Ağsuda ünvanlı dövlət sosial yardımı ilə bağlı bir müddət əvvəl gündəmə gətirilən məsələ bu dəfə məhkəmə müstəvisində yeni suallar yaradıb.
DuzXeber.az xəbər verir ki, Ağsu rayon sakini Abdullayev Qorxmaz Əliqulu oğlu yenidən redaksiyamıza müraciət edərək məhkəmə prosesinin gedişindən narazılığını bildirib. O iddia edir ki, sosial yardım məsələsi ilə bağlı daha əvvəl qaldırdığı faktlar və təqdim etdiyi materiallar məhkəmə prosesində lazımi şəkildə nəzərə alınmır.
Məsələnin diqqətçəkən tərəfi isə budur ki, Qorxmaz Abdullayevin əvvəlki müraciətində konkret göstərdiyi ailələrdən biri ilə bağlı iddiası sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin araşdırması nəticəsində müəyyən mənada təsdiqini tapıb. Belə ki, Abdullayev Aydın Əliqulu oğlunun həyat yoldaşı Abdullayeva Günay Şərif qızına təyin olunmuş ünvanlı sosial yardım dayandırılıb və 1 yanvar–1 mart 2026-cı il dövrü üzrə ödənilmiş 922 manatın geri qaytarılması tələb olunub.
Bu fakt özü mühüm sual yaradır: əgər vətəndaşın təqdim etdiyi konkret hal sonradan dövlət qurumunun araşdırması ilə təsdiqlənibsə, onun digər şübhələri niyə ciddi şəkildə araşdırılmasın?
Qorxmaz Abdullayev bildirir ki, təqdim etdiyi digər şəxslərlə bağlı onun səlahiyyəti araşdırma aparmaq deyil. O, rayon sakini kimi imkanlı olduqlarını bildiyi və sosial yardım almasına şübhə etdiyi şəxslərin siyahısını aidiyyəti qurumlara təqdim edib və həmin şəxslərin araşdırılmasını istəyib.
Burada isə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti ilə bağlı ciddi sual ortaya çıxır. Əgər vətəndaş özü bu cür faktları üzə çıxarıb dövlət qurumlarının diqqətinə çatdırırsa, həmin qurumlar belə məlumatların araşdırılmasında maraqlı olmalıdır. Çünki ünvanlı sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və məqsəd həqiqətən ehtiyacı olan ailələrin sosial müdafiəsidir.
Daha diqqətçəkən məqam isə Qorxmaz Abdullayevin təqdim etdiyi 19 avqust 2019-cu il tarixli, imzalı və möhürlü sənəddir. Onun sözlərinə görə, həmin sənəd Ağsu filialının rəhbəri Akif Xəlilov tərəfindən Abdullayev Aydın Əliqulu oğluna təqdim edilib və sənəddə sosial yardımın kəsilməyəcəyi barədə yazılı təminat verilib.
Əgər təqdim olunan sənəd həqiqidirsə, ortaya ciddi sual çıxır: sosial yardım qanunvericiliyin müəyyən etdiyi meyarlarla, yoxsa rəhbərin verdiyi yazılı təminatla müəyyənləşdirilir?
Bu sənəd kənardan belə təsəvvür yarada bilər ki, müəyyən şikayət və narazılıqların qarşısını almaq üçün vətəndaşa “yardımın kəsilməyəcək” məzmununda təminat verilib. Belə bir yanaşmanın mövcud olub-olmaması isə mütləq araşdırılmalıdır.
Çünki söhbət təkcə bir ailənin sosial yardımından getmir. Söhbət dövlət büdcəsindən ayrılan vəsaitin kimə və hansı əsasla ödənilməsindən, həmin prosesə nəzarətdən və dövlət qurumlarının öz daxilində məsuliyyət mexanizmlərindən gedir.
Qorxmaz Abdullayevin sonuncu müraciətində digər ciddi iddia isə məsələni ictimailəşdirdikdən sonra baş verənlərlə bağlıdır.
Vətəndaşın sözlərinə görə, Akif Xəlilovun vəkili Vasif Mədətov onu öz otağına çağıraraq məsələdən geri çəkilməsini, əvvəlki çıxışlarını təkzib etməsini və barışıq əldə etməsini təklif edib. Qorxmaz Abdullayev iddia edir ki, ona Kanal14-də verdiyi müsahibədə səsləndirdiyi fikirlərdən geri çəkilməsi, həmin ifadələri əsəbi və xəstə vəziyyətdə söylədiyini bildirməsi və Akif Xəlilov barədə dediklərini təkzib etməsi təklif olunub.
Vətəndaşın sözlərinə görə, söhbət zamanı Akif Xəlilov üçün bu məsələnin ciddi nəticələr yarada biləcəyi, hətta işdən çıxarılması və hüquqi məsuliyyətə cəlb olunması ehtimalından danışılıb. Qorxmaz Abdullayev bildirir ki, bu təklifi qəbul etməyib və bundan sonra Akif Xəlilov tərəfindən ona qarşı məhkəməyə müraciət olunub, təzminat tələbi irəli sürülüb.
Hazırda isə vətəndaş məhkəmə prosesinin gedişindən narazıdır. Onun sözlərinə görə, iş üzrə artıq iki proses keçirilib. Qorxmaz Abdullayev iddia edir ki, ilk prosesdə obyektiv araşdırma aparılacağı təəssüratı yaransa da, ikinci prosesdə onun mövqeyinə və təqdim etdiyi dəlillərə kifayət qədər əhəmiyyət verilməyib. O bildirir ki, hakim Babək müəllim tərəfindən əsas diqqət qarşı tərəfə və onun vəkilinə yönəldilir, özü isə lazımi şəkildə dinlənilmir.
Təbii ki, məhkəmənin qeyri-şəffaf keçirilməsi ilə bağlı bu fikirlər vətəndaşın iddiasıdır və onların hüquqi qiymətini məhkəmə və müvafiq yuxarı instansiyalar verməlidir. Lakin vətəndaşın məhkəmədə özünü dinlənilməmiş hiss etməsi də ciddi məsələdir.
Xüsusilə də onun əvvəlki müraciətində göstərdiyi konkret faktlardan biri üzrə sosial yardımın dayandırılması və 922 manat vəsaitin geri tələb edilməsi artıq rəsmi araşdırmanın nəticəsi kimi ortaya qoyulursa, vətəndaşın təqdim etdiyi digər məlumatların da obyektiv şəkildə yoxlanılması vacibdir.
Qorxmaz Abdullayevin digər şəxslərlə bağlı təqdim etdiyi siyahıya gəlincə, o, həmin şəxslərin sosial yardım almaq hüququnun olub-olmadığını özü müəyyən etmək səlahiyyətində deyil. O, sadəcə rayon sakini kimi tanıdığı, maddi imkanlarının sosial yardım alma meyarlarına uyğun olmadığını düşündüyü şəxslərlə bağlı məlumatları aidiyyəti qurumlara təqdim etdiyini və araşdırma aparılmasını istədiyini bildirir.
Bu halda dövlət qurumunun vəzifəsi vətəndaşın gətirdiyi şəxsləri avtomatik olaraq günahlandırmaq deyil, təqdim olunan məlumatları araşdırmaqdır.
Əgər belə məlumatlar əsasında dövlət qurumu konkret fakt aşkarlayırsa, bu, vətəndaşın müraciətinin araşdırılmasının vacibliyini daha da artırır.
Əks halda ortaya paradoksal vəziyyət çıxır: vətəndaşın göstərdiyi faktlardan biri araşdırılır, sosial yardım dayandırılır və pul geri tələb olunur, lakin həmin vətəndaşın təqdim etdiyi digər məlumatların taleyi məlum olmur.
Qorxmaz Abdullayev məhz bu səbəbdən məsələni daha yuxarı instansiyaların diqqətinə çatdırmaq istəyir. O, Məhkəmə-Hüquq Şurasının rəhbərliyinə və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət edərək məhkəmə prosesinə diqqət yetirilməsini, təqdim etdiyi dəlillərin araşdırılmasını və prosesin obyektivliyinin təmin olunmasını xahiş edir.
Burada söhbət əvvəlcədən kiminsə haqlı və ya haqsız elan edilməsindən getmir. Əsas məsələ sənədlərin, faktların və tərəflərin arqumentlərinin obyektiv şəkildə araşdırılmasıdır.
Çünki sosial yardım sistemi ehtiyacı olan vətəndaşların müdafiəsi üçün yaradılıb. Əgər vətəndaşların özləri bu sistemdə şübhəli hallar aşkarlayıb aidiyyəti qurumlara məlumat verirlərsə, dövlət qurumları həmin məlumatların araşdırılmasında maraqlı olmalıdır. Əks halda cəmiyyətin haqlı olaraq verəcəyi sual budur: dövlət vətəndaşın göstərdiyi problemi araşdırmalıdır, yoxsa həmin problemi göstərən vətəndaşla mübarizə aparmalıdır?
P.S. Xatırladaq ki, məsələ ilə bağlı ilk dərc etdiyimiz materialda Akif Xəlilovun da mövqeyi öyrənilmişdi. O, məsələyə fərqli yanaşaraq bildirmişdi ki, söhbət ailədaxili məsələdən gedir və bunun onların fəaliyyətinə aidiyyəti yoxdur. Həmçinin vətəndaşın səsləndirdiyi iddiaları şər-böhtan kimi qiymətləndirmişdi.
https://duzxeber.az/gundem/3523-agsuda-sosial-yardim-qalmaqali-vtndas-muraciti-yazili-zmant-v-sonradan-geri-tlb-olunan-922-manat.html
Gündəm / Üst xəbər / Manşet
Vətəndaş faktı göstərdi, yardım dayandırıldı – bəs niyə indi Qorxmaz Abdullayev özü məhkəmə qarşısındadır?
Gündəm / Cəmiyyət
Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi
Gündəm / Manşet
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Gündəm / Hadisə
Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI
Gündəm / Kriminal
Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı
Gündəm / Mədəniyyət / Üst xəbər
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
Bakıya yağış yağacaq, şimşək çaxacaq
Gündəm / Manşet
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
Gündəm / Sosial
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
Gündəm / Dünya
Səudiyyə Ərəbistanında təhlükə siqnalları çalındı
Gündəm / Dünya
Yaponiyadan sonra Rusiyada da başladı: Ayılar kütləvi şəkildə öldürülür
Gündəm / Üst xəbər / Manşet
Vətəndaş faktı göstərdi, yardım dayandırıldı – bəs niyə indi Qorxmaz Abdullayev özü məhkəmə qarşısındadır?
Gündəm / Cəmiyyət
Arvadına iş tapmaq üçün 24 manatından oldu – Polis hərəkətə keçdi
Gündəm / Hadisə
Gəncədə qardaş və bacı bıçaqlandı: saxlanılan var
Gündəm / Təhsil
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Gündəm / Manşet
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Gündəm / Dünya
Minlərlə rus 5 ölkəyə girəcək – Tarix verildi, siyahıda Azərbaycan da var
Gündəm / Dünya
ABŞ-ın 2 hərbi gəmisinə və 8 tankerə zərbələr endirildi
Gündəm / Təhsil / Manşet
Təhsil sistemində yeni model hazırlığı - Abbaszadənin təcrübəsi daha önə çıxır?
Gündəm / Dünya
12 ölkədən İsrailə ticarət qadağası
Gündəm / İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
Gündəm / Sosial
2027-ci illə bağlı Vanqanın proqnozu
Gündəm / Cəmiyyət
Meyvə-tərəvəz bol olacaq, lakin qiymətlər... - Xəbərdarlıq
Gündəm / Hadisə
Zərdabda dəhşətli qəza: 5 nəfər yanaraq öldü
Gündəm / Üst xəbər
AAYDA Hövsan sakinlərini belə aldadır
Gündəm / Hadisə
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
Gündəm / Dünya
Trampın paylaşımı İslandiyanı qəzəbləndirdi: ABŞ səfiri nazirliyə çağrıldı - FOTO
Gündəm / Hadisə
"Gənclik Moll"da həyəcan siqnalı: sakinlər təxliyə edildi - Video
Gündəm / Üst xəbər
Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA
Gündəm / Dünya
Ermənistandan Rusiya ilə bağlı gözlənilməz QƏRAR - Nə baş verir?
Gündəm / Səhiyyə