9.01.2026
"Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcək. Bununla bağlı ötən gün hökumətin qərarı qəbul olunub. Belə bir qərarın qəbulu Prezidentin 2020-ci ildə "Təhsil haqqında qanun"a dəyişikliyin təsdiqi haqqında fərmanında nəzərdə tutulmuşdu. Uzun müddətdir ki, bu sənədin qəbulu ləngiyirdi".
Duzxeber.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu yanaşma dünyada çox az sayda ölkənin tətbiq etdiyi, bir çox inkişaf etmiş dövlətlərin isə hələ də keçmədiyi qabaqcıl və cəsarətli modeldir:
"Əksər ölkələrdə bu gün də əsas sənəd kağız diplom hesab olunur, rəqəmsal versiya isə sadəcə qeydiyyat və arxiv funksiyası daşıyır. Azərbaycan isə bununla da birbaşa rəqəmsal sənədə hüquqi qüvvə verərək, kağız daşıyıcını tam olaraq dövriyyədən çıxaran ilk ölkələr sırasına daxil olur. Yeni qaydalara əsasən, təhsil sənədləri təhsil müəssisələri tərəfindən məzunların datasının ETN-in TMİS informasiya sistemlərinə daxil edilməsi əsasında TMİS üzərindən elektron formada yaradılacaq.
Məzunların diplom və attestatlarındakı məlumatlar isə həm də "myGov" şəxsi kabinetində yerləşdiriləcək və hüquqi qüvvəyə malik olacaq. Sənədlərin həqiqiliyi onlayn yoxlama və QR-kod mexanizmləri ilə təsdiqlənəcək. Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu modeldə universitetlərin və təhsil müəssisələrinin rolu əhəmiyyətli dərəcədə artırılır. Artıq ali məktəblər diplom blankı dalınca düşməyəcək, mərkəzləşdirilmiş kağız asılılığından çıxacaq, məzun məlumatlarını birbaşa dövlət sisteminə daxil edəcək. Diplomların maksimum 10 iş günü ərzində hazırlanması təmin ediləcək. Yəni, artıq universiteti bitirən məzunlar elə məzun günündə də diplomlarını ala biləcəklər. Bu isə diplomların zamanında verilməsilə bağlı universitetlərin məsuliyyətini artırmaqla yanaşı, təhsil müəssisələrinin institusional rolunu gücləndirir. Digər mühüm nəticə isə saxta diplomlarla mübarizənin daha effektiv mərhələyə keçməsidir. Elektron sənədin mərkəzləşdirilmiş reyestrdə yaradılması, onlayn yoxlanması saxta diplom dövriyyəsini minimuma endirir. Arxa tarixlə sənəd tərtibini mümkünsüz edir. İşəgötürən və qurumlar üçün ani yoxlama imkanı yaradır.
Əlbəttə, ilk dövrlərdə bu prosesdə müəyyən çatışmazlıqlar, risklər ola bilər. Ümid edirəm Elm və Təhsil Nazirliyi tam rəqəmsal sənədlərə keçidlə bağlı bütün təhsil müəssisələrinin hazırılığını gücləndirəcək. Xarici İşlər Nazirliyi ilə birgə rəqəmsal diplomların xaricdə tanınması üçün Apostil mexanizmlərini hazırlayacaq. Düşünürəm ki, Azərbaycanın qəbul etdiyi model təhsildə şəffaflığı və etimadı gücləndirəcək, vətəndaş məmnunluğunu xeyli artıracaq. Diplomun, attestatın notarial təsdiq tələbləri də arxivə qovuşacaq. Artıq heç bir universitet qəbul olunanlardan attestat tələb edə bilməyəcək. Rəqəmsal hökumət quruculuğunda nümunəvi bir təcrübə olan bu model sadəcə texnoloji dəyişiklik deyil, təhsil sənədlərinə yanaşmanın köklü şəkildə dəyişməsidir. Hökumətin, ETN-in təhsil sisteminin rəqəmsal transformasiyası istiqamətində atdığı bu cəsarətli və innovativ yanaşma çox təqdirəlayiq bir addımdır".
Azərbaycanda kağız formada diplomlar verilməyəcək
"Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcək. Bununla bağlı ötən gün hökumətin qərarı qəbul olunub. Belə bir qərarın qəbulu Prezidentin 2020-ci ildə "Təhsil haqqında qanun"a dəyişikliyin təsdiqi haqqında fərmanında nəzərdə tutulmuşdu. Uzun müddətdir ki, bu sənədin qəbulu ləngiyirdi".Duzxeber.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bu yanaşma dünyada çox az sayda ölkənin tətbiq etdiyi, bir çox inkişaf etmiş dövlətlərin isə hələ də keçmədiyi qabaqcıl və cəsarətli modeldir:
"Əksər ölkələrdə bu gün də əsas sənəd kağız diplom hesab olunur, rəqəmsal versiya isə sadəcə qeydiyyat və arxiv funksiyası daşıyır. Azərbaycan isə bununla da birbaşa rəqəmsal sənədə hüquqi qüvvə verərək, kağız daşıyıcını tam olaraq dövriyyədən çıxaran ilk ölkələr sırasına daxil olur. Yeni qaydalara əsasən, təhsil sənədləri təhsil müəssisələri tərəfindən məzunların datasının ETN-in TMİS informasiya sistemlərinə daxil edilməsi əsasında TMİS üzərindən elektron formada yaradılacaq.
Məzunların diplom və attestatlarındakı məlumatlar isə həm də "myGov" şəxsi kabinetində yerləşdiriləcək və hüquqi qüvvəyə malik olacaq. Sənədlərin həqiqiliyi onlayn yoxlama və QR-kod mexanizmləri ilə təsdiqlənəcək. Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu modeldə universitetlərin və təhsil müəssisələrinin rolu əhəmiyyətli dərəcədə artırılır. Artıq ali məktəblər diplom blankı dalınca düşməyəcək, mərkəzləşdirilmiş kağız asılılığından çıxacaq, məzun məlumatlarını birbaşa dövlət sisteminə daxil edəcək. Diplomların maksimum 10 iş günü ərzində hazırlanması təmin ediləcək. Yəni, artıq universiteti bitirən məzunlar elə məzun günündə də diplomlarını ala biləcəklər. Bu isə diplomların zamanında verilməsilə bağlı universitetlərin məsuliyyətini artırmaqla yanaşı, təhsil müəssisələrinin institusional rolunu gücləndirir. Digər mühüm nəticə isə saxta diplomlarla mübarizənin daha effektiv mərhələyə keçməsidir. Elektron sənədin mərkəzləşdirilmiş reyestrdə yaradılması, onlayn yoxlanması saxta diplom dövriyyəsini minimuma endirir. Arxa tarixlə sənəd tərtibini mümkünsüz edir. İşəgötürən və qurumlar üçün ani yoxlama imkanı yaradır.
Əlbəttə, ilk dövrlərdə bu prosesdə müəyyən çatışmazlıqlar, risklər ola bilər. Ümid edirəm Elm və Təhsil Nazirliyi tam rəqəmsal sənədlərə keçidlə bağlı bütün təhsil müəssisələrinin hazırılığını gücləndirəcək. Xarici İşlər Nazirliyi ilə birgə rəqəmsal diplomların xaricdə tanınması üçün Apostil mexanizmlərini hazırlayacaq. Düşünürəm ki, Azərbaycanın qəbul etdiyi model təhsildə şəffaflığı və etimadı gücləndirəcək, vətəndaş məmnunluğunu xeyli artıracaq. Diplomun, attestatın notarial təsdiq tələbləri də arxivə qovuşacaq. Artıq heç bir universitet qəbul olunanlardan attestat tələb edə bilməyəcək. Rəqəmsal hökumət quruculuğunda nümunəvi bir təcrübə olan bu model sadəcə texnoloji dəyişiklik deyil, təhsil sənədlərinə yanaşmanın köklü şəkildə dəyişməsidir. Hökumətin, ETN-in təhsil sisteminin rəqəmsal transformasiyası istiqamətində atdığı bu cəsarətli və innovativ yanaşma çox təqdirəlayiq bir addımdır".
Oxşar xəbərlər
Xəbər lenti
-
3.09.2026“X Petrol”da müştəri necə aldadılır? - ARAŞDIRMA
-
3.09.2026Bu gün bəzi ərazilər İŞIQSIZ QALACAQ
-
3.09.2026"Şamaxinka"dan Biləcəriyə gedən yolun eniş hissəsi bağlanacaq
-
3.09.2026Gərginlik pik həddə: Rusiya bu ölkəni “itirir”
-
3.09.2026Basqala gedən yolda SÜRÜŞMƏ: Asfalt çökdü - VİDEO
-
2.09.2026167 saylı məktəbdə təmir üçün valideynlərdən pul yığılır? – İDDİA
-
2.09.2026Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı
-
2.09.2026Prezident müraciət ünvanlayıb
-
2.09.2026Bu şəxsləri işdən çıxarmaq, cəzalandırmaq OLMAZ! - QANUN İCAZƏ VERMİR
-
2.09.2026Xoşqədəm Hidayətqızına elə sözlər dedi ki... - ŞOK İTTİHAM
-
2.09.2026Estoniyada yeni prezident seçildi
-
2.09.2026MİDA adından saxta müqavilələr hazırlayan qadınlar... - Video
-
2.09.2026Gündəlik baxış sayına görə əlavə ödəniş alacaqlar
-
2.09.2026Müəllimlərin maaşı ilə bağlı MÜHÜM XƏBƏR
-
2.09.2026DİN vətəndaşlara ÇAĞIRIŞ ETDİ
-
2.09.2026Türkiyə Rusiyaya uçuşları kütləvi şəkildə ləğv edir - Nə baş verir?
-
2.09.2026ADY-dən Bakı-Tbilisi qatarına bilet satışı ilə bağlı xəbərdarlıq
-
2.09.2026Bərdə sakini baş həkimə MÜRACİƏT etdi: O adam xəstəmizi öldürdü... - İTTİHAM VAR...
-
2.09.2026Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
-
2.09.2026"Apple" da Trampın qərarını tanıdı: “Ontario”nun adı dəyişdirildi
-
2.09.2026Dərnəgüldəki taxta bazarında meyit tapıldı
-
2.09.2026İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur –RƏSMİ
-
2.09.2026Bakıda 57 yaşlı kişi skuterden yıxılaraq öldü
-
2.09.2026Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı
-
2.09.2026Mərmərədə 2 türk gəmisi toqquşdu: biri 11 dəqiqəyə batdı
-
2.09.2026Emin Əmrullayevin yaxın çevrəsinin tender oyunları əslində nələrə hesablanır…? -TƏFƏRRÜAT
-
2.09.2026ABŞ və İran qarşılıqlı hücumlar həyata keçirir
-
2.09.2026“Tamstore”dan şikayətlər artır – Video
-
2.09.2026TƏBİB-dən həkimlərlə bağlı MÜHÜM QƏRAR: Maaşlar 3 000 manat olacaq
-
2.09.2026Gəncədə 10 ildən artıqdır “unudulan” yol: Sakinlər çala-çuxurları özləri doldurur, aidiyyəti qurumlar isə susur VİDEO



