11.06.2026
DuzXeber.az xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC-də Söyüdlü (Zod) qızıl yatağı layihəsi üzrə aparılan işlərlə tanış olub.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qafqaz regionunun ən böyük qızıl yatağı hesab edilən Zod yatağında dövlət şirkəti tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. O bildirib ki, 2025-ci ilin avqust ayından etibarən genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb, mövcud tarixi geoloji məlumatlar təhlil olunub. Eyni zamanda yatağın müasir metodlarla planlaşdırılması həyata keçirilib, topoqrafik xəritələr hazırlanıb, yataqda ümumi dərinliyi 9 min metrə çatan buruq-qazma işləri icra edilib. Zakir İbrahimov diqqətə çatdırıb ki, tədqiqat işlərinin nəticəsi olaraq Zod qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.
İdarə Heyətinin sədri vurğulayıb ki, yatağın resurs bazasının artırılması potensialı nəzərə alınaraq yaxın və uzaq cinahlarda intensiv kəşfiyyat işləri davam etdirilir.
Z.İbrahimov əlavə edib ki, Zod qızıl yatağının işlənməsi ölkənin dağ-mədən sənayesinin iqtisadiyyatda rolunun daha da güclənməsinə xidmət edəcək. Müasir texnologiyalar və beynəlxalq ekoloji standartlar əsasında yatağın gələcəkdə kompleks şəkildə istismara cəlb olunması regionun uzunmüddətli sosial-iqtisadi inkişafına, ölkənin qeyri-neft-qaz sektorunun tərəqqisinə müsbət təsir göstərəcək. Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılması, peşəkar kadr hazırlığının gücləndirilməsi, xidmət və logistika sahələrinin inkişafı, eləcə də yerli sahibkarlığın genişlənməsi üçün əlavə imkanlar yaranacaq.
Bəşir Hacıyev Kəlbəcər rayonunda dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq regionun zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində görülən işlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu baxımdan, Zod yatağının işlənməsi layihəsi rayonun sosial-iqtisadi inkişafına və məşğulluğun artırılmasına mühüm töhfə verəcək strateji layihə hesab olunur. Layihə işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyası və dayanıqlı məskunlaşma prosesinin dəstəklənməsi baxımından da mühüm rol oynayır. Layihənin həyata keçirilməsi Kəlbəcərin iqtisadi potensialının reallaşdırılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə əlavə imkanlar yaradacaq.
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
DuzXeber.az xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev “AzerGold” QSC-də Söyüdlü (Zod) qızıl yatağı layihəsi üzrə aparılan işlərlə tanış olub.“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qafqaz regionunun ən böyük qızıl yatağı hesab edilən Zod yatağında dövlət şirkəti tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib. O bildirib ki, 2025-ci ilin avqust ayından etibarən genişmiqyaslı geoloji tədqiqat işlərinə başlanılıb, mövcud tarixi geoloji məlumatlar təhlil olunub. Eyni zamanda yatağın müasir metodlarla planlaşdırılması həyata keçirilib, topoqrafik xəritələr hazırlanıb, yataqda ümumi dərinliyi 9 min metrə çatan buruq-qazma işləri icra edilib. Zakir İbrahimov diqqətə çatdırıb ki, tədqiqat işlərinin nəticəsi olaraq Zod qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarının tələblərinə uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.
İdarə Heyətinin sədri vurğulayıb ki, yatağın resurs bazasının artırılması potensialı nəzərə alınaraq yaxın və uzaq cinahlarda intensiv kəşfiyyat işləri davam etdirilir.
Z.İbrahimov əlavə edib ki, Zod qızıl yatağının işlənməsi ölkənin dağ-mədən sənayesinin iqtisadiyyatda rolunun daha da güclənməsinə xidmət edəcək. Müasir texnologiyalar və beynəlxalq ekoloji standartlar əsasında yatağın gələcəkdə kompleks şəkildə istismara cəlb olunması regionun uzunmüddətli sosial-iqtisadi inkişafına, ölkənin qeyri-neft-qaz sektorunun tərəqqisinə müsbət təsir göstərəcək. Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılması, peşəkar kadr hazırlığının gücləndirilməsi, xidmət və logistika sahələrinin inkişafı, eləcə də yerli sahibkarlığın genişlənməsi üçün əlavə imkanlar yaranacaq.
Bəşir Hacıyev Kəlbəcər rayonunda dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə paralel olaraq regionun zəngin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində görülən işlərin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Qeyd edilib ki, bu baxımdan, Zod yatağının işlənməsi layihəsi rayonun sosial-iqtisadi inkişafına və məşğulluğun artırılmasına mühüm töhfə verəcək strateji layihə hesab olunur. Layihə işğaldan azad edilmiş ərazilərin iqtisadi reinteqrasiyası, həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə daha sıx inteqrasiyası və dayanıqlı məskunlaşma prosesinin dəstəklənməsi baxımından da mühüm rol oynayır. Layihənin həyata keçirilməsi Kəlbəcərin iqtisadi potensialının reallaşdırılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə əlavə imkanlar yaradacaq.

Oxşar xəbərlər
-
10.06.2026“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib -
16.03.2026Prezident 2 Fərman İMZALADI -
10.03.2026Hüquqi əsaslandırma və faktlar – Hər kəs həqiqəti bilməlidir -
14.01.2026ABŞ və Ermənistanın TRIPP bəyanatında nə yazılıb? - Tam mətn -
13.12.2025Milli Məclis və DƏLƏDUZLUQ!
Xəbər lenti
-
20.06.2026Burj Khalifa-nın 16 illik taxtı əldən gedir
-
20.06.2026Köçəryan MSK-nı məhkəməyə verdi
-
20.06.2026Kimlər qan üçün donor ola bilməz?
-
20.06.2026Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib
-
20.06.2026Londonda sərnişin təyyarəsində meyit tapıldı
-
20.06.2026Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
-
20.06.2026Masazırda faciə: Ölən var
-
20.06.2026Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi
-
20.06.2026Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi
-
20.06.2026“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib
-
20.06.2026"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb
-
20.06.2026Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...
-
20.06.2026Azərbaycan neftinin qiyməti kəskin artdı
-
20.06.2026Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb
-
20.06.2026Türkiyə millisi məğlub oldu
-
20.06.2026Ukrayna zərbələri Rusiyada məhkəmə predmetinə çevrilir
-
20.06.2026Göygöldə mikroavtobus aşdı, yaralılar var
-
20.06.2026Azərbaycanda vəzifəli şəxs vəfat etdi
-
20.06.2026İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi
-
20.06.2026NATO Baş katibi iyunun 24-də Trampla Ağ evdə görüşəcək
-
19.06.2026Ən yaxşı məktəblərin adları AÇIQLANDI
-
19.06.2026Azərbaycanda polkovnik vəfat etdi
-
19.06.2026İdmançımız qızıl medal qazandı
-
19.06.2026SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi
-
19.06.2026İsrail ordusu Livanda ciddi itkilər verdi
-
19.06.2026Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək
-
19.06.2026Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi
-
19.06.2026Aşura günü bu ünvanlarda qan veriləcək
-
19.06.2026Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA
-
19.06.2026Bu şəxslərin vərəsələrinə müavinət veriləcək



