“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya” ASC-nin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Əmanətə Sədaqət” layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün “Bilik Günü”nə həsr edilmiş tədbir keçirilib. İçərişəhərdə baş tutmuş tədbirdə tələbə adını qazanan 30 nəfərdən çox gənc səhər yeməyi süfrəsi ətrafında bir araya gəlib.
DuzXeber.az xəbər verir ki, tədbirdə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud çıxış ediblər.
Çıxışlarda gənclərin əldə etdikləri nailiyyət yüksək qiymətləndirilib, onlara yeni başlayan tələbəlik həyatlarında uğurlar arzulanıb. Eyni zamanda şəhid ailələrinə göstərilən diqqət və dəstəyin, gənclərin təhsil və şəxsi inkişaf imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbir çərçivəsində, eyni zamanda, ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq uğurlu nəticə göstərmiş şəhid övladları da çıxış ediblər. Onlar öz təəssüratlarını, gələcək təhsil və karyera planlarını bölüşüb, arzularını dilə gətiriblər. Tələbə adını qazanmış gənclər göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildirərək, Vətənə və cəmiyyətə layiq mütəxəssislər olmaq üçün var gücləri ilə çalışacaqlarını vurğulayıblar.
Daha sonra “Əmanətə Sədaqət” layihəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. İştirakçılar xüsusi arzu lövhəsində diləklərini qeyd edərək xatirə fotosu çəkdiriblər.
Günün davamında iştirakçılar əməkdar mədəniyyət işçisi, məşhur aparıcı Rahib Azərinin rəhbərliyi ilə İçərişəhər turuna qatılıblar. Tur zamanı gənclər tarixi küçə və məkanlarla tanış olub, memarlıq abidələri, Azərbaycanın zəngin mədəni irsi və İçərişəhərin tarixi haqqında ətraflı məlumat əldə ediblər. Sonda tələbələrə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Əmanətə Sədaqət” layihəsi artıq 5 ildir həyata keçirilir. Layihənin məqsədi vətən uğrunda canından keçmiş şəhidlərin övladlarının intellektual və emosional inkişafına dəstək olmaq, onların təhsil və sosial imkanlarını genişləndirmək, eləcə də yay tətilini maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.
Bu illər ərzində layihə 231 tələbəni əhatə edib. Onlardan 73-ü artıq məzun olub, bu il isə daha 37 gənc tələbə adını qazanıb.
Layihə çərçivəsində Azərbaycan, Türkiyə, Avstriya və Almaniyada gənclər üçün yay düşərgələri təşkil olunub. Düşərgələr zamanı iştirakçılar muzey və tarixi abidələrə, eləcə də müxtəlif bölgələrə səfərlər edib, karyera planlaması, şəxsi inkişaf, komanda işi və liderlik mövzularında təlimlərdə iştirak ediblər. Bununla yanaşı, gənclər üçün müxtəlif idman və intellektual yarışlar keçirilib.
Həmçinin “Əmanətə Sədaqət” layihəsi çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, Azərbaycanda ali təhsil alan şəhid övladlarının isə yaşayış xərcləri qarşılanır.
Gündəm / Cəmiyyət
Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi
Gündəm / Cəmiyyət
Şəhid övladları üçün “Bilik Günü” tədbiri keçirildi
Gündəm / Manşet
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Gündəm / Hadisə
Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI
Gündəm / Kriminal
Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı
Gündəm / Mədəniyyət / Üst xəbər
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
Bakıya yağış yağacaq, şimşək çaxacaq
Gündəm / Manşet
ADSEA-nın “daşqın strategiyası” - Bakı niyə hər yağışda su altında qalır?
Gündəm / Sosial
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
Gündəm / Dünya
Səudiyyə Ərəbistanında təhlükə siqnalları çalındı
Gündəm / Dünya
Yaponiyadan sonra Rusiyada da başladı: Ayılar kütləvi şəkildə öldürülür
Gündəm / Üst xəbər / Manşet
Vətəndaş faktı göstərdi, yardım dayandırıldı – bəs niyə indi Qorxmaz Abdullayev özü məhkəmə qarşısındadır?
Gündəm / Cəmiyyət
Arvadına iş tapmaq üçün 24 manatından oldu – Polis hərəkətə keçdi
Gündəm / Hadisə
Gəncədə qardaş və bacı bıçaqlandı: saxlanılan var
Gündəm / Təhsil
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Gündəm / Manşet
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Gündəm / Dünya
Minlərlə rus 5 ölkəyə girəcək – Tarix verildi, siyahıda Azərbaycan da var
Gündəm / Dünya
ABŞ-ın 2 hərbi gəmisinə və 8 tankerə zərbələr endirildi
Gündəm / Təhsil / Manşet
Təhsil sistemində yeni model hazırlığı - Abbaszadənin təcrübəsi daha önə çıxır?
Gündəm / Dünya
12 ölkədən İsrailə ticarət qadağası
Gündəm / İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
Gündəm / Sosial
2027-ci illə bağlı Vanqanın proqnozu
Gündəm / Cəmiyyət
Meyvə-tərəvəz bol olacaq, lakin qiymətlər... - Xəbərdarlıq
Gündəm / Hadisə
Zərdabda dəhşətli qəza: 5 nəfər yanaraq öldü
Gündəm / Üst xəbər
AAYDA Hövsan sakinlərini belə aldadır
Gündəm / Hadisə
Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
Gündəm / Dünya
Trampın paylaşımı İslandiyanı qəzəbləndirdi: ABŞ səfiri nazirliyə çağrıldı - FOTO
Gündəm / Hadisə
"Gənclik Moll"da həyəcan siqnalı: sakinlər təxliyə edildi - Video
Gündəm / Üst xəbər
Marketlərdə niyə hələ də köhnə ərzaqlar satılır?-ARAŞDIRMA
Gündəm / Dünya
Ermənistandan Rusiya ilə bağlı gözlənilməz QƏRAR - Nə baş verir?
Gündəm / Səhiyyə