"Donald Tramp medianın Ağ Evə daxil olmasını məhdudlaşdırmayıb".

DuzXeber.az  "ABC News" nəşrinə istinadın xəbər verir ki, bu sözləri ABŞ-nin Baş prokuroru Todd Blanş deyib.

Onun sözlərinə görə, Prezident Donald Tramp CNN, "Politico" və MS NOW (əvvəlki adı MSNBC) təmsilçilərinin Ağ Evə buraxılmasına qadağa qoymayıb.

"Prezident [CNN, MS NOW və Politico jurnalistlərinə] girişdən imtina etməyib. Bu, yanlış ifadədir. Prezident bəzi media qurumlarının sadəcə olaraq doğru xəbərləri yaymaqdan imtina etməsindən bezdiyini söyləyib", - deyə Blanş vurğulayıb.

ABŞ-nin Baş prokuroru fikrini belə tamamlayıb: "Sözsüz ki, məhkəmə prosesləri davam edir, lakin bir şeyi anlamaq vacibdir: Ağ Evdə iştirak etmək bir imtiyazdır. Bu, hüquq deyil".

Qeyd edək ki, daha əvvəl, sentyabrın 18-də Tramp CNN, MSNBC və "Politico"nun təmsilçilərinin Ağ Evə girişinə qadağa qoyulduğunu elan etmişdi.

Paylaş