Ukraynanın paytaxtı Kiyev ətrafında mərkəzi "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.

DuzXeber.az-ın məlumatına görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov ölüb.

O, bazarda ticarətlə məşğul olurmuş.

Hücum zamanı daha bir neçə azərbaycanlı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir.

Paylaş