22.05.2026
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.
Sahibə Qafarova iclasda çıxış edərək, müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox mühüm rol oynayır. Sahibə Qafarova vurğulayıb ki, Assambleyanın müşahidə missiyalarının ölkələrimizdə keçirilən seçkilərdə iştirakı sadəcə monitorinq prosesi deyil, eyni zamanda, həmrəyliyin və qarşılıqlı dəstəyin təzahürüdür.
O, Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin Qırğız Respublikasının Joqorku Keneşinə növbədənkənar seçkilərin, həmçinin Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qəbulu üzrə referendumun monitorinqinin nəticələri ilə bağlı da fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin deputatları hər iki müşahidə missiyasında fəal iştirak ediblər.
Sahibə Qafarova məmnunluqla qeyd edib ki, qardaş Qazaxıstanda keçirilən referendumun monitorinqində MDB Parlamentlərarası Assambleyasının müşahidəçi qrupunun koordinatoru vəzifəsini Milli Məclisin sədr müavini Ziyafət Əsgərov yerinə yetirib.
İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub və yekunda müvafiq qərarlar qəbul edilib.
Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.Sahibə Qafarova iclasda çıxış edərək, müzakirə olunan mövzularla bağlı fikirlərini bildirib. O, Şura iclası gündəliyinin 3-cü bəndi ilə bağlı danışaraq deyib ki, Assambleyanın fəaliyyətinin əsas istiqamətlərindən biri MDB iştirakçı dövlətlərində keçirilən seçkilər və referendumlarla bağlı monitorinq fəaliyyətinin həyata keçirilməsidir. Milli Məclisin sədri qeyd edib ki, seçkilər hər bir ölkənin həyatında onun gələcək inkişafını müəyyən edən ən vacib hadisələrdən biridir. İstənilən seçkidə obyektiv müşahidə missiyası seçkilərin şəffaflıq və demokratiklik dərəcəsinin qiymətləndirilməsində çox mühüm rol oynayır. Sahibə Qafarova vurğulayıb ki, Assambleyanın müşahidə missiyalarının ölkələrimizdə keçirilən seçkilərdə iştirakı sadəcə monitorinq prosesi deyil, eyni zamanda, həmrəyliyin və qarşılıqlı dəstəyin təzahürüdür.
O, Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin Qırğız Respublikasının Joqorku Keneşinə növbədənkənar seçkilərin, həmçinin Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qəbulu üzrə referendumun monitorinqinin nəticələri ilə bağlı da fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Milli Məclisin deputatları hər iki müşahidə missiyasında fəal iştirak ediblər.
Sahibə Qafarova məmnunluqla qeyd edib ki, qardaş Qazaxıstanda keçirilən referendumun monitorinqində MDB Parlamentlərarası Assambleyasının müşahidəçi qrupunun koordinatoru vəzifəsini Milli Məclisin sədr müavini Ziyafət Əsgərov yerinə yetirib.
İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub və yekunda müvafiq qərarlar qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
-
29.05.2026ABŞ Kastronu ekstradisiya etmək istəyir
-
29.05.2026İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb
-
29.05.2026İntensiv yağış, şimşək, dolu və QAR - Sabahın HAVASI
-
29.05.2026Pezeşkian İrana mal idxalı üçün Azərbaycanın imkanlarından istifadə etməyə çağırıb
-
29.05.2026Qızdırıcı partladı - 30 yaşlı kişi xəstəxanalıq oldu
-
29.05.2026Hökməli evləri su basıb sakinlər evlərini tərk edib
-
29.05.2026Putin və Lukaşenko Ermənistan məsələsini müzakirə etdi - Detallar
-
29.05.2026Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü
-
29.05.2026Çexiyanın Baş naziri: Azərbaycan ölkəmizə xam neftin ən böyük təchizatçısıdır
-
29.05.2026“Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib
-
29.05.2026Həbsdən qaçan şəxsi qatar vurub öldürdü
-
29.05.2026Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq
-
29.05.2026MMA döyüşçüsünü ayı parçaladı
-
29.05.2026Qəzzanın 70%-nin tutulması üçün əmr verildi
-
28.05.2026"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
28.05.2026Belçika klubunun futbolçusu millimizdə
-
28.05.2026Saleh Məmmədovun adamları dindirilir - Korrupsiya araşdırması başladı
-
28.05.2026Azərbaycandan Ermənistana un göndəriləcək
-
28.05.2026Qəhvə qocalmağın qarşısını alırmış - Yeni araşdırma
-
28.05.2026Azərbaycan İƏT-ə sədrlik dövründə iqtisadiyyat və iqlimə diqqət yetirməyi planlaşdırır
-
28.05.2026"İdeal"ın bank hesablarına həbs qoyuldu
-
28.05.2026Niyə smartfon üzlükləri istidə təhlükəli ola bilər?
-
28.05.2026BMT-dən ciddi xəbərdarlıq: Asiyada su qıtlığı təhlükəsi artır
-
28.05.2026DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
-
28.05.2026Rusiya həbsxanasında dəhşət iddiası: ukraynalı jurnalistin kəllə sümüyü sındırılıb
-
28.05.2026İki avtobus dayanacaqda yanıb
-
28.05.2026Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib
-
28.05.2026Macarıstanda Orban dövrünə ilk zərbə: Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ləğv edildi.
-
28.05.2026Ermənistan Rusiyadan qaz sazişinin ləğvi ehtimalı ilə bağlı məktub aldığını təsdiqləyib
-
28.05.2026"Qara günlər" başlayır - Yay ayları ilə bağlı xəbərdarlıq edilib



