Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda minik avtomobili ilə toqquşan TIR-ın dayanacağın üstünə aşması nəticəsində iki nəfər həyatını itirib.

DuzXeber.az “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə D-400 avtomobil yolunun Çolaklı məhəlləsi ərazisində baş verib.

Hadisə nəticəsində dayanacaqda olan 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova və 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqalyova yük maşınının altında qalaraq ölüb.

Qəzada yüngül xəsarət alan yük maşınının sürücüsü saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Paylaş