28.05.2026
Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib
25 may, 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib. Konfransda Birliyin son beş illik fəaliyyəti geniş müzakirə olunub, görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın hesabat məruzəsi dinlənilib. Məruzədə son beş il ərzində Birlik tərəfindən həyata keçirilən yerli və beynəlxalq sərgilər, plenerlər, ustad dərsləri, yubiley tədbirləri, onlayn layihələr və müxtəlif yaradıcılıq proqramları haqqında geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə Naxçıvan rəssamlıq məktəbinin tanıdılması, gənc istedadların üzə çıxarılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli təsviri sənətimizin təbliği istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Konfrans iştirakçıları Birliyin son beş illik fəaliyyətini və sədr Ülviyyə Həmzəyevanın hesabat məruzəsini yüksək qiymətləndiriblər. Çıxış edənlər qeyd ediblər ki, son illər ərzində Naxçıvan Rəssamlar Birliyi muxtar respublikanın mədəni həyatında fəal iştirak edən, beynəlxalq əlaqələri genişlənən və gənc yaradıcı nəslin formalaşmasına mühüm töhfələr verən nüfuzlu sənət təşkilatına çevrilib.
Konfrans çərçivəsində təşkilati məsələlərə də baxılıb. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədr seçkisi açıq səsvermə yolu ilə keçirilib. Konfrans iştirakçıları yekdilliklə Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın namizədliyini dəstəkləyərək onu yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçiblər.
Ülviyyə Həmzəyeva çıxış edərək ona göstərilən yüksək etimada görə konfrans iştirakçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, bundan sonra da Naxçıvan rəssamlıq məktəbinin inkişafı, gənc rəssamların dəstəklənməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və milli təsviri sənətimizin təbliği istiqamətində fəaliyyət daha da gücləndiriləcəkdir.
Sonda Naxçıvanda təsviri sənətin inkişafına, yaradıcı təşkilatların fəaliyyətinin genişlənməsinə, milli-mədəni dəyərlərin təbliği və yaradıcı mühitin formalaşdırılması istiqamətində göstərilən dəstəyə görə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəliyinə, eləcə də əlaqədar dövlət qurumlarına və təşkilatlara minnətdarlıq ifadə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib



