5.03.2026
Duzxeber.az: - 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin (XTYİ) xadimə və fəhlələri adından Vətəninfo.az-ın redaksiyasına daxil olan müraciətdə bir sıra ciddi iddialar səsləndirilib.
Müraciətdə bildirilir ki, idarənin direktoru kimi təqdim olunan Məhəmməd Musayev (iddialara görə, Saleh Məmmədovun bacısının qudasıdır) artıq iki il yarımdır işçilərin aylıq əməkhaqqından 10-15 manat məbləğində vəsaiti səbəb göstərmədən tutur. Adlarının açıqlanmasını istəməyən əməkdaşlar qeyd edirlər ki, aylıq əməkhaqları 420 manatdır və edilən kəsintilər onsuz da az olan maaşlarına ciddi təsir edir.
Şikayətdə o da iddia olunur ki, Məhəmməd Musayevin köməkçisi kimi təqdim edilən Nazir Nemətov ildə iki dəfə işçilərə mükafat yazdırır, lakin sonradan həmin vəsait müxtəlif bəhanələrlə geri yığılır.
Əməkdaşların sözlərinə görə, son iki ay əməkhaqları gecikdirilib və bir neçə gün əvvəl ödənilən məbləğ də kəsinti ilə verilib. Onlar şikayət etmək istəsələr də, təzyiq və hədələrlə üzləşdiklərini bildirirlər.
Keçidlərdə icarə və elektrik enerjisi ilə bağlı iddialar
Redaksiyaya göndərilən məlumatda 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan yeraltı və yerüstü keçidlərdə fəaliyyət göstərən obyektlərlə bağlı da iddialar yer alıb.
İddia olunur ki, müxtəlif ünvanlarda yerləşən keçidlərdə ümumilikdə onlarla mağaza və köşk fəaliyyət göstərir. Bildirilir ki, həmin obyektlərə elektrik enerjisi qanunsuz şəkildə qoşulur və bu xidmətlərə görə aylıq 9 min manatdan çox vəsait yığılır.
Məlumatda həmçinin qeyd edilir ki:
Keçidlərdə 56 ədəd “PayPoint” və “Emanat” aparatı yerləşir və hər birindən aylıq 110 manat olmaqla ümumilikdə 6160 manat yığılır.
30 oyun aparatından aylıq 70 manat olmaqla 2100 manat vəsait toplanır.
Mağazalardan aylıq icarə haqqının 17 min manatı keçdiyi iddia edilir.
Popkorn, gül, oyuncaq satışı və digər əlavə fəaliyyət növlərindən də ümumilikdə 10 min manatdan artıq vəsait əldə olunduğu bildirilir.
Şikayətdə vurğulanır ki, toplanan vəsaitlərin qeyri-rəsmi şəkildə yığıldığı və “qara kassa”nın köməkçi Nazir Nemətov vasitəsilə idarə olunduğu iddia edilir.
Müraciətdə sahə rəisi kimi təqdim olunan Fuad Vəliyevin də fəaliyyəti ilə bağlı narazılıqlar yer alıb. İddia edilir ki, keçidlərin təmizliyi üçün nəzərdə tutulan vəsait və ləvazimatlar işçilərə tam şəkildə verilmir, hətta sıradan çıxmış təmizlik vasitələrinin təmir edilərək istifadəyə verildiyi bildirilir.
Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı rəsmi açıqlama təqdim olunacağı təqdirdə, həmin mövqe də oxuculara çatdırılacaq.
7 saylı Xüsusi Təyinatlı Yol İdarəsi ilə bağlı iddialar – işçilərdən şikayət
Duzxeber.az: - 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin (XTYİ) xadimə və fəhlələri adından Vətəninfo.az-ın redaksiyasına daxil olan müraciətdə bir sıra ciddi iddialar səsləndirilib.Müraciətdə bildirilir ki, idarənin direktoru kimi təqdim olunan Məhəmməd Musayev (iddialara görə, Saleh Məmmədovun bacısının qudasıdır) artıq iki il yarımdır işçilərin aylıq əməkhaqqından 10-15 manat məbləğində vəsaiti səbəb göstərmədən tutur. Adlarının açıqlanmasını istəməyən əməkdaşlar qeyd edirlər ki, aylıq əməkhaqları 420 manatdır və edilən kəsintilər onsuz da az olan maaşlarına ciddi təsir edir.
Şikayətdə o da iddia olunur ki, Məhəmməd Musayevin köməkçisi kimi təqdim edilən Nazir Nemətov ildə iki dəfə işçilərə mükafat yazdırır, lakin sonradan həmin vəsait müxtəlif bəhanələrlə geri yığılır.
Əməkdaşların sözlərinə görə, son iki ay əməkhaqları gecikdirilib və bir neçə gün əvvəl ödənilən məbləğ də kəsinti ilə verilib. Onlar şikayət etmək istəsələr də, təzyiq və hədələrlə üzləşdiklərini bildirirlər.
Keçidlərdə icarə və elektrik enerjisi ilə bağlı iddialar
Redaksiyaya göndərilən məlumatda 7 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan yeraltı və yerüstü keçidlərdə fəaliyyət göstərən obyektlərlə bağlı da iddialar yer alıb.
İddia olunur ki, müxtəlif ünvanlarda yerləşən keçidlərdə ümumilikdə onlarla mağaza və köşk fəaliyyət göstərir. Bildirilir ki, həmin obyektlərə elektrik enerjisi qanunsuz şəkildə qoşulur və bu xidmətlərə görə aylıq 9 min manatdan çox vəsait yığılır.
Məlumatda həmçinin qeyd edilir ki:
Keçidlərdə 56 ədəd “PayPoint” və “Emanat” aparatı yerləşir və hər birindən aylıq 110 manat olmaqla ümumilikdə 6160 manat yığılır.
30 oyun aparatından aylıq 70 manat olmaqla 2100 manat vəsait toplanır.
Mağazalardan aylıq icarə haqqının 17 min manatı keçdiyi iddia edilir.
Popkorn, gül, oyuncaq satışı və digər əlavə fəaliyyət növlərindən də ümumilikdə 10 min manatdan artıq vəsait əldə olunduğu bildirilir.
Şikayətdə vurğulanır ki, toplanan vəsaitlərin qeyri-rəsmi şəkildə yığıldığı və “qara kassa”nın köməkçi Nazir Nemətov vasitəsilə idarə olunduğu iddia edilir.
Müraciətdə sahə rəisi kimi təqdim olunan Fuad Vəliyevin də fəaliyyəti ilə bağlı narazılıqlar yer alıb. İddia edilir ki, keçidlərin təmizliyi üçün nəzərdə tutulan vəsait və ləvazimatlar işçilərə tam şəkildə verilmir, hətta sıradan çıxmış təmizlik vasitələrinin təmir edilərək istifadəyə verildiyi bildirilir.
Qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzu ilə bağlı rəsmi açıqlama təqdim olunacağı təqdirdə, həmin mövqe də oxuculara çatdırılacaq.
Oxşar xəbərlər
-
25.02.2026Vüsal Nəsirli Məhəmməd Musayevə “DUR” deyəcəkmi?! - DETALLAR // FOTO -
13.02.2026Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:Dayı-bacıoğlu tandeminə "DUR" deyən olacaqmı?! -
2.02.2026Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -Faktlar -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...



