28.01.2026
Duzxeber.az: - Şəhər yolları elə bil uşaq əlinə təbaşir düşmüş lövhədir. Kim gəldi bir xətt çəkdi, kim getdi bir işarə sildi, digəri üstündən yenisini çəkdi. Dünən bildiyin qayda bu gün pozulur, gecə keçdiyin yol səhər tamam başqa yol qaydalarına tabe olur. Sürücü artıq sükan arxasında yox, sanki yazı-pozu silinmiş bir lövhənin qarşısında dayanıb nəyi necə oxuyacağını düşünür.
Bu xaos təsadüfi deyil və sadə səhlənkarlıq da sayılmamalıdır. Çünki nəticə hər dəfə eynidir: çaşqın sürücü və ard-arda gələn cərimələr. Büdcə bu yolla doldurulmamalıdır. Dövlətin maliyyəsi təbaşirlə çəkilib-silinən yol işarələri üzərindən qurula bilməz. Yol hərəkəti sistemi insanı qorumaq üçün var, onu tələyə salmaq üçün yox.
Vətəndaş onsuz da sosial problemlərlə əlləşir. Bahalaşma var, gəlir azdır, gündəlik həyat gərgindir. Bu reallığın içində sürücüyə süni problemlər yaratmaq, onu bir gecənin içində dəyişən nişanlarla cərimə riski qarşısında qoymaq olmaz. Dünən düz getdiyi zolaqdan bu gün keçdiyinə görə cərimələnən insan qaydanı pozmur xaosa qurban gedir.
Ən acınacaqlısı odur ki, bu dəyişikliklər heç bir izahla müşayiət olunmur. Nə xəbərdarlıq var, nə keçid dövrü, nə də “diqqət, yeni hərəkət sxemi” deyən bir lövhə. Köhnə işarə yerində qalır, yenisi onunla ziddiyyət təşkil edir. Sürücü hansına tabe olacağını bilməyəndə isə günahkar elan olunur. Bu, yol hərəkətinin təşkili deyil, süni problem mexanizmidir.
Bu vəziyyət təhlükəsizlik risklərini də artırır. Son anda fərq edilən nişanlar kəskin manevrlərə, ani əyləclərə səbəb olur. Qəza riski artır, amma məsuliyyət yenə sürücünün üzərinə yüklənir. Halbuki problem onun diqqətsizliyi yox, sistemin anlaşılmazlığıdır.
Bütün bunların fonunda AYNA-dan gözlənti tam başqa idi: nizam-intizam, aydın qaydalar, vahid məntiq. Amma reallıqda sürücülər daha çox qarışıqlıq, daha çox ziddiyyətlə üzləşdi. Ad dəyişdi, struktur dəyişdi, amma yanaşma dəyişmədi. Təbaşir hələ də sürücünün yolunda oynayır.
Büdcə vətəndaşın çaşqınlığı hesabına böyüməməlidir. Qayda dəyişirsə, bu açıq bildirilməlidir. Keçid dövrü olmalıdır. Köhnə işarələr dərhal ləğv edilməlidir. Bir müddət cərimə yox, xəbərdarlıq tətbiq olunmalıdır. Əks halda bu sistem nə etimad yaradar, nə təhlükəsizlik, nə də normal şəhər həyatı. Necə ki, Sərdar Bünyadov küçəsində illərlə soldakı xətt həm sola, həm düz getməyə icazə verdiyi halda, iki gündür şəhərin ən mərkəzi yerində yerlərdəki nişanları anlamağa çalışırlar. Arxadakı nişan köhnəni, tam işıqfordakı isə yeni tələbi təmsil edir. Bu barədə maarifləndirici nəsə də yoxdur, yerdəki “təbaşir”dən başqa.
Yol sürücü üçün olmalıdır. Qayda insanı qorumaq üçün yazılmalıdır. Təbaşirlə çəkilmiş, hər gün silinən qaydalar isə yalnız bir şeyi sübut edir: problem sürücüdə deyil, yolu bu hala salan yanaşmadadır.
Amma artıq məsələ təkcə AYNA-nın və ya hansısa icraçı qurumun problemi deyil. Bu, dövlət–vətəndaş münasibətlərində etimad məsələsidir. Prezident İlham Əliyev dəfələrlə məmurların və qurumların vətəndaşa xidmət etməli olduğunu, süni əngəllər yaratmamağın vacibliyini açıq şəkildə deyib. Bu sahədəki vəziyyət isə göstərir ki, həmin tapşırıqlar ya icra olunmur, ya da formal icra edilir.
Əgər bu sistem özünü düzəltmək iqtidarında deyilsə, deməli, bu məsələyə birbaşa Prezident səviyyəsində müdaxilə zərurəti yaranır. Çünki söhbət tək-tək cərimələrdən yox, yüz minlərlə sürücünün hər gün üzləşdiyi sistemli ədalətsizlikdən və riskdən gedir.
Sizə etimad göstərilib bu sahə tapşırılıbsa, heç olmasa bir dəfə də siz dövlət başçısının və vətəndaşın etimadına layiq olmağı düşünün.
Əks halda bu “təbaşirlə idarə olunan yol sistemi” nə qaydaya hörmət yaradacaq, nə təhlükəsizlik təmin edəcək, nə də dövlətə inamı möhkəmləndirəcək. Belə idarəçilikdə uduzan təkcə sürücü yox bütövlükdə dövlət idarəçiliyinə olan etimaddır.//Yenicag.az
AYNA-nın sürücülərə qarşı süni CƏRİMƏ FABRİKİ - Yol hərəkəti yoxsa YOL TƏLƏSİ

Oxşar xəbərlər
-
26.01.2026Sükutu sındıran söz: Ayaz Arabaçı ilə vicdanın poeziyası – Ədəbi müsahibə -
23.01.2026Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
29.12.2025Xaçmazda icra sükutu: vətəndaş qapı döyür, məmur görünmür - VİDEO -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...