DuzXeber.az: “AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə 7-ci səyyar tibbi müayinə aksiyası keçirilib.
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyinə həsr olunan aksiya ənənəvi olaraq “Öncə sağlamlıq!” devizi altında təşkil edilib.
Sosialyönümlü layihə çərçivəsində “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən rayonunda, xüsusilə “Çovdar” qızıl mədəninin ətrafında yerləşən kənd və yaşayış məntəqələrinin sakinlərinin ödənişsiz tibbi müayinələrdən keçməsi təmin olunub. Aksiya çərçivəsində 322 nəfər rayon sakini müxtəlif ixtisaslar üzrə həkim müayinəsindən keçib.
Sakinlər oftalmoloq, terapevt, LOR, endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrahın xidmətlərindən yararlanıblar. Bununla yanaşı, USM, EXO, EKQ, qan və sidiyin ümumi analizi, virus hepatitlərinin və qanda şəkərin təyini kimi diaqnostik müayinələr də aparılıb.
Sakinlər müasir avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikanın xidmətlərindən də yararlanıblar. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər oftalmoloji müayinələr həyata keçirilib.
Aksiya müddətində ümumilikdə 2 165 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif sağlamlıq problemləri aşkarlanan şəxslərə müvafiq müalicə və əlavə müayinələrlə bağlı tövsiyələr verilib. İxtisaslaşmış tibbi yardıma ehtiyacı olan vətəndaşlara isə aidiyyəti tibb müəssisələrinə müraciət etmək tövsiyə olunub.
Qeyd edək ki, “AzerGold” QSC 2021-ci ildən etibarən fəaliyyət göstərdiyi ucqar yaşayış məntəqələrində əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının artırılması məqsədilə səyyar tibbi müayinə aksiyaları təşkil edir.
Layihə xəstəliklərin erkən aşkarlanmasına və profilaktik müayinə mədəniyyətinin təşviqinə xidmət edir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 3 258 nəfər sakinə 14 055 tibbi xidmət göstərilib.
“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub
Gündəm / Təhsil / Üst xəbər
Bu İnstitut ləğv edilir
Gündəm / Cəmiyyət
Pensiya alanlara şad xəbər - Bu tarixdə ödəniləcək
Gündəm / Cəmiyyət
Bu şəxslər üçün hərbi xidmət müddəti azaldıla bilər – Ekspert
Gündəm / İqtisadiyyat
Qızıl niyə ucuzlaşır?
Gündəm / Manşet
Abşeron Su Meliorasiyasında nepotizm şəbəkəsi niyə toxunulmazdır?
Gündəm / Dünya
Tehranda maraqlı hadisə: Hicabsız qadın marafonu - Video
Gündəm / Cəmiyyət
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi
Gündəm / Hadisə
Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm / Manşet
Saatlının Kamallı kəndinin qaz problemi illərdir həllini gözləyir - VİDEO
Gündəm / Hadisə
Bakıda restoranda mühafizəçinin meyiti tapıldı
Gündəm / Sosial / Üst xəbər
Özbəkistan hərbçiləri "Birliyin Gücü – 2026" təlimi üçün Azərbaycana gəldi - VİDEO
Gündəm / Kriminal
2 nəfəri bıçaqlayan 17 yaşlı oğlan saxlanıldı
Gündəm / Manşet
Sərhədi keçənlərin DİQQƏTİNƏ - Qaydalar dəyişdi
Gündəm / Cəmiyyət / Üst xəbər
"Əgər Bakıda tıxac problemini həll etmək istəyiriksə..." - ZAHİD ORUCDAN MÜHÜM TƏKLİFLƏR
Gündəm / Kriminal
“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanıldı
Gündəm / Siyasət
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Gündəm / Cəmiyyət / Manşet
Təhlükəli virus yayılır: Bağça və məktəblər...– Açıqlama
Gündəm / Cəmiyyət
Yanvarın 1-dən bu qədər vergi tutulacaq
Gündəm / Hadisə
Bakıda nəhəng monitor qadının üstünə aşdı - Video
Gündəm / Cəmiyyət
Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq
Gündəm / Cəmiyyət / Üst xəbər
KARTDAN-KARTA KÖÇÜRMƏLƏRƏ QOYULAN LİMİT NƏYİ DƏYİŞDİ? – Ekspertdən AÇIQLAMA
Gündəm / Dünya
Neft daşımalarında ŞOK: Supertankerlərin qiyməti tarixi rekorda çatdı
Gündəm / Dünya / Siyasət
"Müharibənin coğrafiyasını dəyişəcəyik" - İrandan Qərbə sərt xəbərdarlıq
Gündəm / Hadisə
Bilgəhdə batanlar görün kim imiş? - VİDEO
Gündəm / Təhsil / Manşet
Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
Gündəm / Kriminal
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Gündəm / Hadisə
Maşın aşdı: bir ailənin 3 üzvü xəsarət aldı
Gündəm / Kriminal
Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi - Foto
Gündəm / Cəmiyyət / Manşet
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Gündəm / Dünya / Hadisə