir müştəriyə qarşı baş verib?
Gün ərzində yüzlərlə avtomobilin daxil olduğu yanacaqdoldurma məntəqəsində hər müştərinin sayğaca saniyə-saniyə nəzarət etməsi mümkün deyil. İnsan yanacaqdoldurma məntəqəsinə daxil olaraq pulunu ödəyirsə, qarşılığında ödədiyi məbləğ qədər yanacaq alacağına inanır. Bu etimaddan sui-istifadə etmək isə sadəcə bir neçə manatlıq məsələ kimi qiymətləndirilə bilməz.
Hadisə eyni zamanda “X Petrol” rəhbərliyinin məntəqələrdəki nəzarət mexanizmi ilə bağlı ciddi suallar yaradır. Operator belə bir hərəkəti necə və hansı arxayınlıqla edə bilir? Məntəqədə işçilərin fəaliyyətinə nəzarət edilirmi? Aparatlara və həyata keçirilən satış əməliyyatlarına rəhbərlik tərəfindən hansı formada nəzarət olunur?
Daha ciddi bir sual da cavab gözləyir: baş verənlər ayrı-ayrı əməkdaşların özbaşınalığıdır, yoxsa bu prosesdən məntəqənin və ya şirkətin hansısa rəhbər şəxslərinin məlumatı var?
Patrul.az hazırda rəhbər şəxslərin bu işdə iştirak etdiyini təsdiqləyən fakt təqdim etmir. Buna görə də onların əlinin olub-olmaması yalnız aidiyyəti qurumların aparacağı obyektiv araşdırmadan sonra müəyyən edilə bilər. Lakin məntəqə əməkdaşlarının gizli çəkilişdə qeydə alınan etirafları fonunda bu sualın araşdırılması zəruridir.
Əgər bir müştərinin haqqına bu formada girilibsə, digər müştərilərlə bağlı vəziyyət necədir?
Patrul.az aidiyyəti dövlət qurumlarını “X Petrol”un sözügedən yanacaqdoldurma məntəqəsində ciddi yoxlama aparmağa, yanacaq aparatlarının göstəricilərini və texniki vəziyyətini, satış əməliyyatlarını, mövcud kamera görüntülərini və işçilərin fəaliyyətini araşdırmağa çağırır.
İnsanların halal qazancından ödədiyi pulun qarşılığında ona çatmalı olan məhsuldan kəsmək adi hal kimi qəbul edilə bilməz. Vətəndaş 30 manat ödəyirsə, 30 manatlıq yanacaq almalıdır.(Xalqxeber.az)
Oxşar xəbərlər
-
28.08.2026İnşaat Kollecində nələr baş verir? — İdarəçilik, maliyyə və kadr siyasəti ilə bağlı ciddi iddialar -
4.08.2026Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır -
9.04.2026Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Xəbər lenti
-
3.09.2026Tramp bu sözlərdən sonra diksindi - Putin Alyaskada ABŞ liderinə nə deyibmiş?
-
3.09.2026Messiyə görə bütün oyunlar 10-cu dəqiqədə dayandırılacaq
-
3.09.2026Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR
-
3.09.2026“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
-
3.09.2026Bu gün bəzi ərazilər İŞIQSIZ QALACAQ
-
3.09.2026"Şamaxinka"dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq
-
3.09.2026Gərginlik pik həddə: Rusiya bu ölkəni “itirir”
-
3.09.2026Basqala gedən yolda SÜRÜŞMƏ: Asfalt çökdü - VİDEO
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir



