öyük Britaniyanın Şeffild şəhərində yeni doğulmuş qız uşağının qətlə yetirilməsi ilə bağlı dəhşətli hadisənin təfərrüatı üzə çıxıb.
DuzXeber.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Məhkəmə-tibb ekspertizasının rəyinə görə, paltaryuyan maşında ölü tapılan uşağın bədənində 15 ayrı bıçaq zərbəsindən 33 yara aşkarlanıb.
Hadisə ilə bağlı körpənin anası Andrea Skopova, onun tanışı Piter Horvat, eləcə də Horvatın valideynləri saxlanılıb. Onlar qətldə və istintaqa mane olmaqda ittiham olunurlar.
Məlumata görə, Skopova hamiləliyinin 37-ci həftəsində evdə doğuş edib və sonradan xəstəxanaya yerləşdirilib. Tibb işçiləri körpənin taleyindən narahat olaraq polisə məlumat veriblər. Polis uşağı anasının evində tapa bilməyib və araşdırma nəticəsində meyitin olduğu ünvana gedib.
Hazırda bütün şübhəlilər həbsdədir.//Müəllif: Roza

Paylaş