27.02.2026
Azərbaycanda karqo bazarında yeni proseslər başlayıb.
Duzxeber.az: - Daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi Çinin məşhur onlayn ticarət platforması olan “Temu” ilə danışıqlar aparıb və xüsusi şərtlər təklif edib. Komitə şirkətə malların özlərinin müəyyən etdiyi marşrut vasitəsilə göndərilməsini tövsiyə edib və qarşılığında daha sürətli çatdırılma vəd edib.
Bildirilir ki, təklifə əsasən, mallar əlavə anbar mərhələsində saxlanılmadan birbaşa ünvana yönləndiriləcək. Hazırda fəaliyyət göstərən özəl karqo şirkətlərində isə bağlamalar müştəriyə çatdırılmamışdan əvvəl bir neçə gün anbarlarda qalır. Yeni mexanizmdə isə bu mərhələnin aradan qaldırılacağı iddia olunur.
Məsələ bununla da bitmir. Dövlətə məxsus “Azərpoçt” MMC bazara “Postkarqo” adlı yeni törəmə şirkətlə daxil olub. Yeni qurumun əsas fəaliyyəti məhz xaricdən onlayn sifarişlərin daşınmasıdır. Şirkətin bazara olduqca aşağı qiymətlərlə daxil olduğu bildirilir.
Bazar iştirakçıları hesab edir ki, “Azərpoçt” dövlət dotasiyası aldığı üçün ilkin mərhələdə mənfəət barədə düşünmür və əsas məqsəd bazarda pay qazanmaqdır. Onların sözlərinə görə, təklif edilən qiymətlər real bazar şərtləri ilə müqayisədə xeyli ucuzdur və bu, özəl karqo şirkətlərini çətin vəziyyətə salır.
Hazırda bir sıra özəl karqo şirkətlərinin maliyyə baxımından ciddi problemlərlə üzləşdiyi deyilir. Sektor nümayəndələri hesab edirlər ki, bu proses davam edərsə, bazarda müflisləşmələr qaçılmaz ola bilər.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Lakin görünən odur ki, onlayn ticarətin sürətlə artdığı bir dövrdə karqo bazarında rəqabət daha da sərtləşir və yeni oyun qaydaları formalaşır./yenicag.az
Gömrük Komitəsi “Temu” ilə GİZLİ SÖVDƏLƏŞDİ: Özəl karqo şirkətlərini batırma əməliyyatı başlayır

Oxşar xəbərlər
-
17.02.2026Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
3.01.2026TENDER HOQQASI: Bir nəfərə məxsus iki şirkət... - BU NƏDİ BELƏ? -
31.12.2025Eldar Əzizov bir nəfər məxsus iki MMC ilə müqavilə bağlayır – Arxasında nə kimi mətləblər var -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
20.06.2026Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var
-
20.06.2026"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?
-
20.06.2026Bakıda Milli Parkın ərazisində meyit tapıldı
-
20.06.2026"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
-
20.06.2026Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI
-
20.06.2026Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
-
20.06.2026Rafael Fiziyev Bakıda
-
20.06.2026ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək
-
20.06.2026Aİ Ermənistana ilk yardım tranşını etdi
-
20.06.2026Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
-
20.06.2026Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb
-
20.06.2026Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?
-
20.06.2026Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
-
20.06.2026FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb
-
20.06.2026Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar
-
20.06.2026Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib
-
20.06.2026Burj Khalifa-nın 16 illik taxtı əldən gedir
-
20.06.2026Köçəryan MSK-nı məhkəməyə verdi
-
20.06.2026Kimlər qan üçün donor ola bilməz?
-
20.06.2026Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
-
20.06.2026Londonda sərnişin təyyarəsində meyit tapıldı
-
20.06.2026Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
20.06.2026Masazırda faciə: Ölən var
-
20.06.2026Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi
-
20.06.2026Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
-
20.06.2026“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
-
20.06.2026"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb
-
20.06.2026Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...
-
20.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
20.06.2026Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb