DuzXeber.az: Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işlərinə cəlb edilən ustaların əməkhaqlarını ala bilməmələri ilə bağlı yaranmış mübahisə hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb.
BakuNews.az-a daxil olan məlumata görə, Ramal Fətulazadə Sərxan oğlu və Ramal Seyfullayev İlham oğlu Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işlərində usta-fəhlə kimi çalışıblar.
Şikayətçilərin bildirdiyinə görə, onların təmir işlərinə cəlb olunması Mərkəzin inzibati-təsərrüfat işləri üzrə direktor müavini Rəfiyev Dağlar Azər oğlunun sifarişi ilə podratçı kimi təqdim edilən Namizəd adlı şəxslə razılaşma əsasında həyata keçirilib. Ustaların işə cəlb olunmasında Zamanov Röyal Rövşən oğlunun vasitəçi olduğu bildirilir.
Məlumata əsasən, Ramal Fətulazadə və Ramal Seyfullayev iyul ayından avqustun 3-dək 6 sanitar qovşağında ümumilikdə təxminən 400 kvadratmetr kafel-metlax işi, eləcə də 4 korpusda emulsiya işləri görüblər.
Ustaların iddiasına görə, görülmüş işlərin müqabilində onlara ümumilikdə 4500 manat ödənilməli olsa da, podratçı kimi təqdim edilən Namizəd adlı şəxs bu məbləği ödəməyib. Bunun nəticəsində tərəflər arasında narazılıq yaranıb.
BakuNews.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramal Fətulazadə Sərxan oğlu və Ramal Seyfullayev İlham oğlu həqiqətən də özlərini zərərçəkmiş hesab etdikləri məsələ ilə bağlı hüquq-mühafizə orqanına rəsmi müraciət ediblər.
Əldə etdiyimiz məlumata əsasən, hazırda faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma davam etdirilir və məsələ üzrə hələ yekun qərarın qəbul edildiyi barədə məlumat yoxdur.
Bu məqam artıq məsələnin sadəcə tərəflər arasında yaranmış əməkhaqqı mübahisəsi çərçivəsindən çıxaraq hüquqi araşdırma predmetinə çevrildiyini göstərir.
Burada bir sıra suallar da açıq qalır: Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində aparılan təmir işlərinin rəsmi podratçısı kim olub? Namizəd adlı şəxs bu işlərə hansı hüquqi əsasla cəlb edilib? Ustalarla hər hansı rəsmi müqavilə bağlanıbmı? Görülmüş işlər üçün nəzərdə tutulan vəsait hansı qaydada və kimə ödənilib? Əgər ustaların 4500 manatlıq əməkhaqqı ödənilməyibsə, bu vəsaitin taleyi necə olub?
BakuNews.az olaraq bildiririk ki, hüquq-mühafizə orqanlarında aparılan araşdırmanın nəticəsini diqqətdə saxlayacağıq.
Məsələdə adı hallanan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inzibati-təsərrüfat işləri üzrə direktor müavini Rəfiyev Dağlar Azər oğlunun, podratçı kimi təqdim edilən Namizəd adlı şəxsin və digər tərəflərin mövqeyini dərc etməyə hazırıq.(BakuNews.az)
Gündəm / Manşet
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Gündəm / Manşet
"İşləri abonentlərin ciblərinə girməkdir..." - İTTİHAM VAR...
Gündəm / Dünya
Yeraltı şəhər üzə çıxdı – İllərdir dövlət sirri kimi saxlanıldı
Gündəm / Hadisə
Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var
Gündəm / Təhsil
Şagirdlərin yerdəyişməsi prosesi DAYANDIRILIR
Gündəm / Manşet
Cəmiyyət üçün böyük təhlükə - Ölümə aparır
Gündəm / Cəmiyyət
Bakının 100-dən çox küçəsində aparılan təmir işləri nə vaxt yekunlaşacaq? - VİDEO
Gündəm / Sosial
Onların dövlət qulluqçusu statusu ləğv ediləcək - Sərəncam
Gündəm / Hadisə
Yeni doğulan körpə paltaryuyan maşında ölü tapıldı: 33 bıçaq yarası - FOTO
Gündəm / Manşet
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 4500 manatlıq əməkhaqqı qalmaqalı — məsələ hüquq-mühafizə orqanlarında araşdırılır
Gündəm / Təhsil
Dövlət dəstəyi alacaq özəl bağçaların siyahısı açıqlandı
Gündəm / Hadisə
Rusiyalı general güllələndi: Vəziyyəti kritikdir
Gündəm / Cəmiyyət / Təhsil
Bakıda bəzi məktəblərdə TƏDRİS ONLAYN OLACAQ - SƏBƏB
Gündəm / Mədəniyyət / Üst xəbər
“Ya bəhanədir, ya da həqiqətən...” – Yaşar Nurinin xanımından ETİRAZ
Gündəm / Cəmiyyət
Bakıya gətirilən bu maşınlarda ciddi problem üzə çıxdı
Gündəm / Sosial

