28.03.2026
Ermənistanda bu il 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı siyasi qüvvələr arasında mübarizə getdikcə artır.
Hakim Mülki Müqavilə Partiyasının rəhbəri, Baş nazir Nikol Paşinyanın vətəndaşlarla görüşündə əsasən onlara “Ermənistanın 29,8 min kv.km-lik xəritəsi”ni hədiyyə edir. Məqsəd isə Ermənistanın beynəlxalq qurumlarda qəbul edilən ərazisini “rəsmiləşdirmək”dir.
Nikol Paşinyan sülh üçün qonşulara, xüsusilə Azərbaycana ərazi iddialarından əl çəkməyin vacib olduğu təbliğatını da aparır. Onun komandası isə Qarabağ haqda müzakirələri Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edir və bu mövzunu qapatmağa çalışır.
N.Paşinyan komandasının əsas təbliğatlarından biri də Mülki Müqavilə Partiyasının parlamentdə tam üstünlük qazanmayacağı halda Azərbaycanla müharibənin olacağı iddiasıdır. Hətta bununla bağlı Paşinyan tarix də verib: İyunda Mülki Müqavilə parlamentdə tam üstünlük əldə etməsə, sentyabrda Azərbaycanla müharibə başlayacaq.
Əks düşərgə, xüsusilə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan isə bunu təkzib etməyə çalışır, sülh gündəmini dəyişməyəcəklərinə işarə edirlər. Lakin 2 gün öncə öz iqamətgahında mediaya müsahibə verən “Ermənistan” blokunun rəhbəri və baş nazirliyə namizədi Robert Köçəryan faktiki mahiyyətini və seçiləcəyi halda hədəfini bir növ “göstərmiş oldu”.
Müsahibəsi zamanı divardan asılan monitorda kadrlara düşən xəritə əks olunub. Bu xəritədə keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı 30 il işğalda saxlanılan 7 rayon Ermənistan ərazisi kimi təqdim edilir.
Bu, Paşinyanın iddiasını doğruldan əsas faktor sayıla bilər və görünür, Köçəryan sözdə müharibə olmayacağını desə də, Azərbaycan ərazilərinə iddia edəcəyini faktiki olaraq xəritə ilə göstərir. Əks halda seçki ilə bağlı müsahibəsində niyə sözügedən xəritəni jurnalistlərlə öz arasına yerləşdirməli və onun görüntülənməsini təmin etməlidir?//Axar.az
Köçəryan xəritə nümayiş etdirdi: Müharibə olacaq - Video

Oxşar xəbərlər
Xəbər lenti
-
1.09.2026Saatlıda məktəbləri kim bağlayır?
-
1.09.2026Azərbaycanda toylar üçün yeni şərtlər - 2 saat, maksimum 100 nəfər!
-
1.09.2026Xocalıda 34 ildən sonra ilk toy baş tutdu
-
1.09.2026Babək prospektində KİA yandı
-
1.09.202613 il əvvəl baş verən dəhşətli cinayətin məhkəməsi BAŞLADI
-
1.09.2026İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir
-
1.09.2026Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü
-
1.09.2026Nazirliyin xidmətləri ilə bağlı e-sorğu davam edir
-
1.09.2026Bəzi çaylardan sel keçəcək -XƏBƏRDARLIQ
-
1.09.2026TƏCİLİ! Azərbaycanda estetik etdirənlərə bəd xəbər
-
1.09.2026Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI
-
1.09.2026Nepal faciəsi: Ölənlərin sayı artmaqda davam edir
-
1.09.2026“Bolt”dan ayıq sürücü sifariş etdi, maşını zədələndi – “Atəşgah” zərəri ödəmir
-
1.09.2026Prezidentin fərmanının icrasına başlanıldı - Bundan sonra…
-
1.09.2026Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü
-
1.09.2026Dünya müharibə təhlükəsi altındadır - Szinpin
-
1.09.2026Təhsil haqqı 5 min manatlıq peşə məktəbi olar? - BDU-dan da baha oldu ki...
-
1.09.2026Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
-
1.09.2026ŞƏT-ə sədrlik bu ölkəyə keçdi
-
1.09.2026Trampın Ontario inadı: Bu dəfə gölün adının dəyişdirilməsini "Apple"dan istədi
-
1.09.2026“Heç bir turist o əldən qutab alıb yeməz” – Bölgə turizmini TƏNQİD ETDİ
-
1.09.2026Unibank bankomat şəbəkəsini yeniləyir
-
1.09.2026Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı
-
1.09.2026Bakıda 37 yaşlı kişi faciəli şəkildə öldü
-
1.09.2026'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
-
1.09.2026Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
-
1.09.2026Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı
-
1.09.2026Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
-
1.09.2026Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
-
1.09.2026Hava ilə bağlı daha bir xəbərdarlıq: intensiv yağışlardan sonra...