DuzXeber.az xəbər verir ki, tanınmış jurnalist, Xural TV-nin rəhbəri Əvəz Zeynallı vəfat edib.
Əvəz Zeynallı uzun illər Azərbaycan mediasında fəaliyyət göstərmiş, jurnalistikanın ictimai əhəmiyyətini önə çəkən, öz mövqeyi və peşə prinsipləri ilə seçilən media nümayəndələrindən biri olub.
O, jurnalist fəaliyyətində xalqın problemlərinin işıqlandırılmasına, cəmiyyətdə baş verən proseslərin ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirib. Əqidəsinə bağlılığı, prinsipial mövqeyi, peşəsinə sədaqəti və cəsarətli çıxışları ilə həmkarları və onu izləyən geniş auditoriya arasında tanınıb.
Əvəz Zeynallının vəfatı Azərbaycan jurnalistikası və media ictimaiyyəti üçün ağır itki kimi qiymətləndirilir.
DuzXeber.az olaraq mərhum jurnalistin ailəsinə, yaxınlarına, həmkarlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Paylaş