“Ukrayna Pravoslav Kilsəsinin qadağan olunmasından söz açanda Donald Tramp buna inanmadı və sözün əsl mənasında diksindi”, - Lavrov deyib.
Nazirin sözlərinə görə, Tramp dərhal dövlət katibi Marko Rubiodan bu məlumatın həqiqətə uyğun olub-olmadığını soruşub. Rubio bunu təsdiqlədikdən sonra ABŞ prezidenti təəccübünü gizlədə bilməyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Vaşinqtonu Ukrayna Pravoslav Kilsəsinə qarşı təqiblərə göz yummamağa çağırmışdı.//Müəllif: Adəm Abbaslı




