11.05.2026
Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı ailə üzvlərinin səsləndirdiyi iddialar ictimai rezonans doğurub.
Belə ki, 08.05.2026-cı il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi, Ordubadi küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin həyətində intihar hadisəsi qeydə alınıb. Yaxınlarının Patrul.az-a verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Məmmədov Cəmil Baxış oğlu yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarından özünü kəndirlə asaraq həyatına son qoyub. Hadisənin təxminən saat 18:00 radələrində baş verdiyi bildirilir.
DuzXeber.az Patrul.az-a istinadən xəbər verir ki, mərhumun ailə üzvləri hadisədən əvvəl baş verən müəyyən proseslərin Cəmil Məmmədovun psixoloji durumuna ciddi təsir etdiyini iddia edirlər.
Mərhumun anasının sözlərinə görə, yaşadıqları küçədə demək olar ki, bütün evlərin həyəti daş hasarla əhatə olunsa da, onların evinin bir hissəsində hasarın hündürlüyü az olub və həyətin içi küçədən görünürmüş. Bu səbəbdən Cəmil Məmmədov həyətin hasarının bir qədər qaldırılması üçün addım atıb və hasar təxminən 5-6 daş hündürlüyündə artırılıb.
Ailə iddia edir ki, həmin iş üçün onlardan ümumilikdə 3500 manat pul alınıb. Lakin onların sözlərinə görə, hasarın tikilməsindən təxminən bir ay sonra Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə texnika ilə gəliblər. Hadisə zamanı evdə yalnız mərhumun anasının olduğu bildirilir.
Ananın sözlərinə görə, icra nümayəndələri evə aid sənədləri tələb etdikdən sonra hasarı tamamilə sökərək ərazidən uzaqlaşıblar. O bildirib ki, oğlu işdən qayıtdıqdan sonra həmin mənzərə ilə qarşılaşıb və bundan sonra ağır psixoloji sarsıntı keçirib.
“Bir gün belə rahat yatmadı. Nə qədər sakitləşdirməyə çalışsam da, bunu öz qüruruna toxunan hadisə kimi qəbul edirdi. Deyirdi ki, bizi hamının içində alçaltdılar”, – deyə mərhumun anası bildirib.
Ailə üzvləri hesab edir ki, baş verən hadisələr və hasarın sökülməsi Cəmil Məmmədovun psixoloji vəziyyətinə mənfi təsir göstərib və nəticədə faciəyə səbəb olub.
“Bizdən həm pul aldılar, həm hasarımızı uçurdular, həm də cavan oğlumun ölümünə səbəb oldular”, – deyə mərhumun anası göz yaşları içində bildirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu – FOTOLAR
Binəqədi rayonunda baş verən intihar hadisəsi ilə bağlı ailə üzvlərinin səsləndirdiyi iddialar ictimai rezonans doğurub.Belə ki, 08.05.2026-cı il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış Massivi, Ordubadi küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin həyətində intihar hadisəsi qeydə alınıb. Yaxınlarının Patrul.az-a verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Məmmədov Cəmil Baxış oğlu yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarından özünü kəndirlə asaraq həyatına son qoyub. Hadisənin təxminən saat 18:00 radələrində baş verdiyi bildirilir.
DuzXeber.az Patrul.az-a istinadən xəbər verir ki, mərhumun ailə üzvləri hadisədən əvvəl baş verən müəyyən proseslərin Cəmil Məmmədovun psixoloji durumuna ciddi təsir etdiyini iddia edirlər.
Mərhumun anasının sözlərinə görə, yaşadıqları küçədə demək olar ki, bütün evlərin həyəti daş hasarla əhatə olunsa da, onların evinin bir hissəsində hasarın hündürlüyü az olub və həyətin içi küçədən görünürmüş. Bu səbəbdən Cəmil Məmmədov həyətin hasarının bir qədər qaldırılması üçün addım atıb və hasar təxminən 5-6 daş hündürlüyündə artırılıb.
Ailə iddia edir ki, həmin iş üçün onlardan ümumilikdə 3500 manat pul alınıb. Lakin onların sözlərinə görə, hasarın tikilməsindən təxminən bir ay sonra Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları əraziyə texnika ilə gəliblər. Hadisə zamanı evdə yalnız mərhumun anasının olduğu bildirilir.
Ananın sözlərinə görə, icra nümayəndələri evə aid sənədləri tələb etdikdən sonra hasarı tamamilə sökərək ərazidən uzaqlaşıblar. O bildirib ki, oğlu işdən qayıtdıqdan sonra həmin mənzərə ilə qarşılaşıb və bundan sonra ağır psixoloji sarsıntı keçirib.
“Bir gün belə rahat yatmadı. Nə qədər sakitləşdirməyə çalışsam da, bunu öz qüruruna toxunan hadisə kimi qəbul edirdi. Deyirdi ki, bizi hamının içində alçaltdılar”, – deyə mərhumun anası bildirib.
Ailə üzvləri hesab edir ki, baş verən hadisələr və hasarın sökülməsi Cəmil Məmmədovun psixoloji vəziyyətinə mənfi təsir göstərib və nəticədə faciəyə səbəb olub.
“Bizdən həm pul aldılar, həm hasarımızı uçurdular, həm də cavan oğlumun ölümünə səbəb oldular”, – deyə mərhumun anası göz yaşları içində bildirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




Oxşar xəbərlər
-
11.05.2026Xətainin mərkəzində səssiz mübarizə: Yaşıllıq ərazilər kimlərin maraq dairəsinə daxil olub? -
9.04.2026Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
21.01.2026Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI -
22.11.2025Prezident açılış etdi - FOTOLAR
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib


