20.06.2026
Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alan məlumata görə, orta statistik məzun təhsil proqramının 40–77%-ni mənimsəyir.
Bildirilir ki, Azərbaycan bölməsində orta statistik abituriyent I mərhələdə tədris dili fənnindən test tapşırıqlarının 57.05, riyaziyyatdan 31.38, ingilis dilindən 43.59%-nə, II mərhələdə tədris dilindən 56.75, ədəbiyyatdan 55.18, riyaziyyatdan 28.96, fizikadan 36.27, kimyadan 30.36, biologiyadan 53.66, tarixdən 29.26, informatikadan 37.94, coğrafiyadan 25.99%-inə düzgün cavab verib.
Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığı, qəbul imtahanında iştirak edənlərin seçilən şagirdlər olduğu nəzərə alınaraq, belə qənaətə gəlinib ki, orta statistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir.
DuzXeber.az: Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "bakupost.az"-a bildirib ki, DİM-in bu hesabatı acı da olsa, mövcud reallığı əks etdirir:
“Bu ölkəmizin təhsil sistemindəki dərin struktur problemlərindən xəbər verir. Məzunların proqramı 40-77 faiz aralığında mənimsəyə bilməməsi çoxsaylı amillərlə bağlıdır. Problemin əsasında kompleks problemlər dayanır. Bu təhsilin keyfiyyəti, müəllim, valideyn və şagird dördbucağının zəncirvari uğursuzluğu kimi qiymətləndirilməlidir”.
Ekspert düşünür ki, burada günahkar axtarmaqla yanaşı, problemin nöqtələrinə də toxunmalıyıq:
“Təhsil sisteminin özündə problemlər ilk sıradadır. Problemlərdən biri kurikulumun mürəkkəbliyindən doğur. Mövcud tədris proqramları şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun deyil. Kitablar, dərsliklər akademik dil baxımından həddən çox ağırdır”.
Cəmiyyət sədrinin fikrincə, burada qiymətləndirmə də təzadlıdır:
“Keçirilən summativ qiymətləndirmələrlə DİM-in qəbul imtahanı standartları arasında ciddi uçurum var. Məktəbdə 5 alan şagird qəbul imtahanında minimum bal toplaya bilmir”.
Müsahibimiz səbəblərdən birini də infrastruktur çatışmazlığında görür:
“Xüsusən regionlarda siniflərin həddən artıq dolması, 30-40 şagirdlə dərs keçilməsi və müasir laboratoriyaların olmaması normal təhsil almağı qeyri-mümkün edir”.
Ekspertin sözlərinə görə, problemin bir səbəbi də müəllimlərin peşəkarlıq səviyyəsilə bağlıdır:
“Diaqnostik qiymətləndirmə, sertifikasiya reallığı bu sahədə xeyli problemləri üzə çıxarıb. Sertifikasiya imtahanının nəticələri göstərir ki, xeyli sayda müəllim hələ də öz fənnini ibtidai səviyyədə belə bilmir. Metodiki köhnəlik də burada qeyd olunmalıdır. Müəllimlərin əksəriyyəti sovet dövrünün mühazirə metodundan çıxa, interaktiv dərs keçirə bilmir”.
İ. Orucov düşünür ki, maddi motivasiya və repetitorluğa meylilik də problemə rəvac verən səbəblərdəndir:
“Əmək haqqına münasibətdə son illər diferensiallaşma tətbiq olunsa da, az dərs yükü səbəbindən aşağı maaş alan müəllimlər enerjilərini əsasən repetitorluğa sərf edirlər. Nəticədə məktəbdə tədris immitasiyası formalaşır”.
Ekspert bildirir ki, burada günah həmçinin valideyndədir:
“Valideynlər təhsilin məktəbdə yox, repetitor yayında qazanıldığına inanmaqda davam edirlər. Məktəbdə aşağı qiymət alan şagird qəbul imtahanında yüksək qiymət alıb. Bunun səbəbi şagirdin IX-XI siniflərdə repetitorun yanına gedərək, məktəbə gəlməməsidir. Ona görə də orta məktəbdə ona formal olaraq aşağı qiymət yazılıb. Motivasiyasızlıq da şagirlərin nəticələrinə təsir göstərir. Onlar yalnız imtahan vermək üçün oxuyur”.
O, vəziyyətdən çıxış üçün proqramların sadələşdirilməsini vacib hesab edir:
“Müəllim hazırlığı kökündən dəyişməlidir. Habelə, məktəblərə idarəetmə və maliyyə muxtariyyəti verilməlidir”./bakupost.az
Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?
Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alan məlumata görə, orta statistik məzun təhsil proqramının 40–77%-ni mənimsəyir.Bildirilir ki, Azərbaycan bölməsində orta statistik abituriyent I mərhələdə tədris dili fənnindən test tapşırıqlarının 57.05, riyaziyyatdan 31.38, ingilis dilindən 43.59%-nə, II mərhələdə tədris dilindən 56.75, ədəbiyyatdan 55.18, riyaziyyatdan 28.96, fizikadan 36.27, kimyadan 30.36, biologiyadan 53.66, tarixdən 29.26, informatikadan 37.94, coğrafiyadan 25.99%-inə düzgün cavab verib.
Test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığı, qəbul imtahanında iştirak edənlərin seçilən şagirdlər olduğu nəzərə alınaraq, belə qənaətə gəlinib ki, orta statistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir.
DuzXeber.az: Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "bakupost.az"-a bildirib ki, DİM-in bu hesabatı acı da olsa, mövcud reallığı əks etdirir:
“Bu ölkəmizin təhsil sistemindəki dərin struktur problemlərindən xəbər verir. Məzunların proqramı 40-77 faiz aralığında mənimsəyə bilməməsi çoxsaylı amillərlə bağlıdır. Problemin əsasında kompleks problemlər dayanır. Bu təhsilin keyfiyyəti, müəllim, valideyn və şagird dördbucağının zəncirvari uğursuzluğu kimi qiymətləndirilməlidir”.
Ekspert düşünür ki, burada günahkar axtarmaqla yanaşı, problemin nöqtələrinə də toxunmalıyıq:
“Təhsil sisteminin özündə problemlər ilk sıradadır. Problemlərdən biri kurikulumun mürəkkəbliyindən doğur. Mövcud tədris proqramları şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun deyil. Kitablar, dərsliklər akademik dil baxımından həddən çox ağırdır”.
Cəmiyyət sədrinin fikrincə, burada qiymətləndirmə də təzadlıdır:
“Keçirilən summativ qiymətləndirmələrlə DİM-in qəbul imtahanı standartları arasında ciddi uçurum var. Məktəbdə 5 alan şagird qəbul imtahanında minimum bal toplaya bilmir”.
Müsahibimiz səbəblərdən birini də infrastruktur çatışmazlığında görür:
“Xüsusən regionlarda siniflərin həddən artıq dolması, 30-40 şagirdlə dərs keçilməsi və müasir laboratoriyaların olmaması normal təhsil almağı qeyri-mümkün edir”.
Ekspertin sözlərinə görə, problemin bir səbəbi də müəllimlərin peşəkarlıq səviyyəsilə bağlıdır:
“Diaqnostik qiymətləndirmə, sertifikasiya reallığı bu sahədə xeyli problemləri üzə çıxarıb. Sertifikasiya imtahanının nəticələri göstərir ki, xeyli sayda müəllim hələ də öz fənnini ibtidai səviyyədə belə bilmir. Metodiki köhnəlik də burada qeyd olunmalıdır. Müəllimlərin əksəriyyəti sovet dövrünün mühazirə metodundan çıxa, interaktiv dərs keçirə bilmir”.
İ. Orucov düşünür ki, maddi motivasiya və repetitorluğa meylilik də problemə rəvac verən səbəblərdəndir:
“Əmək haqqına münasibətdə son illər diferensiallaşma tətbiq olunsa da, az dərs yükü səbəbindən aşağı maaş alan müəllimlər enerjilərini əsasən repetitorluğa sərf edirlər. Nəticədə məktəbdə tədris immitasiyası formalaşır”.
Ekspert bildirir ki, burada günah həmçinin valideyndədir:
“Valideynlər təhsilin məktəbdə yox, repetitor yayında qazanıldığına inanmaqda davam edirlər. Məktəbdə aşağı qiymət alan şagird qəbul imtahanında yüksək qiymət alıb. Bunun səbəbi şagirdin IX-XI siniflərdə repetitorun yanına gedərək, məktəbə gəlməməsidir. Ona görə də orta məktəbdə ona formal olaraq aşağı qiymət yazılıb. Motivasiyasızlıq da şagirlərin nəticələrinə təsir göstərir. Onlar yalnız imtahan vermək üçün oxuyur”.
O, vəziyyətdən çıxış üçün proqramların sadələşdirilməsini vacib hesab edir:
“Müəllim hazırlığı kökündən dəyişməlidir. Habelə, məktəblərə idarəetmə və maliyyə muxtariyyəti verilməlidir”./bakupost.az
Oxşar xəbərlər
-
29.04.2026Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək -
22.04.202655 mindən çox şagird imtahan verəcək -
1.04.2026Buraxılış imtahanında iştirak edəcək doqquzuncuların nəzərinə! -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
4.02.2026"Dövlət İmtahan Mərkəzi hər hansı bir yenilik tətbiq edərkən abituriyentləri də düşünməlidir" - ÇAĞIRIŞ
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



