Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
Rusiyada həbsdə ölən ukraynalı jurnalistlə bağlı ortaya çıxan yeni məlumatlar böyük rezonans doğurub.DuzXeber.az "Musavat.com"a istinadən xəbər verir ki, Ukrayna polisi jurnalist Viktoriya Roşçinanın Rusiyanın Taqanroq şəhərindəki istintaq təcridxanasında ağır işgəncələrə məruz qaldığını və ölümündən az əvvəl ciddi xəsarətlər aldığını bildirir.
Ukrayna Milli Polisinin İstintaq İdarəsi rəisinin müavini Dmitri Şevçuk açıqlamasında Roşçinanın ölümündən qısa müddət əvvəl onun ənsə (kəllənin arxa hissəsi) sümüyünün sındırıldığı qeyd olunub. Şevçukun sözlərinə görə, jurnalist Taqanroq istintaq təcridxanasında son dərəcə ağır və antisanitar şəraitdə saxlanılıb — kamerada isti su olmayıb, yemək üçün cəmi üç dəqiqə vaxt ayrılıb, həmin müddətdə qabların yuyulması da tələb edilib. Gün ərzində səhərdən axşamacan oturmağa və ya uzanmağa icazə verilmədiyi iddia olunur.
Şevçuk Roşçinanın normal saxlanma şəraiti tələb etdiyi və Rusiya himnini oxumaq istəmədiyi üçün sistematik şəkildə döyüldüyünü qeyd edib. Onun sözlərinə görə, ölümündən təxminən iki həftə əvvəl jurnalist Perm vilayətinin Kizel şəhərindəki başqa təcridxanaya köçürülüb və daşınma zamanı artıq kritik vəziyyətdə olub, tibbi yardıma ehtiyac duyurmuş. Buna baxmayaraq, təcridxana rəhbərliyinin fiziki və psixoloji təzyiqləri davam etdirdiyi iddia edilir.
Daha əvvəl “Sərhədsiz reportyorlar” təşkilatı Roşçinanın Taqanroqdan Kizelə dörd gün ərzində qatar və xüsusi furqonla daşındığını, şahidlərin onun həddindən artıq zəiflədiyini və ayaq üstə dura bilmədiyini dediklərini açıqlayıb. Jurnalistin 2024-cü il sentyabrın 19-da öldüyü bildirilir.
Qalmaqallı iddialardan biri də Fransada fəaliyyət göstərən media konsorsiumu Forbidden Stories tərəfindən səsləndirilib. Konsorsiumun məlumatına görə, Rusiyanın Ukraynaya qaytardığı meyitdə beyinin, qırtlağın və göz almalarının olmadığı, həmçinin işgəncə izlərinin müşahidə edildiyi iddia olunur.
Moskva tərəfi bu iddialarla bağlı indiyədək geniş rəsmi açıqlama verməyib, səslənən məlumatların müstəqil şəkildə təsdiqi isə çətin olaraq qalır.
-
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
17.02.2026Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -
27.01.2026“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi -
22.12.2025İşçilərin yemək xərcləri vergiyə cəlb olunur? – Rəsmi İZAH -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib



