İran PUA-ları İraq Kürdüstanının Koya şəhərində Kürdüstan Demokrat Partiyasının (KDP) qərargahına hücum edib.
DuzXeber.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Hücumda istifadə olunan PUA-ların İslam İnqilabının Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğu bildirilir.
Hadisə nəticəsində ölən və yaralananlarla bağlı məlumat verilməyib.


