6.02.2026
Duzxeber.az: - Memar Elçin Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) göndərdiyi məktuba agentlikdən gələn kobud və laqeyd cavabla bağlı status paylaşıb.
Tribuna.az-ın xəbərinə görə, memar AYNA məmurlarının adi müraciət mədıniyyətinin olmadığını bildirib: “Yanvar ayının ortalarında qızımla birlikdə məktəbə gedirdik və Əhməd Cavad küçəsini bunun üçün nəzərdə tutulmuş yerdən keçməyə qərar verdik. Yaxınlaşdıq, sola-sağa baxdıq, heç kim yox idi — və cəsarətlə ağ rəngli piyada «zebrasına» addımladıq.
Və birdən hiss etdik ki, üzərimizə 99JP019 dövlət nömrə nişanlı, «Faiqoğlu» şirkətinə məxsus iri bir marşrut avtobusu ildırım sürətilə gəlir və ümumiyyətlə əyləcləmək fikrində deyil… Son anda qızımı yol keçidindən kənara itələməyə macal tapdım, özüm isə akrobatik bir sıçrayışla qaçılmaz ölüm zərbəsindən yayındım…
Ağır stressdən sonra özümə gəlib «AYNA»ya – Yerüstü Nəqliyyat Agentliyinə – zəng edib şikayət etdim. Və bu gün dövlət qurumundan, Heydər Rüstəmov adlı bir məmurdan elektron poçtuma tapmaca adında bir məktub aldım.
Başa düşürəm ki, mən Çin istehsalı yaşıl gödəkçədə adi bir vətəndaşam, amma heç olmasa müraciət mədəniyyətinin minimum səviyyəsini qorumaq olardı: nə «hörmətli», nə baş verənlərə görə bir üzrxahlıq…
«Nəzərə alın» – vəssalam, «vətəndaş Əliyev». Və…
Yaxşı ki, hələlik «vətəndaş» deyə müraciət ediblər — axı belələri mənim vergilərimin hesabına orada oturublar… Məncə, dövlət qurumlarında hələ də tərbiyəsi və elementar mədəni səviyyəsi olmayan məmurlara rast gəlinir.
Amma təəccüblənmirəm, bu AYNA-dır axı. Necə yazılı cavabda, elə də yollarda: hava limanı yolunda iri, qara rəngli bir dövlət avtomobili tərəfindən həyasızcasına sıxışdırıldığımı hiss etdim”.(Tribuna.az)




Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…
Duzxeber.az: - Memar Elçin Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) göndərdiyi məktuba agentlikdən gələn kobud və laqeyd cavabla bağlı status paylaşıb.Tribuna.az-ın xəbərinə görə, memar AYNA məmurlarının adi müraciət mədıniyyətinin olmadığını bildirib: “Yanvar ayının ortalarında qızımla birlikdə məktəbə gedirdik və Əhməd Cavad küçəsini bunun üçün nəzərdə tutulmuş yerdən keçməyə qərar verdik. Yaxınlaşdıq, sola-sağa baxdıq, heç kim yox idi — və cəsarətlə ağ rəngli piyada «zebrasına» addımladıq.
Və birdən hiss etdik ki, üzərimizə 99JP019 dövlət nömrə nişanlı, «Faiqoğlu» şirkətinə məxsus iri bir marşrut avtobusu ildırım sürətilə gəlir və ümumiyyətlə əyləcləmək fikrində deyil… Son anda qızımı yol keçidindən kənara itələməyə macal tapdım, özüm isə akrobatik bir sıçrayışla qaçılmaz ölüm zərbəsindən yayındım…
Ağır stressdən sonra özümə gəlib «AYNA»ya – Yerüstü Nəqliyyat Agentliyinə – zəng edib şikayət etdim. Və bu gün dövlət qurumundan, Heydər Rüstəmov adlı bir məmurdan elektron poçtuma tapmaca adında bir məktub aldım.
Başa düşürəm ki, mən Çin istehsalı yaşıl gödəkçədə adi bir vətəndaşam, amma heç olmasa müraciət mədəniyyətinin minimum səviyyəsini qorumaq olardı: nə «hörmətli», nə baş verənlərə görə bir üzrxahlıq…
«Nəzərə alın» – vəssalam, «vətəndaş Əliyev». Və…
Yaxşı ki, hələlik «vətəndaş» deyə müraciət ediblər — axı belələri mənim vergilərimin hesabına orada oturublar… Məncə, dövlət qurumlarında hələ də tərbiyəsi və elementar mədəni səviyyəsi olmayan məmurlara rast gəlinir.
Amma təəccüblənmirəm, bu AYNA-dır axı. Necə yazılı cavabda, elə də yollarda: hava limanı yolunda iri, qara rəngli bir dövlət avtomobili tərəfindən həyasızcasına sıxışdırıldığımı hiss etdim”.(Tribuna.az)




Oxşar xəbərlər
-
28.01.2026AYNA-nın sürücülərə qarşı süni CƏRİMƏ FABRİKİ - Yol hərəkəti yoxsa YOL TƏLƏSİ -
26.01.2026Sükutu sındıran söz: Ayaz Arabaçı ilə vicdanın poeziyası – Ədəbi müsahibə -
21.01.2026Goranboy şəhər Asif Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində nələr baş verir??? ŞOK FAKTLAR -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ! -
10.12.2025Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



